Avropa Birliyi (AB) və ABŞ koronavirusa qarşı peyvəndləmə prosesinə dair əməkdaşlıq barədə sənəd imzalayıblar.
APA TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
Tərəflər öz fəaliyyətlərində 2022-ci ildə dünya əhalisinin 70%-nin peyvənd olunmasına çalışacaqlarını qeyd ediblər.
“Dünyanı peyvəndləmək üçün ABŞ-la yeni əməkdaşlıq qurduğumuzu bildirməkdən məmnunam. 2022-ci ildə keçiriləcək BMT Baş Assambleyasına qədər dünya əhalisinin 70%-nin peyvənd olunmasını hədəfləyirik”, - deyə Ursula fon der Leyen “Twitter” səhifəsində yazıb.
pia.az