Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-a qarşı e-RMB müharibəsi: Çin dollara qarşı yeni həmlələr edir...

Əvvəlcə AB-nin, indi də Çinin ticarət müharibələrinə və təhdidlərinə qarşı özünü müdafiə etməsi üçün müəyyən addımlar atması istər-istəməz gözlənilən idi...

Ufuk Söylemez

“Aydınlık” qəzeti, Türkiyə, 5 may 2020-ci il

ABŞ Prezidenti Tramp Covid-19 pandemiyası zamanı ABŞ xalqını çarəsiz və ümidsiz vəziyyətə məhkum edib. Marsa peyk göndərən ABŞ həkimlərinə qoruyucu geyim və maskalar paylaya bilməyib.

Bu günə qədər dünyadakı yoluxmaların 1/3-i, ölüm hallarının 1/4-i ABŞ-dadır. Buna görə də, qarşıdan gələn seçki çaxnaşması ilə həyəcanlanan Tramp əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) hədəf alıb. Hələ üstəlik, Çini şeytan kimi göstərmək və düşmən obrazında hədəfə almaq qərarına da gəlib. Milyardlarla dollar vəsaiti olan ABŞ-dakı pensiya fondlarının Çin fond bazarına investisiya qoymasını qadağan edib.

Digər tərəfdən, Çin, Trampın bu təşəbbüsləri qarşısında çox ciddi müdafiə mexanizmləri təkmilləşdirməyə başlayıb.

28 aprel günü Çin mediasında çıxan məlumatlara görə, may ayından etibarən əhalisi təxminən 40 milyona çatan 4 böyük şəhərdə Çinin yeni rəqəmsal pul vahidi ilə ödənişlər etməyə başlayacağı açıqlanıb. Bunun tezliklə Şeyzen, Suco, Çandu və Pekinin inkişaf etməkdə olan yeni inhisar iqtisadi bölgəsi Şan şəhərində istifadəyə veriləcəyi deyilir.

Bu ilk tətbiqetdə "rəqəmsal renminbi" və ya e-RMB adlanan rəqəmsal valyutadan istifadə ediləcək. Bəzi dövlət məmurlarının maaşlarının may ayında bu rəqəmsal valyuta ilə ödəniləcəyi deyilir. Məqsəd əvvəlcə kiçik xərclərin ödənə biləcəyi bir tətbiqlə başlamaqdır. Smartfonlarlara elektron pulqabı tətbiqinin yüklənməsi gözlənilən bu e-RMB sisteminin zaman keçdikcə daha geniş yayılması planlaşdırılır.

Beləliklə, e-RMB dünyada bu cür böyük iqtisadiyyatda ilk dəfə istifadə edilən bir rəqəmsal valyuta olacaq.

Bundan əlavə, Çin birjası əməliyyatlarında da dollar əvəzinə, Çin yuanı ilə ticarət etmək qərarına gəlib. Beləliklə, ABŞ hegomoniyasına qarşı mövqe tutmaq üçün ciddi bir addım atıb.

Çinin milli valyutanı əvəzləyən rəqəmsal valyutaya keçməyə başlaması və birja əməliyyatlarında dollar əvəzinə, Çin yuanından istifadə qərarını rəsmi olaraq elan etməsi yaxınlaşan dünya ticarət müharibəsinin ilk addımları kimi də görülə bilər.

Tramp aqressivləşdikcə, ABŞ-a və dünya iqtisadiyyatına zərər verməyə davam etdikcə və “Öncə Amerika!” deyərək bütün dünya iqtisadiyyatını alt-üst edən tək tərəfli qərarlara və sanksiyalara yönəldikcə buna məruz qalan iqtisadiyyatların da özlərini müdafiə etmək üçün yeni mexanizmlər yaratması qaçınılmaz olur.

Bildiyiniz kimi, Avropa Birliyi də ABŞ-ın İranı təhdid etməsi ucbatından SWIFT əvəzinə, yeni bir ödəniş sistemi tətbiq etməyə çalışır. “Instex” adlı sistemdə Avropa ölkələri ABŞ-ı və SWIFT ödəniş sistemini sıradan çıxararaq İranla sərbəst ticarət etmək imkanı tapa biləcəklər.

Təəssüf ki, Tramp bir tərəfdən seçki narahatlığı, digər tərəfdən pandemiya ilə mübarizədə ABŞ xalqını narahat edən uğursuz addımlar atdığı üçün çətin vəziyyətə düşüb və qayda, nəzakət, diplomatiya və hüquq tanımadan birtərəfli addımlar atmağa və sanksiyalar tətbiq etməyə başlayıb.

Əvvəlcə AB-nin, indi də Çinin istər-istəməz bu ticarət müharibələrinə və təhdidlərinə qarşı özünü müdafiə etməsi üçün müəyyən addımlar atması gözləniləndir.

Ümid edək ki, pandemiyadan sonra şiddəti artacaq bu ticarət müharibəsi yeni dünya müharibəsinə çevrilməsin.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar