Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-a qarşı Avropa “ittifaqı” - İranı sanksiyalardan qorumaq mümkün olacaq?

İqtisadçı ekspert: “ABŞ-da anlayır ki, İranın neft bazarından tamamilə kənarlaşdırılması ABŞ-ın qlobal maraqlarına da ziddir”

“Masa ətrafında olmasa da, gizli danışıqlarda bir razılaşma olub ki, İranın satdığı neftin pulu bir mərkəzə toplansın və əvəzinə həmin pula Qərb şirkətləri İrana təyyarələr, avtomobillər, texnologiyalar, avadanlıqlar satsın. Yəni nəticə olaraq həmin pullar yenə Qərbdə və Qərb şirkətlərində qalacaq”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Avropa İttifaqı İranla ticarətdə ABŞ sanksiyalarından yan keçmək üçün hazırladığı mexanizmi PİA.az-a şərh edərkən bildirib.

Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara rəğmən Tehranla ticarət üçün maliyyə mexanizmi hazırlayıblar. Bu mexanizm artıq işlək haldadır. Bu barədə Almaniya mətbuatı məlumat verib. Bu məqsədlə yaradılan yeni şirkətin baş ofisi Parisdə yerləşir və artıq qeydiyyatdan keçən şirkət INSTEX (Instrument In Support Of Trade Exchanges -Ticari Münasibtləri Dəstəkləyən Alət) adlanır.

Yeni yaradılan mexanizmə əsasən İran Avropaya neft malları ixrac edəcək, həmin neftin pulları isə INSTEX şirkətinin hesabına köçürüləcək. Daha sonra INSTEX şirkəti İrana texnologiya və digər mallar satacaq.

Xatırladaq ki, daha əvvəl iki mötəbər avropalı diplomatın “Bloomberg” agentliyinə verdiyi məlumata görə, Avropa ölkələri ABŞ sanksiyalarına məruz qalmayacaq yeni mexanizm üzərində işi başa çatdırıblar və yekun sənəd bu yaxınlarda elan olunacaq. Hazırda son danışıqlar aparılır və yekun bəyanat hazırlanır.

“Bloomberg” bildirir ki, yeni mexanizm Aİ-nin 2015-ci ildə qəbul etdiyi Birgə Yekun Fəaliyyət Planı (JCPOA) əsasında hazırlanıb. Bu sənədi imzalayan ölkələr öz öhdələrinə Tehranın nüvə proqramını dayandırması müqabilində İrana qarşı sanksiyaları ləğv etməyi götürmüşdülər. Yeni bəyanatın layihəsində deyilir ki, Böyük Britaniya, Fransa və Almaniya son dövrdə İranla ticarətdə əldə olunan irəliləyişləri qoruyub saxlamaq və İran xalqının həyatı üçün zəruri olan iqtisadi əməkdaşlığı davam etdirmək niyyətindədirlər”.

Maliyyə mexanizmində Avropa şirkətlərinin ABŞ dollarının asılılığından qurtulması yolu ilə İranla ticarətdə bank-maliyyə problemlərinin həllinə nail olunması nəzərdə tutulub. Bundan başqa, Avropa şirkətlərinin İrandan neft və qaz idxalı müqabilində barter üsulu ilə ödənişləri həyata keçirməsi də yeni planın əsas müddəalarından biridir.

Qeyd edək ki, Tramp hökuməti bundan əvvəl Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə altı ay müddətində İrandan məhdud həcmdə neft məhsulları idxal etməyə icazə verib. Ötən ilin dekabrında isə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Siqal Mandelker bəyan edib ki, bütün Avropa İttifaqının bu sanksiyaya əməl etməyəcəyindən narahatdır.

Natiq Cəfərli: “Əgər bu mexanizm baş tutacaqsa və tam işlək mexanizm halına gələcəksə, bu təbii ki, ABŞ-ın sanksiya siyasətinə ciddi zərbə vuracaq. Həmçinin İrana qarşı olan sanksiyaların effektini kifayət qədər azaldacaq”.

Mövzu ilə bağlı PİA.az Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli ilə olan müsahibəni təqdim edir:

- Natiq bəy, Avropa İttifaqı İranla ticarətdə ABŞ sanksiyalarından yan keçmək üçün mexanizm hazırlayıb. Bu mexanizmə əsasən İran Avropaya neft malları ixrac edəcək, həmin neftin pulları isə İrana texnologiya və digər mallar satan başqa bir şirkətin hesabına köçürüləcək. Almaniya, Fransa və Böyük Britaniyanın hazırladığı bu mexanizm ABŞ-ın İrana və digər ölkələrə tətbiq etdiyi sanksiyaları nə qədər zəiflədə bilər?

- Əslində bununla bağlı bir ilə yaxındır ki, danışıqlar gedir. Hətta mən düşünürəm ki, bununla bağlı ABŞ-ın öncədən xəbəri var idi. ABŞ bu sazişin hazırlanmasına ciddi maneçilik də törətmir və Avropa ölkələrinə basqı da uyğulamır. Ənənəvi olaraq ABŞ basqı siyasətindən maharətlə istifadə edən ölkədir. Amma bu dəfə ABŞ ciddi basıqlar etmədi. Sadəcə olaraq ABŞ bir-iki ciddi bəyata verdi.

Mən düşünürəm ki, ABŞ-da anlayır ki, İranın neft bazarından tamamilə kənarlaşdırılması ABŞ-ın qlobal maraqlarına da ziddir. Yəni bu proses qiymətin kəskin bahalaşmasına və nəticə olaraq da ABŞ iqtisadiyyatına zərər vura bilər Çünki ABŞ-da benzin bahalaşsa, əhali bundan ciddi narahat olacaq. Həmçinin mal və xidmətlərdə bahalaşma ola bilər ki, bu da Trampın ikinci dövr seçkilərinə mane olan faktora çevrilə bilər.

Natiq Cəfərli: “Ənənəvi olaraq ABŞ basqı siyasətindən maharətlə istifadə edən ölkədir. Amma bu dəfə ABŞ ciddi basıqlar etmədi”.

Hesab edirəm ki, masa ətrafında olmasa da, gizli danışıqlarda bir razılaşma olub ki, İranın satdığı neftin pulu bir mərkəzə toplansın və əvəzinə həmin pula Qərb şirkətləri İrana təyyarələr, avtomobillər, texnologiyalar, avadanlıqlar satsın. Yəni nəticə olaraq həmin pullar yenə Qərbdə və Qərb şirkətlərində qalacaq.

Bu nöqteyi nəzərdən əgər bu mexanizm baş tutacaqsa və tam işlək mexanizm halına gələcəksə, bu təbii ki, ABŞ-ın sanksiya siyasətinə ciddi zərbə vuracaq. Həmçinin İrana qarşı olan sanksiyaların effektini kifayət qədər azaldacaq.

Amma bunun alternativi də yoxdur. Onsuz da Rusiya, Çin və başqa ölkələr də İrandan məhsul almaq və əvəzində texnologiyalar satmağa maraqlıdırlar. Buna görə Avropa ölkələri onları qabaqlamaq üçün belə bir mexanizm təklif ediblər. Düşünürəm ki, ən yaxın iki ayda bununla bağlı ciddi bir irəliləyiş qeyd olunacaq.

Natiq Cəfərli: “Çinlə Rusiyaİran bazarından sıxışdırmaq üçün ABŞ Avropa ölkələrinin ticarət münasibətlərinə göz yumacaq”.

- Artıq işə salınan bu mexanizm ABŞ-la Avropa İttifaqı arasında ticarət savaşının daha da böyüməsinə yol aça bilərmi?

- Məncə yox. Çünki bayaq da qeyd etdim ki, düşünürəm ki, bu mövqe razılaşdırılıb. Bununla bağlı əlimdə fakt yoxdur, amma mən belə düşünürəm. ABŞ-a şərf edir ki, heç olmaya Avropa bazarda yer tutsun, nəyinki Rusiya ilə Çin. Rusiya ilə Çin onsuz da ABŞ sanksiyalarına qoşulmadığını bəyan edib. Buna görə düşünürəm ki, Çinlə Rusiyaİran bazarından sıxışdırmaq üçün ABŞ Avropa ölkələrinin ticarət münasibətlərinə göz yumacaq.

- Bəs İrana qarşı tətbiq olunan sanksiyaların ətrafında və ümumuyyətlə ABŞ-ın yürütdüyü siyasətin yaratdıdığı fikir ayrılıqları Avropa Birliyində daha çox siyasi parçalanmalara yol aça bilərmi?

- Bu daha qlobal məsələdir. Onsuz da Avropa ilə ABŞ arasında bəzi məsələlərdə ciddi fikir ayrılıqları var. Əsasən də ticarət tarifləri məsələsində Avropa ilə ABŞ arasında fikir ayrılığı var. Xatırladım ki, keçən il metala gömrük rüsumunun tətbiq edilməsi ciddi narazılıq, gərginlik yaratmışdı. Bu gərginlik yenə də davam edəcək. Hər iki tərəf çalışacaq ki, özünə üstünlüklər qazansın.

Natiq Cəfərli: “Avropa Birliyinin ən çox ixracat etdiyi istiqamət məhz ABŞ-dır, ABŞ-ın da ən çox ticarət etdiyi ikinci bölgə Çindən sonra Avropa Birliyi ölkələridir”.

ABŞ siyasəti bunun üzərində qurulub ki, amerika istehsalçıları və iqtisadiyyatı üçün üstünlük qazanmaq üçün basqılar uyğulayır. Avropalarıların əlində də kifayət qədər mexanizmlər var. Buna görə də düşünürəm ki, müəyyən gərginliklər yaransa da, sonda hər iki tərəfin marağındadır ki, ortaq məxrəcə gəlib anlaşsınlar. Çünki bir-birlərinin iqtisadiyyatından çox ciddi şəkildə asılıdırlar. Avropa Birliyinin ən çox ixracat etdiyi istiqamət məhz ABŞ-dır, ABŞ-ın da ən çox ticarət etdiyi ikinci bölgə Çindən sonra Avropa Birliyi ölkələridir. Yəni bu ölkələr arasında münasibətlər tamam korlandıqca hər iki tərəfə ciddi ziyan dəyəcək.

Natiq Cəfərli: “ABŞ öz iddialarında israrlı olsa ki, ancaq ona xeyir verən müqavilələr bağlansın, bu zaman Avropanın da münasibətlərində ciddi fərqlər yarana bilər”.

- Ticarət savaşının böyüməsi Avroatlantika məkanında hansı iqtisadi-siyasi prosseslərə səbəb ola bilər?

- Düşünürəm ki, bu savaşlar bir yerə qədər böyüyə bilər. Yəni ciddi ticarət savaşlarının daim davam etmısi mümkün deyil. Çünki hər iki tərəf ziyan görür. Həm ABŞ, həm Çin, həm Avropa Birliyi ölkələri bu savaşdan ziyan görürlər. Bu savaşın pik nöqtəyə çatması o halda baş verəcək ki, artıq tərəflər ortaq məxrəcə gəlib müəyyən razılaşmalara gedəcəklər. Yox əgər bu baş verməsə və proses uzansa, ABŞ öz iddialarında israrlı olsa ki, ancaq ona xeyir verən müqavilələr bağlansın, bu zaman Avropanın da münasibətlərində ciddi fərqlər yarana bilər.

Onu da qeyd edim ki, ABŞ-a yaxın dövlətlər var. Əsasən də Şərqi Avropada Polşa, Çexiya kimi ölkələr ABŞ-la çox yaxındılar. Amma Almaniyanın, Fransanın, ələlxüsus da Britaniyanın öz maraqları var. Bu maraqlar çərçivəsində ABŞ-la maraqlar toqquşanda öz əllərində olan riçarqlardan istifadə edərək ABŞ-a müəyyən təzyiqlər göstərməyə çalışacaqlar. Həmin ölkələr ABŞ-ın hər dediyi ilə də razılaşan deyillər. Çünki orada ölkələrin maraqları həmişə öndə olur.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar