Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp üçün nə yaxşıdırsa, ABŞ üçün də yaxşıdır?”


Tramp və Putinin dostluğu


Trampın dostları barəsində müxtəlif fikirlər söyləyirlər. 

Əgər biz 20 yanvardan sonra ABŞ xarici siyasətinin necə olacağını təsəvvür etmək istəyiriksə, onda bəzi siyasi məlumatları nəzərə almalıyıq.

Tramp praktikada belə bir tezis söyləyib və yerinə yetirib: “General Motors” şirkəti üçün nə yaxşıdırsa, elə ABŞ üçün də o yaxşıdır. Və özümüzdən belə bir söz əlavə edək ki, deməli onda Meksika üçün pisdir. Əgər təkcə “General Motors” barəsində yox, ümumiyyətlə deyilsə ki, yüksək texnologiyalı böyük şirkətlər üçün yaxşıdırsa, onda ABŞ üçün də yaxşıdır. Yəni Tramp üçün nə yaxşıdırsa, onda deməli ölkə üçün də yaxşıdır.

İstənilən bir ölkənin öz maraq dairəsi var və o bu və ya digər səviyyədə həmin maraqları qoruyur.

İspaniyanın baş naziri olmuş Asnarın Putinin sələfi Yeltsin ilə çox pis münasibətləri vardı. Amma 1999-cu ildə Putin Rusiya prezidenti, Buş isə 2001-ci ildə ABŞ prezidenti olduqdan sonra hər şey dəyişdi. Məhz Putin İspaniya ilə Rusiya arasında indiyədək davam edən yaxşı münasibətlərin qurulmasına imkan yaratdı.

Berlin divarının yıxılmasından sonra ABŞ-ın bütün respublikaçı prezidentləri Rusiyaya qarşı münasibətdə oxşar siyasət aparıblar və həmin siyasətdə neft az rol oynamayıb.

Henri Kissincer bunu “Amerikan real siyasəti” adlandırıb. Bu siyasət demokrat Kennedinin başlatdığı Vyetnam müharibəsinə respublikaçı Niksonun son qoyması və Çin ilə yaxınlaşma prosesində öz əksini tapıb.

Tamamilə mümkündür ki, yeni prezident zamanla özünün çılğın hərəkətlərini yığışdıracaq. Böyük siyasi təcrübəyə malik Ronald Reyqan da lüzumsuz zarafatlar etməyə meyilli idi. Yadımızdadır ki, 1984-cü ilin yayında necə bir qalmaqal yaranmışdı. Reyqan mikrofonun bağlı olduğunu zənn edib, birbaşa efirdə bildirmişdi ki, o, Sovet İttifaqına nüvə raketləri ilə zərbə vurulmasına əmr verib. Bu zarafat Çernenkonun xoşuna gəlməmişdi. Ancaq Tramp hələlik özünü bu cür boş aparmayıb.

Belə ki, ABŞ administrasiyanın xarici siyasəti öz əvvəlki respublikaçı sələfləri ilə müqayisədə az dəyişikliyə uğrayacaq.
Henri Kissincer “Dünya nizamı” adlı böyük əhəmiyyət kəsb edən məqalə yazıb. ABŞ xarici siyasətinin əsas istiqamətləri həmin kitabda yer alıb. Bəs, bunlar hansı istiqamətlərdir?

Ümumiyyətlə, bunlar keçmiş illərdə inkişaf etmiş istiqamətlərdir. Yəni Rusiya, Çin, Böyük Britaniya (artıq Avropa Birliyi ilə bağları olmadan) və həmçinin İsrail ilə əlaqələrin möhkəmləndirilməsidir. Buraya ərəb ölkələrinin enerji asılılığından qurtulmaq və Rusiya ilə birlikdə islam terrorçularına qarşı amansız mübarizənin nəyin bahasına olursa-olsun, qələbə sonluğuna çatdırılmasıdır. Həmin müharibə 2001-ci ilin 11 sentyabrından başlayıb və həlledici döyüşlər hələ irəlidədir.

Avropa və Yaponiya üçün hansı rol hazırlanıb? Bu, bizim cavab verəcəyimiz ən böyük sualdır. Aydındır ki, qlobal adlandırdığımız müasir dünyada böyük dövlətlərin seçkilərə təsiri mühüm əhəmiyyət daşıyır. Elə Mərkəzi Kəşfiyyat Agentliyi və Rusiya arasındakı gərginlik də məhz bununla bağlıdır.

Bu il Fransa prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik dövrünə daxil olur. Marin Le Penin seçiləcəyinə əminlik yoxdur, lakin bir şeyi demək olar: gələcək prezident Fiyona bənzər qətiyyətli və möhkəm əminliyə malik bir şəxs olacaq.

Böyük BritaniyaABŞ-da baş verənlər yuxulu vəziyyətdəki xeyli insanın gözünü açıb. Buş, Berluskoni, Bleyer və digər personajların gedişindən sonra, sanki imtina olunmuş siyasət yenidən dünya arenasında özünü göstərir. Mədəni və nəzakətli yolla olmasa da, amma digər personajlar həmin siyasəti artıq yürdürlər. Hərçənd ki, siyasi səhnəni tərk etmiş şəxsləri heç də nəcib adlandırmaq da olmazdı.

Əgər “mühafizəkar” adlandırılanlar İraqdakı müharibə kimi dəhşətli səhvlərə yol verməzlərsə, onda ola bilər ki, yeni tarixi mərhələlər hətta hansısa təmizləmələr gətirəcək. (azpolitika.info)

(“El Pais”-İspaniya)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar