Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Azərbaycanla qarşıdurmada Ermənistana heç vaxt kömək etməyəcək”


Moskvadan İrəvana erməniləri qorxudan mesaj; Rusiyalı tanınmış politoloqa görə, İrəvan bu məsələdə illüziyalara qapılmamalıdır; işğalçı ölkə KTMT və Avrasiya Birliyinə üzvlüyünü heç cür Azərbaycan əleyhinə rıçaqa çevirə bilmir, çünki...


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyi postunun Ermənistan təmsilçisinə verilməsinin artıq bir ildən çoxdur yubadılması işğalçı ölkədə hələ də ciddi müzakirə mövzusudur. 

İrəvanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiyanın bu məsələdə ardıcıl üç dəfə işğalçı ölkə rəhbərliyini pərt eləməsini erməni toplumu heç cür həzm edə bilmir. Yubanmanın Azərbaycan faktoru ilə bağlılığı isə düşmən ölkədə az qala isterik ovqat yaradıb, Kremlə etimadsızlığı azaldıb.

Yada salaq ki, KTMT-nin oktyabr (İrəvan) və dekabr (Sankt-Peterburq) toplantılarına müvafiq surətdə Qazaxıstan və Belarus prezidentlərinin qatılmaması məsələnin növbəti dəfə ertələnməsi üçün motiv olub. Əslində Rusiyaya belə vəziyyət sərf edir. Çünki Moskva Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı deyil. Hazırda baş katib vəzifəsini müvəqqəti olaraq, general Valeri Semerikov icra edir.

***

“Tamamilə aydın idi ki, Rusiya niyə bu posta erməni hərbçisinin təyin edilməsində həvəsli deyil və ona qarşı mütləq nəsə fikirləşib tapacaq. Bəzi konspiroloqlar hətta güman edirlər ki, Belarus prezidenti A. Lukaşenkonun Peterburq toplantısına gəlməməsi ilə bağlı müəyyən anlaşma olub - ki, erməni şəxs baş katib təyin edilməsin. Ancaq mən belə düşünmürəm. Fikrimcə, sadəcə olaraq, Moskva Lukaşenkonun de-marşında müsbət nəsə taparaq, məmnuniyyətlə istifadə edib”.

Musavat.com-un məlumatına görə, bu sözləri “Exo Kavkaza” və “Azadlıq” radiolarının siyasi şərhçisi Vadim Dubnov 1 in.am erməni saytına müsahibəsində deyib. 

Bəs, nə vaxtsa bu vəzifə erməniyə həvalə oluna bilərmi? Politoloq məsələnin bundan sonrakı mümkün inkişaf ssenarisindən danışaraq deyib: “Bu - aparat oyunlarıdır. Aparat nöqteyi-nəzərdən düşünürəm ki, Moskvaya Semerikovu bacardıqca uzun müddətə baş katib əvəzələyicisi postunda saxlamaq əlverişlidir. Ona görə ki, onun qəti olaraq baş katib qismində təsdiqlənməsi qurumda rotasiya prinsipinin kobud pozuntusu demək olardı. Başqa yandan, məncə, Kreml təyinat məsələsini maksimum uzatmağa çalışacaq. Düşünürəm ki, əgər erməni tərəfinə izahat verilsə, o başa düşəcək və bununla yetərlənəcək. Bu isə elə də çətin deyil, nədən ki, Ermənistan asanca başa düşəcək, müxalifət isə asanca buna gülməyi öyrənəcək”.



Rusiyalı tanınmış ekspert Nikolay Bordyujanın “Dağlıq Qarabağ Respublikası” ifadəsi işlətdiyi üçün vəzifəsindən götürülməsi məsələsinə də toxunub: “Düşünmürəm ki, belədir. Azərbaycana hələlik sadəcə, erməni şəxsin KTMT baş katibi təyin edilməməsi şəklində bonus verilib. İrəvana isə bunu N. Bordyujanın biabırçı bəyanatı şəklində kompensasiya ediblər. Hərçənd Bordyuja bunu deməklə heç nə itirmirdi, çünki onsuz da vəzifədən gedəcəkdi. Onun bəyanatı gediş paketinin tərkib hissəsi idi. Bu, KTMT baş katibi postunu almadığı üçün Ermənistana kiçik bir təsəlli idi”.



Politoloqun ümumiyyətlə, KTMT və ya Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistana hansısa moderator rolunun verilməsini mümkünsüz sayır: “Lakin fikrimcə, Ermənistanın bütün bu təşkilatlarda üzvlüyü Moskvadan ötrü mütləq vacib və prinsipial idi. Ona görə ki, əgər Ermənistan orda olmasaydı, qalmaqal baş verəcəkdi”.

“O zaman Ermənistan həmin təşkilatlar çərçivəsində öz maraqlarını təmin etmək üçün necə hərəkət etməlidir” sualına siyasi şərhçi belə cavab verib: “Mənə bu xüsusda məsləhət vermək çətindir. Ancaq düşünürəm ki, ən doğrusu - bu məsələdə reallığın dərki və illüziyalardan imtina olardı. Ermənistan-Azərbaycan sərhədindəki son insidentdən sonra ola bilsin, yeganə sakitləşdirici fakt o idi ki, İrəvan aprel olayları ilə müqayisədə indi Rusiyanın müdaxiləsi baxımından daha az illüziya yaşamış oldu”.



Yada salaq ki, Bordyujanın məlum bəyanatında konkret ünvan göstərilməsə də, “təxribatın Ermənistan ərazisində törədildiyi” deyilir. Vadim Dubnov bu məqama da münasibət bildirib: “Məncə, bu da Bordyujanın gediş paketi, erməni şəxsin təyin edilməməsi məsələsi və s.-lə bağlı olub. Fikrimcə, bu sözləri hansısa təsirli akt kimi qəbul eləmək lazım deyil. Moskva Azərbaycanla qarşıdurmada heç vaxt Ermənistana kömək etməyəcək, əgər əlbəttə ki, Rusiya-Azərbaycan münasibətlərində hansısa qaçılmaz olay baş verməsə - məsələn, gözə gəlməsin, Azərbaycan təsadüfən təyyarə və ya nəsə bir şeyi vurmasa. Ancaq bu, olmayacaq”.



Jurnalistin “Demək, belə çıxır ki, Bordyujanın bəyanatı özündə Azərbaycanı çəkindirmək effekti daşımır” sualına rusiyalı analitik yenə də Ermənistanı məyus edəcək formada cavab verib: “Fikrimcə, mövcud situasiyada İrəvanın özünə rəva bildiyi yeganə şey - izafi illüziyalara qapılmamaq və öz əhalisinə bunu kifayət qədər adekvat şəkildə izah eləməkdir. Yeri gəlmişkən, erməni cəmiyyəti belə illüziyalarla yaşamağa elə də meylli deyil”.

***

Rusiyalı ekspertin açıqlamalarından bir daha qənaət hasil olur ki, Kreml üçün Bakı ilə münasibətlər heç də İrəvanla münasibətlərdən az önəm kəsb eləmir və Ermənistanın hətta KTMT və Avrasiya Birliyinin üzvü olması bu reallığı dəyişmək gücündə deyil. Bu reallıq isə Dağlıq Qarabağ probleminin həllində özünəməxsus şəkildə Azərbaycanın marağına işləyə bilər, əgər Bakı təbii ki, situasiyanı həmişə adekvat qiymətləndirsə. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar