Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-a meydan oxuyan Çin iqtisadiyyatına niyə “virus düşdü”?..

Çin açıq şəkildə Vaşinqtona meydan oxuyurdu... Bu durum düzəlməsə, pul da özünə yeni bir liman tapacaq. Çinin kənarlaşdırılması ilə bir çox ölkə qarışacaq...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 25 fevral 2020-ci il

Uzaqdan baxanda problemli ölkələr siyahısının əvvəlində Çinin olduğunu desək, heç də şişirtmiş olmarıq. Çində meydana gələn koronavirus ölkəni rəsmən ələ keçirib. Milyonlarla şirkət çöküb. Banklarda pul yoxdur. İşsizlik və ölüm qorxusu sürətlə yayılır. Çini vuran və bir anda əsir alan virus birdən-birə İranın Qum şəhərində özünü göstərib. Ölüm sayının açıqlanandan daha çox olduğu iddia edilir. 

Türkiyə də İranla sərhəd qapılarını bağlayıb və eyni problem İraqda da ortaya çıxıb. Günlərdir danışırıq, amma Türkiyə bu mövzudan uzaq qaldı. Xüsusilə də media.

Çin böyük bir güc idi. Bir virusla mübarizə aparmağı çox çətin olmamalıdır. Çin bir virusla məhv olmamalıdır. Ancaq vəziyyət getdikcə pisləşir. Bu, gəldiyimiz son nöqtədir.

Koronavirusu necə şərh etməyinizdən asılı olmayaraq, Çinin ciddi ziyan çəkdiyi ortadadır. Çin Prezidenti Si Tsipinin yenə çarəsiz bir açıqlama verib: “Virus hələ də çox təhlükəli və mürəkkəbdir.

Bu, böyük bir böhrandır və bizi böyük bir imtahana sövq edir. Sadəcə bunu deyə bilərəm. Kommunist Partiyası hər addım atacaq”. 

Tsipinin durumu bu şəkildə izah etdiyi üçün onun çarəsizliyi açıq-aydın görünür. Amma koronavirus dayanmır, can da alır, pulları da əridir. Milyonlarla insan işsiz qalıb. Rəsmi olaraq qəbul edilməsə də, təxminən 900 milyon insan karantindədir. Ölkələr Çini xəritədən siliblər. Dünyanın ən böyük şirkətləri 2021 planlarında Çinin alternativləri adında bir variant hazırlayıblar. Ümidverici açıqlamalar gəlsə də, koronavirusun təsiri bir neçə ay ərzində silinib getməyəcək.

Çin irrasional addımlar atdığı üçün bu virusla tanış oldu. Bir çox analitiklər belə düşünür. Çünki Çin 100 ildə ABŞ-ın hazırladığı sistemi darmadağın etməyə çalışdı. İpək Yolu bunun ən böyük göstəricisi idi. Çin Mərkəzi Bankı da çox güclü idi. 8 Noyabr 2019-cu ildə “Mərkəzi Bankdakı ehtiyat 3 trilyon 100 milyard dolları keçdi” açıqlaması da Vaşinqtona qarşı idi. Çin açıq şəkildə meydan oxuyurdu. Bütün sözlərin və çıxışların getdiyi ünvan bəlli idi: Vaşinqton.

Pul çox güclüdür, lakin onun davamlılığı da vacibdir. Çin bunu unutdu. Əlbəttə, Çin iqtisadiyyatını formalaşdıran ingilis iqtisadçıları hazırda Pekinin hədəfindədirlər. Rotşild ailəsinin banklarında işləyən önəmli iqtisadçılar ildə 2 dəfə Çin prezidenti Si Tsipininlə görüşürdülər. Bu görüşlər öz dərinliyinə görə unikal idi. Ancaq indi bu şəxslər də hədəfdədir.

İyul ayında Pekindəki çox önəmli bir hoteldə iclas keçirilib. Çin Kommunist Partiyası rəsmilərinin ev sahibliyi etdiyi iclasda ingilis iqtisadçıları Çinin bir nəhəng olduğunu bildiriblər. Trilyonlarla dollar borcu olan ABŞ-dan üstün olduğunu izah ediblər. Bunlara inanan və bu həqiqətləri bilən bir çox insan vardı. Lakin Çinin silahlı qüvvəsi ABŞ-la rəqabət aparmaq iqtidarında deyil. Məsələn, ABŞ-ın ölkəsindən kənarda yüzlərlə bazası var. Buna baxmayaraq bu məsələdə də Çinin ABŞ-ı ötə biləcəyi iddia edilib.

Bəs Çin öz hüdudlarından xaricdə haraya hərbçilər yerləşdirilmişdi ki, ABŞ-ı bitirəcəyini açıqlayırdı?

İqtisadçılar hərbi sistemdən, əsgərlər isə iqtisadiyyatdan baş çıxara bilmirlər. Koronavirus sayəsində bunu bir daha gördük.

Çin hərbi cəhətdən güclü olsaydı, koronavirus planı baş tutmazdı. Heç kim bu hərəkəti o qədər rahatlıqla edə bilməzdi. Çin səssiz şəkildə daha dərindən getmək əvəzinə meydan oxudu.

Bəs Çin bundan sonra nə edəcək? Xəstə ölkə görüntüsündən necə çıxmaq olar? Bunu tək yolu
Vaşinqtondur. Vaşinqton isə buna heç istəkli deyil.

Çünki Çindən qaçmaq məcburiyyətində qalan bəzi Amerika şirkətləri də Vaşinqtona qarşı idi. Beləliklə, koronavirusu hazırlayanların böyük bir itkisi olmadı. Bu şirkətlər Çini tərk etmək istəsəydilər, koronavirusa da ehtiyac qalmayacaqdı.

Beləliklə, dünyanın tarazlığını dəyişdirən bu virus təkcə Çində qalmayacaq. Bir çox Avropa ölkəsi, İran və Şimali Koreyaya da ciddi şəkildə təsir göstərəcək.

Vaşinqtonun hər bir istəyini qəbul edən Yaponiya və Cənubi Koreyaya da müəyyən dərəcədə ziyan dəyəcək.

Bu virus Vaşinqtonun dəhlizlərində müzakirə edilib. 2019-cu ildə İsveçrənin Montreux şəhərində Bilderberq Qrupunun bəzi gizli görüşləri keçirilib. Həmin görüşlərdən birində Çinə bir virusun yayılması ehtimalı müzakirə edilib. Ancaq SARS virusunun uğurlu olmadığı irəli sürülüb. Virusun Çinə böyük zərər verə bilməcəyi barədə də razılığa gəlinib. Əslində, iclasda koronavirus müzakirə edilib. Lakin Si Tsinpinin və Kommunist Partiyası rəsmilərinə “dərs verən” ingilis iqtisadçıları “virus problem yaratmaz” deyiblər. 

Bilderberqdə iştirak edən şəxslər arasında prezident Donald Trampın kürəkəni Cared Kaşner, “Microsoft”un şefi Satya Nadella, “Google”un əfsanəvi siması Erik Şmidt, “Paypal”ın milyarder qurucusu Pitr Tiel və ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də var idi.

Təəssüf ki, onların proqnozu Pekini çökdürdü. İndi o iqtisadçılar artıq vəzifədə deyillər. Hamısı baş verənlərin əvəzini çox ağır şəkildə ödəyiblər və hələ daha çoxunu da ödəyəcəklər. Tarixin yönü dəyişərkən, onlar böyük bir səhv etdilər.

Bir ingilis professor Bilderberq Qrupunun iclasında virusun yeni dünya müharibəsinin ən vacib silahı olduğunu söyləyib. Bunu dəfələrlə qeyd edib, ancaq heç kim ona inanmadı. Bu proses gözlənilirdi. Kimsə bu prosesi onların başlatdığını anlamasın deyə bunu gizlətdilər. Vəziyyətin hara qədər gedəcəyini hər kəs yaşayıb öyrənəcək.

Planın sahibi elə bu virusu yayanlardır. Nə olacağını, harada bitəcəyini ancaq onlar bilirlər. Bu vaxt ərzində Çin geri qayıtsa, işlər daha da çətinləşəcək. Bu da mümkündürmü? Əlbəttə. Ancaq indi problem içində olan Çindir.

İpək yolunda Çinlə birlikdə hərəkət etmək istəyən ölkələr qəribə bir şəkildə virusla qarşılaşdılar. Ən sonuncu nümunə də İtaliyadır. 

Bazarlara hücum başlayıb, oyunlar təxirə salınıb, şənliklər başqa bir bahara qalıb. Milyonlarla Çin şirkəti iflas etdiyi üçün banklar da pul tapa bilmirlər. Pekinilk variantı həyata keçirib və dərhal ABŞ-dakı istiqrazlardan bərk yapışıb. Əgər vaxtından əvvəl geri çəkilə bilsə, oradan da milyardlarla dollar zərərə düşəcək.

Çin rəsmən böhrandan əziyyət çəkərkən, onunla hərəkət edən ölkələr də çaxnaşma ilə nə edəcəklərini bilmədikləri üçün ABŞ prezidenti Tramp hərəkətə keçib və Hindistana gedib. Xarici mediadan sızdırılan xəbərlərə görə, inanılmaz razılıqlar əldə edilib.

Trampı 1 milyon insanla qarşılayan Hindistana, görəsən, nə verildi? Bəlkə, o, Çinin yerinə keçməyə namizəd bir ölkə oldu? 

Bütün bunlar Çinin verəcəyi cavabdan asılıdır. Bu durum düzəlməsə, pul da özünə yeni bir liman tapacaq. Çinin kənarlaşdırılması ilə bir çox ölkə qarışacaq.

Heç kim də bundan kənarda qala bilməz . Əgər durum bu şəkildə getsə, virus “10 dollarlıq bir tarix” yazacaq...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar