Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər

ABŞ hökuməti Çin mallarına dair yeni rüsumlar zərfini tətbiq edəcək...

ABŞ ilə Çin arasında ticarət razılaşması əldə olunmasa, dekabrın 15-dən ABŞ hökuməti Çin mallarına dair yeni rüsumlar zərfini tətbiq edəcək.

“Report” CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Steven Mnuçin məlumat verib.

O, hər halda razılaşmanın əldə ediləcəyinə inandığını dilə gətirib: “Ötən həftə danışıqlar zamanı xeyli irəliləyişə nail olmuşuq. Rəsmiləşdirməli olan ilkin razılaşmamız var, bununla bağlı hələ iş görməliyik... İlkin mərhələyə dair işləri başa çatdıran kimi ikinci mərhələyə keçəcəyik”.

Bundan əvvəl S.Mnuçin nəzərdə tutulduğu kimi oktyabrın 15-dən Çin mallarına dair rüsumları qaldırmayacaqlarını bildirmişdi. Bununla yanaşı, ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer də 15 dekabra nəzərdə tutulan tariflərə dair qərarın xeyli əvvəlcədən bəlli olacağını açıqlamışdı.

Ötən cümə günü ABŞ prezidenti Donald Tramp Çinlə ticarət ziddiyyətlərini yoluna qoymaq üçün razılaşmanın birinci mərhələsinə qədəm qoyduqlarını bildirib. Bundan əvvəl ABŞ lideri 250 milyard dollar həcmində Çin mallarına rüsumların 25 faizdən 30 faizədək qaldırma tarixini oktyabr ayının 1-dən 15-dək təxirə salmışdı. Çin hökuməti də sentyabrın 17-də 16 adda ABŞ məhsullarına əlavə rüsumları ləğv edib.

pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar