Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xüsusi xidmət orqanları anamı təcrid edib“




Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğlu Özbəkistan rəsmilərindən anasının taleyi ilə bağlı rəsmi açıqlama tələb edib


Babasının adını daşıyan İslam Kərimov BBC-yə müsahibəsində deyib ki, anası uzun müddət Daşkənddəki villasının həyətindəki 3 otaqlı yardımçı binada saxlanılıb. 

İ. Kərimov saxlanma şəraitinin anasının sağlamlığına mənfi təsir etdiyini bildirib. Bununla yanaşı, o qeyd edib ki, anasının psixi durumunun pozulması və onun xəstəxanaya yerləşdirildiyi barədə yayılan məlumatlar əsassızdır.

Anasının Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən təcrid olunmuş vəziyyətdə saxlanıldığını qeyd edən İ. Kərimov onlardan anasının taleyi ilə bağlı açıqlama verməyi tələb edib: "Necə olur ki, XXI əsrdə Gülnarənin harada olduğu, hansı şəraitdə və nə üçün saxlanıldığı barədə suala cavab verilmir?!"
 
O əlavə edib ki, anası ilə birbaşa əlaqəsi yoxdur, lakin Özbəkistanda yaşayan bacısı İmanla əlaqə saxlamaq imkanı var. İ. Kərimovun sözlərinə görə, nə özünə, nə anasına, nə də bacısına babasının dəfninə qatılmağa icazə verməyiblər.
 
Qeyd edək ki, İ. Kərimov hazırda Londonda yaşayır. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Ən çox oxunanalar