Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“TANAP Cənubi Qafqaza sülh gətirəcək bir layihədir”


“Yeni Türkiyənin qurulması yolunda ən mühüm nailiyyət də Azərbaycanla birlikdə TANAP layihəsinin gerçəkləşdirilməsidir”


Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən xəbər verilir ki, bunu qonşu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib.
 
O, qeyd edib ki, bu layihə həm Türkiyənin enerji tələbatı baxımından, həm də Balkan ölkələri və Avropaya enerji nəql edən geostrateji bir ölkəyə çevrilmək baxımından əhəmiyyətlidir: “TANAP-la Azərbaycandan gələn qaz xətləri Gürcüstan vasitəsi ilə Türkiyəyə gələcək. Ümumilikdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədə qalacaq, qalan hissəsi isə Avropaya və Balkanlara nəql ediləcək”.
 
“Ümumi qaz miqdarı sonra mərhələli şəkildə artırılacaq və 2026-cı ildə 31 milyard kubmetrə çatacaq Maliyyə dəyəri 7 milyard dollar olan bu layihənin ilk mərhələsi 2018-ci ildə, bütünlüklə inşası isə 6 il içində tamamlanacaq. Başqa bir sevindirici nöqtə də odur ki, bu layihədə istifadə olunacaq avadanlıqların 80%-i Türkiyə firmalarının istehsalı olacaq. Biz XXI əsrin enerji əsri olacağına inanırıq. Bu sülh layihəsi böhranlarla yada düşən Qafqaza regional bir sülh perspektivi gətirəcək və bu perspektivi Anadoludan Balkanlara sülh körpüsü ilə bağlayacaq”, - deyə o bildirir.(apa)
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar