Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdulbari Gözəlin başına nə gəlib?

“Görünür, problemlə üzləşib”

"Azərsun Holding"in prezidenti Abdulbari Gozəlin biznes mühitindəki vəziyyətlə bağlı açıqlaması suallara səbəb olub. O, deyib ki, dövlətin ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyir: “Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar. Qanunlarımızın daha da ədalətli olmasını arzulayıram”.
“Azərsun” şirkətinin rəhbərinin bu fikirləri onu deməyə əsas verir ki, əgər illərdir ölkənin ən böyük monopolist şirkətinin rəhbəri də qanunsuzluqdan şikayətlənməyə başlayıbsa, o zaman kiçik və orta sahibkarların durumunu təsəvvür etmək çətin deyil. İqtisadçı Qadir İbrahimli “Yeni Sabah”a müsahibəsində bu suallara aydınlıq gətirib:

- Ölkənin biznes mühitində çoxsaylı problemlər var və bu problemlər çoxşaxəlidir. Həm qanunların işləməməsi, həm iş adamlarından tələb olunan qeyri-rəsmi ödənişlər, həm rəqabət mühitinin olmaması və digər məsələlər var ki, bunlar iş adamlarına problemlər yaradır. Biz bu problemlərlə bağlı dəfələrlə danışmışıq, bu problemlər son vaxtlara qədər kiçik və orta biznesə yaradılırdı, indi artıq böyük biznes nümayəndələri də, monopolistlər də gileylənməyə başlayıblar. Yəni o deməkdir ki, biznes mühitində daha ciddi proseslər baş verməyə başlayır. Təbii ki, bu da müsbət istiqamətdə deyil. Həmin qanunsuzluqlara kiçik və orta iş adamları yox, həm də böyük iş adamları qarşılaşırlar. Abdulbari Gözəlin də açıqlaması əslində bunun etirafıdır.

O başqa məsələdir ki, əgər ölkədə normal rəqabətli biznes mühiti olsaydı, Abdulbari Gözəl kimi monopolistlər də uzun müddət bazarda öz mövqeyini qoruyub saxlaya bilməzdi.

Yəni bazarda tək oyunçu deyil oyunçulardan biri olardı. Amma bu da fakdır ki, onun açıqlaması göstərir ki, artıq bu problemlərdən iri iş adamları da əziyyət çəkməyə başlayıb. Mənə elə gəlir ki, bu artıq ciddi məsələdir. Hökumət bununla bağlı ciddi siyasi qərarlar qəbul etməlidir. Biznes mühiti yaxşılaşdırılmalıdır. Müəyyən addımlar atılmalı, mülkiyyət toxunulmazlığına təminat verilməlidir. Ölkədə mülkiyyət hüququ ən çox pozulan hüquqlardan biridir. Yalnız bu halda ölkədə biznesin normal inkişafından danışmaq olar. Hələlik isə görüləsi işlər çoxdur, hökumət ciddi addımlar atmalıdır.

- Kiçik və orta sahibkarların problemləri haqda dəfələrlə danışılıb və nədən ibarət olması bəllidir. Bəs, sizcə, böyük sahibkarların, konkret olaraq Gözəlin qarşılaşdığı problem nə ola bilər? Bu haqda sizdə informasiya varmı?

- Xeyir, məndə konkret informasiya yoxdur. Amma çox güman ki, bunun kökündə bazarların yenidən bölüşdürlməsi tendensiyası dayanır. Son iki ildə Azərbaycanda mülkiyyətin və bazarların yenidən bölüşdürülməsi prosesi gedir. Bu qeyri-rəsmi xəbərlər də olsa, həqiqətdir. Heç bir səbəb olmadan biznesdə əl dəyişməsi baş verir. Hazırda biznes sahiblərinə bu kimi hücumlar var. Amma Abdulbari Gözələ olan hücumlarla bağlı məndə dəqiq məlumat yoxdur. Amma görünür o da yuxarıda qeyd etdiyim problemlərlə üzləşib.

Putin hakimiyyətinin ilk illərində “yukos” hücumlara başlamışdı. Bunun mahiyyəti o idi ki, iş adamı Xadarkovskini həbsə atıb əmlakını əlindən aldılar. Bundan sonra bu kimi hücumlar “yukos” hücumları adını aldı. Eyni proseslər vaxtilə Azərbaycanda da gedib, son vaxtlar daha da intensivləşib.

Yəqin ki, Gözəl də həmin hücumlardan ya ehtiyatlanır, ya da artıq bu proseslə üzləşib. Hər halda görünən onu deməyə əsas verir ki, “Azərsun” üçün əvvəl yandırılmış yaşıl işıq artıq yoxdur.

- Siz deyirsiniz ki, biznes mühiti şəffaflaşdırılmalıdır. Dövlət rəsmiləri də son vaxtlar həm vergidə, həm də gömrükdə şəffaflıq yaradıldığını qeyd edirlər. Bəlkə, Abdulbari Gözəl bu şəffaflaşmadan narahatdır?

- Bəli, bu da bir həqiqətdir ki, iri iş adamları şəffaflaşmadan narahatdırldr. Onlar da istəmirlər ki, proses tam şəffaf olsun. Vergilər Nazirliyinin rəhbərliyi ilə görüşəndə mən təklif etdim ki, Azərbaycanda Vergilər Nazirliyi ən yaxşı vergi ödəyicisinin adını açıqlasın. Bu həm də rəsmi milyonçuların aşkar olunması deməkdir. Bunu vətəndaş da bilməlidir. Görünür, vergi prosesinin şəffaflaşması da müəyyən iri iş adamlarına sərf etmir, onlar əvvəlki qaydada işləməyə üstünlük verirlər. Çünki prosesin şəffaflaşması büdcəyə daxilolmaları artırmaqla yanaşı sahibkarlara böyük “ziyanlar” vurur, onlar daha çox vergi ödəməyə məcbur olurlar. Bu amil də var. Abdulbari Gözəlin başına nə gəldiyi isə yəqin ki, yaxın zamanlarda hər kəsə bəlli olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar