Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reina“ terrorçusunun həyat yoldaşı istintaqa ifadə verib


İstanbulda gecə klubunda terror hadisəsi törətməkdə şübhəli bilinən şəxsin həyat yoldaşının ilkin ifadəsi açıqlanıb


PİA.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, həmin şəxsin arvadı və iki övladı ilə birlikdə noyabrın 20-də təyyərə ilə İstanbula gəldiyi məlum olub.
 
Qadın ifadəsində terror hadisəsindən televiziya vasitəsi ilə xəbər tutduğunu, ərinin İŞİD-lə əlaqəsindən xəbərsiz olduğunu deyib.
 
Həmin şəxsin ailəsi ilə birlikdə noyabr ayında Qırğızıstandan İstanbula, oradan Konyaya getdiyi bildirilir. Onun Konyada ev kirayələdiyi və oraya iş tapmaq üçün getdiyi ehtimal olunur.
 
 Xatırladaq ki, İstanbulda “Reina” gecə klubunda terror hadisəsini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub və onun ailə üzvləri polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Hadisəni törədən şəxsin uyğur türkü olduğu, ötən il noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəldiyi bildirilir. Onun görüntüləri də yayımlanıb.
 
Terrorçunun diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə gətirdiyi bildirilir.
 
 Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya, İsrail, Rusiya vətəndaşları var.  


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar