Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ Çinə hücuma keçdi... Litva da onun dalınca

Müəllif: Dmitri Roy

Cəmi bir neçə il əvvəl dünyanın ən “anti-Çin” ölkələrindən birinin kiçik Litva olacağını təsəvvür etmək çətin idi. Buna baxmayaraq, son bir ildə Avropada məhs bu ölkənin Pekin ilə münasibətləri ən çox pisləşib. Vilnüsün bu siyasətinə cavab olaraq, bu ilin dekabrından Çin Litvanı gömrük sistemindən çıxarıb, bu səbəbdən də Baltikyanı sahibkarlar mallarını gömrükdən keçirə bilmirlər.

Aydındır ki, Litvanın Çinə qarşı “hücumu” çoxdan hazırlanır. Hələ 2019-cu ildə Litvanın Dövlət Təhlükəsizlik Departamenti özünün illik təhdid hesabatında ilk dəfə Çinin adını çəkmişdi. Təxminən eyni vaxtda prezident Gitanas Nauseda Litva limanlarının inkişafına Çin investisiyalarının cəlb edilməsinin əleyhinə çıxış edib. Ağ ev administrasiyası bu mövqeyi alqışlayıb və davamını gözlədiklərini bəyan edib.

Nauseda ABŞ-ın Çin əleyhinə siyasətinə qoşuldu

Bundan sonra hadisələr kəskin şəkildə sürətlənib. May ayında Vilnüs Çinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq qurduğu “17+1” formatından çıxdığını elan edib. Litva hərbi kəşfiyyatı da liderliyi ələ keçirərək, Çinin “Huawei” şirkətinin 5G infrastrukturunun inkişafında iştirakının milli təhlükəsizliyə təhdid yaratdığını bildirib.

Hətta bu addımlar Litva hakimiyyətinin Tayvanın ölkədə nümayəndəlik açmasına icazə verməsi qərarı ilə müqayisədə heç nə idi. Əvvəlki “hücumlar” Çin əjdahası tərəfindən birə dişləməsi kimi qəbul edilirdisə, indi, o ayağa qalxıb. Əvvəlcə Pekin, Vilnüsdən səfirini geri çağırıb, sonra isə Litvanı gömrük sistemindən tamamilə silib.

Bu ilin cəmi bir neçə ayında Litva hökuməti əvvəlki iki kabinetin səkkiz il ərzində yaratdığını - Çin-Litva iqtisadi əlaqələrinin canlandırılmasını qeyri-adi asanlıqla məhv edib. Son on ildə Litvanın Çinə ixracı təxminən 10 dəfə artıb - 316 milyon avroya qədər, iki ölkə arasında ümumi ticarət həcmi isə 1,5 milyard avroya çatıb. İndi bu nailiyyət çökəcək. Digər tərəfdən, Vilnüslə cəmi 85 milyon avro ticarət dövriyyəsi olan Tayvan Litvanın addımlarından çox razı qalıb.

Vilnüs mənfi ssenariləri nəzərdən keçirmir - ABŞ-ın qələbəsinə inanır

Və Vilnus həmçinin Vaşinqtonun gözündə statusunu qaldırıb. İndi o, təkcə Rusiyanın əbədi tənqidçisi deyil, həm də ABŞ-ın Aİ-nin digər üzvləri üçün anti-Çin mövqeyinin nümunəsi göstərən "laborator dovşanı"dır. Və bir az sonra onlar Pekinin balaca bir Avropa ölkəsinin Tayvanla flirt etməsinə cavab olaraq nə qədər irəli getməyə hazır olduğunu yaxından müşahidə edəcəklər.

Birləşmiş Ştatlar qlobal liderlik üçün Çinlə qarşıdurmaya girib - və Litva onların arxasında gedir – onlar Vaşınqtonun müsbət münasibətinə və gələcək dəstəyinə ümid edir, baxmayaraq ki, amerikalıların xarici siyasətinin vektoru getdikcə nəzərəçarpacaq dərəcədə Hind-Sakit Okean bölgəsinə doğru dəyişir.

Bayden bütün Amerika müttəfiqlərini xilas olunmaq yollarını axtarmağa məcbur edir: kimsə İran və Türkiyəyə münasibətdə Əmirliklər kimi daha müstəqil siyasət yürütməyə başlayır. Kimsə isə, Litva kimi, Vaşinqtonun yeni kampaniyasında özünün xarici siyasət çəki kateqoriyasını nəzərə almadan tərəfdaş kimi yer tutmağa çalışır.

Üstəlik, Vilnüs ikitərəfli iqtisadi əlaqələrin kifayət qədər aşağı səviyyədə olması səbəbindən Çin sanksiyalarının böyük zərər verməyəcəyinə əmindir. Amma ABŞ-ın razılığı yalnız fayda verəcək. Ancaq bir məqam var - hər şey dəyişə bilər. Avropada vahid anti-Çin cəbhəsi yaranmayacaq və bu artıq tam aydındır. Vaşinqtonla Pekin arasında qarşıdurmanın dərəcəsini aşağı salmaq olar. Tayvanda isə seçkilərdə çinpərəst elementlər qalib gələcək.

O zaman Litva ciddi itkiyə və çox çətin vəziyyətə düşəcək. ABŞ isə sadəcə çiyinlərini çəkəcək. Amma Vilnüsdə bu mənfi ssenari nəzərə alınmır. Nədənsə, onlar əmindirlər ki, ABŞ-la birlikdə olsalar, mütləq qaliblər sırasına daxil olacaqlar. Yaxın Şərq ölkələri təbii ki, çoxdan bu barədə mövqelərini dəyişiblər – amma Litvada onlara kim qulaq asacaq?(virtualaz)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bəxtiyar Hacıyevdən Sahil Babayevə korrupsiya ittihamı... - Foto

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

Bakıda dəhşət - Uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

“SSRİ-nin bərpası nağılı yalnız boşboğazlıqdır”

Şəhid baş leytenantın barelyefinin açılışı olacaq - Foto

Ən çox oxunanalar