Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Minalanmış” meydanda oynayan futbolçularımı qəhrəman sayıram”


"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 26-cı turunda evdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib


Təcrübəli mütəxəssis ilk olaraq matç haqda danışıb.

- Zənnimcə, "Kəpəz" 2 ilin ən yaxşı oyununu sərgilədi. Komandamla fəxr edirəm. İlk hissədə də pressinq tətbiq etdik. Komandamız fərdi yox, kollektiv şəkildə əla oynadı. Rəqibə boş sahə vermədik. Bilirdik ki, fərdi qaydada bizi məyus etmək iqtidarındadırlar.

- Bu oyunda nə var idi ki, əvvəlkilərdə olmayıb?

- Üçüncü dövrəyə pis başladıq. Psixoloji sarsıntı keçirirdik. İndi isə səhvə yol verə bilmərik. Sanki minalanmış meydandayıq. Bütün oyunları belə keçirmək mümkün deyil. Bu şəraitdə oynayan futbolçuları qəhrəman sayıram.

- Nə qədər yüksək notda danışsanız da, rəqibin iki zərbəsi dirək və tirdən döndü. Müdafiədən də razısınız?

- Müdafiə olunmaq tək müdafiəçilərin işi deyil. Ebah kömək edirdisə, Orxan, Dario ve Serjio bunu etmirdi. Ancaq biz qat-qat çox qol imkanı yaratdıq. Bu da həmin üçlüyün zəhmətidir (sport24.az).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar