Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ümid edirik ki, Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq”


“Təəssüflər olsun ki, biz 25 ildir doğulduğumuz torpaqlarda yaşaya bilmirik. Təəssüf ki, Azərbaycan torpaqları 25 ildir Ermənistanın işğalı altındadır"


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev bildirib.
 
O, Ermənistanın 25 ildir işğalçılıq siyasətini davam etdirdiyini söyləyib: "Mən Dövlət Dumasının MDB məsələləri üzrə iş komitəsinin keçmiş sədri Leonid Slutskinin sözlərini xatırlatmaq istəyirəm. O, görüşümüzdə bildirmişdi ki, Qarabağ münaqişəsini özümüz həll etməliyik, heç bir halda regiona dəxli olmayan ölkələr bu problemə müdaxilə etməməlidir. Rusiya, işğalçı Ermənistan və ərazisi işğal altında olan Azərbaycan var. Biz özümüz bu problemi həll etməyə borcluyuq. Konfransda təklif edərdim ki, Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlasın. Biz nə edə bilərik? Bu gün bu konfransda çox yüksək nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər iştirak edirlər. Onlar Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına yardımçı ola bilərlər. MDB çərçivəsində AzərbaycanErmənistandan olan gənclər arasında dialoqun qurulması da vacibdir. Biz bütün bunları Rusiyadan, bu ölkənin ziyalılarından gözləyirik. Ümid edirəm ki, Rusiya prezidenti Vladimir Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq".
 
Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən danışan R. Rzayev bildirib ki, Azərbaycan münaqişənin nizamlanması prinsipləri ilə razıdır: "Güc və silah tətbiqinin yolverilməzliyi prinsipi ilə razıyıq, baxmayaraq ki, Qarabağda azərbaycanlılara qarşı silah tətbiq olunub, onlar güc yolu ilə yurdlarından qovulublar. Öz müqəddəratını təyin etmə prinsipi ilə də razıyıq. Ermənilər artıq müqəddəratlarını təyin ediblər. Onların Ermənistan adlı dövləti var. Üçüncü isə ərazi bütövlüyü prinsipidir. Bu, ən əsas prinsipdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Onda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində referendum keçirilsin və bu referendumun nəticəsinə baxılsın”.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar