Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çin jurnalistlərini ölkədən çıxarır

ABŞ “Wall Street Journal”ının üç jurnalistinin akkreditasiyalarını ləğv edilməsinə cavab olaraq Çin jurnalistlərini ölkədən qovmağı düşünür...

Trend-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyi “Çin – əsl Asiya xəstəsi” adlı koronavirusla əlaqəli məqaləyə görə “Wall Street Journal”ının üç jurnalistinin akkreditasiyalarını ləğv edib. Pekin məqalənin hökumətin və xalqın epidemiya ilə mübarizədəki səylərini ləkələdiyini və qəzetin redaktorlarının Çin xalqının hədsiz qəzəbinə və beynəlxalq birliyin qınağına səbəb olan sensasiyalı irqçi başlıq verdiyini bildirib.

Məlumata görə, mümkün cavabların müzakirə edilməsi əvvəllər Pekində “WSJ” jurnalisti kimi çalışan Milli Təhlükəsizlik Müşavirinin müavini Met Pottingerin rəhbərliyi ilə administrasiya rəsmilərinin Ağ Evdəki iclasında planlaşdırılıb.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Ulliot bu barədə deyib: “Bu (“WSJ” jurnalistlərinin Çindən xaric edilməsi – red.), mətbuatı idarə etmək və dünyanın hər yerindən olan oxucuların və investorların Çin haqqında vacib xəbərləri oxumalarına mane olmaq üçün edilən cəhddir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar