Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sovetski“nin pulunu yeyirlər...


Bakı şəhəri Yasamal rayonu Salatın Əsgərova-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İdris qızının “Sovetski” məhəlləsində söküntü zamanı 110 kvadrat metrlik mənzilinin hər kvadratmetri 1000 manatdan hesablanıb, bank hesabına 110.000 manat köçürülüb


Bunu Ceyran İsmayılovanın hüquqi nümayəndəsi Bəhruz Məmmədov yazıb. 

O, qeyd edir ki, “Sovetski” məhəllləsində aparılan köçürmə əməliyyatlarında sakinlərin pullarının mənimsənilməsi hallarına yol verilir:
 
"PREZİDENTİN SƏRƏNCAMI QULAQARDINA VURULUR"
 
“Hüquqlarını qoruduğum İsmayılova Ceyran İdris qızının mülkiyyət hüququ pozulub, haqqı tapdanıb. Sökülən mənzillərin hər kvadrat metri üçün 1500 manat ödənilməsi ilə bağlı prezident sərəncamı qulaqardına vurulur, vətəndaşlara çatmalı olan pullar məmurlar tərəfindən mənimsənilir”. Nümayəndə bildirir ki, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasının üzvləri bu il mayın 13-də keçirdikləri komissiya zamanı Ceyran İsmayılovanın 110 kvadrat metrlik mənzilinin hər kvadrat metrini 1000 manatdan hesablayıblar. Ceyran İsmayılovanın pulundan kəsilən 55 min manatın aqibəti qaranlıq qalıb. Bəhruz Məmmədovun sözlərinə görə, mənzillərdən əşyaların daşınması üçün ayrılmış 400 manat da mənimsənilib.
 
KÖÇÜRMƏ KOMİSSİYASI DEYİR Kİ...
 
Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasından isə bildirilib ki, Ceyran İsmayılovanın qanunsuz artırmaları hesablanmayıb, yalnız sənəddə göstərilən sahəyə kompensasiya ödənilib. Əgər narazıdırsa, məhkəməyə müraciət edə bilər. Baş nazirin müavini Abid Şərifov bütün açıqalamalarında prezident İlham Əliyevin tapşırılqarına istinad edərək bildirib ki, “Sovetski” də sökülən mənzillərin hər kvadrat metri üçün 1500 AZN ödəniləcək.(amerikanın səsi)
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar