Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni dünya müharibəsi başladılıb”


Sərdar Cəlaloğlu: “Bu gün bir çox ölkələrin xarici siyasəti müharibələrə, cinayətlərə əsaslanır”


Avropada, Qərb ölkələrində baş verən terror hadisələri və digər iğtişaşlarla bağlı ərəb ölkələri qınanılır. 

Lakin bu da faktdır ki, son illər ərəb ölkələrində gedən müharibələr, milyonlarla miqrant probleminin yaranmasında Qərb siyasətinin də təsirləri az deyil.  
Ekspertlər bildirirlər ki, baş verən problemlər  Qərbin 6 il öncə başlatdığı “Ərəb baharı” proyektinin fəsadlarıdır.  Bu baxımdan “Ərəb baharı”nın yanlış proyekt olduğunu söyləyənlər də az deyil.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, İkinci Dünya müharibəsindən sonrakı mövcud olan dünya düzəni SSRİ dağıldıqdan sonra öz mənasını itirib: “Faktiki olaraq artıq dünya beynəlxalq norma və qanunlarla idarə olunmur.



O yerdə ki, qanun yoxdur, orada zorakılıq və cinayət var. Ona görə də bu gün bir çox ölkələrin xarici siyasəti, elə məhz bu cür müharibələrə, cinayətlərə əsaslanır. Artıq bizim başa düşdüyümüz terror, sözün həqiqi mənasında kortəbii, idarə olunmayan  qruplar tərəfindən həyata keçirilmir. Əksinə, leqal güclərin qeyri-leqal fəaliyyəti kimi meydana çıxır. Yəni hansısa bir dövlət, başqa bir dövləti öz siyasətinə tabe etdirmək üçün nə müharibə, nə də başqa cür təzyiq edə bilmir. Bu zaman ən asan yol kimi müəyyən terror qrupları yaradır, onları təşkilatlandırıb həmin dövlətə qarşı yönəldir. 

Birinci Dünya müharibəsində biz gördük ki, 30 ölkə birləşib Türkiyəni işğal etmək istəyirlər. 



Bu gün də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkələri terroru dəstəkləməkdə ittiham edir. Eləcə də PKK, İŞİD və digər terror təşkilatlarının arxasında da bu gün leqal və qeyri-leqal Avropa dövlətlərinin durduğunu görürük. Bu onu göstərir ki, söhbət terrordan deyil, dünyada keyfiyyətcə yeni olan dünya müharibəsindən gedir. Bu dünya müharibəsi də qeyd etdiyimiz kimi terror yolları ilə xalqda dövlətə qarşı inamsızlıq yaradıb iç savaşa çəkməklə aparılır.  Nəticədə, Suriyada və İraqda olduğu kimi dövlətləri məhv etmək niyyəti görünür. Ona görə də düşünürəm ki, yeni dünya düzəni yaranmayana qədər dünyada terrorun nəinki qarşısı alınmayacaq, əksinə genişlənəcək. Çünki terrorun çox nəhəng maliyyə qaynaqları var. Terror həm də silah, insan, narkotik alverçiləri üçün kifayət qədər önəmlidir”.

S. Cəlaloğlu dünyada gedən proseslərin hansı halda dəyişəcəyini söyləyib: “SSRİ dağıldıqdan sonra Qərb siyasətçiləri açıq şəkildə ifadə edirdilər ki, sinfi təbəqələşmə aradan götürüldükdən sonra dünyada mədəniyyətlərarası qarşıdurmalar meydana çıxacaq. Söhbət islam və xristian dinindən gedir. Bu iki dinin hər birində təxminən 2 milyarda yaxın insan, 100-ə yaxın dövlət cəmləşib. Nəticə olaraq bu dinlər dünyada iki qütb əmələ gətirib. Ona görə də xristian və islam dövlətlərinin dinc və yanaşı yaşamasını müəyyən edən normalar əsasında yeni dünya düzəni yarana bilər. 

Əvvəlki dünya düzəni mülkiyyət fərqliliyi (kapitalizm, sosializm) şərtini özündə ifadə edən normalardan ibarət idi. İndi isə xristianlarla müsəlmanların dinc, yanaşı yaşamasını müəyyən edən normalar yaradılmalıdır. Yalnız o zaman dünyada terror olmaz, dövlətlər isə bir-birinə müdaxilə etməzlər. Əksinə, islam dünyası ilə xristian dünyası arasında qanuni münasibətlər olar. Düşünürəm ki, yeni dünya düzəni elə buna doğru da gedir. Ancaq burada bir problem də var ki, mədəniyyətlərarası münaqişədə başçı dövlət olmalıdır. Misal üçün daha öncə kapitalizmin başçı dövləti ABŞ, sosializminki isə Rusiya idi. İndi mədəniyyətlərarası dövrdə də xristianların problemi var. İndi də buna Rusiya ilə Amerika başçılıq etməyə cəhd edir. Ona görə də Avropa ilə Rusiya arasında ziddiyyətlər var. Ancaq islam dünyasının belə bir dövləti yoxdur. Buna da iki dövlət iddia edir, biri İran, digəri isə Türkiyədir. Bu baxımdan İran Qərb tərəfindən məhv edilmir, blokadaya alınır. 

PKK Türkiyə ilə yanaşı İranda da vaxtı ilə fəaliyyət göstərdi, İran blokadaya alınan kimi onun fəaliyyəti dayandırıldı. 



Ancaq Türkiyə blokadaya alınmayıb və orada PKK fəaliyyət göstərir. Beləliklə də görünür İranı blokada, Türkiyəni isə terror yolu ilə zəiflətmək istəyirlər. Hər ikisində də məqsəd islam dünyasının başçı dövlətinin meydana çıxmasının qarşısını almaqdır. Burada Qərb bir şeyi unudur ki, belə bir dövlət meydana çıxmayana qədər yeni dünya düzənini yaratmaq mümkün deyil. Bu gün Türkiyənin inkişafının qarşısını almaq üçün onu iqtisadi cəhətdən də blokadaya alırlar.  Çünki çox böyük sürətlə “Böyük səkkizlər”in cərgəsinə daxil olmağa iddialıdır. Türkiyənin ətrafında bütün baş verənlər də bunun qarşısını almaqdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar