Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reytinq ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır”


“Televiziya verilişlərinin reytinqini ölçən təşkilatların fəaliyyəti qeyri-şəffafdır”


Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, telekanalların reklam probleminin həlli ölkədəki iqtisadi inkişafla bağlı məsələdir: “Ancaq bizim də üzərində çalışdığımız müəyyən layihələr var. Reytinq ölçən təşkilatların fəaliyyətindəki qeyri-şəffaflıq, qeyri-sağlam münasibətlər bizi narahat edir. Çünki həmin reytinq ölçən təşkilatlar daha çox şou-bizneslə bağlı verilişlərə üstünlük verir, daim onları reytinqli göstərirlər. Bu ölçmənin kim tərəfindən, hansı təbəqə arasında aparılması da sual altındadır. Axı onların işi necə apardıqlarını heç kəs bilmir. Adi bir otaqda oturmaqla özləri də bu məlumatları çox asanlıqla verə bilərlər. Heç kəs onları yoxlamır, fəaliyyətlərinə nəzarət etmir, hansı insanlar arasında sorğuların keçirildiyi bilinmir”.

Nuşirəvan Məhərrəmli qeyd edib ki, bununla bağlı müəyyən işlər görülür və gələcəyə hesablanmış planlar var: “Azərbaycanda AGB (Nielsen Media Research) adlı təşkilat reytinq ölçürdü. Rəqəmsal yayıma keçdikdən sonra bu iş arxa plana keçib. Onlar az vəsait qoymaqla böyük gəlir əldə etməyə çalışırlar. Bu da doğru deyil. Onlar rəqəmsal yayıma keçdikdən sonra piplmetrlərin sayını artırmalıdırlar. Bakı şəhərində əvvəlki illərdə 200, ölkənin digər rayonlarında da 200 piplmetrlə reytinq ölçürdülər. Bununla da reklamı bölüşdürürdülər. Amma rəqəmsal yayıma keçdikdən sonra bu proses tamamilə azaldı, çünki onlar analoq yayım üzrə ölçmə işini aparırdılar. İndi rəqəmsal yayım yalnız kabel şəbəkələri üzərindən həyata keçirilir. Kabel şəbəkələri da bütün ölkəni əhatə etmir. Yalnız Bakı şəhərində, Sumqayıt və Gəncədə var. Ona görə də bunların reytinq ölçmələrində problemlər mövcuddur. Bu problemləri görürük və bununla bağlı müraciətlərimiz var.

Təəssüf ki, AGB təşkilatı Azərbaycanda öz üzərinə düşən məsuliyyəti dərk etmir və lazımi investisiyanı qoymaq istəmir. Bu işi Azərbaycanın öz sərmayəsi ilə görmək istəyirlər.

Ümumiyyətlə, bu cür təşkilatlar yalnız bizdə deyil, başqa ölkələrdə də böyük problemlər yaradıblar. Ona görə də tez-tez həmin təşkilatları dəyişirlər. Biz də çalışacağıq ki, bu sahədə müsbət istiqamətdə müəyyən dəyişikliklər olsun”. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar