Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qafqaz” Konserv Zavodu barədə yayılan xəbərlərin yalan olduğu isbat edilib


Bütün mərhələləri izləyən jurnalistlər zavodun fəaliyyətini yüksək qiymətləndiriblər


PİA.AZ xəbər verir ki, son günlərdə mətbuatda mənşəyi məlum olmayan ətlərdən konserv məhsullarının hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə “Azərsun Holdinq” tərəfindən  “Qafqaz” Konserv Zavoduna media tur təşkil olunub. 

Mətbuat nümayəndələri vasitəsilə ictimaiyyətə doğru məlumatların çatdırılması üçün şirkət, istehsal müəssisəsinin qapılarını jurnalistlərin üzünə açıb. KİV nümayəndələri istehsal müəssisəsinin bütün bölmələrində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edilməsinin və yayılan məlumatın əsassız olduğunu əyani olaraq müşahidə ediblər. 

Qafqaz” Konserv Zavodunu ziyarət edən media mənsublarını məlumatlandıran “Azərsun Holdinq”in rəsmisi Afiq Səfərov şirkətin fəaliyyət göstərdiyi 25 il ərzində heç bir məhsulda ərzaq təhlükəsizliyi və gigiyena baxımından problemin yaşanmadığını bildirib. O, bunun keyfiyyətə nəzarət sisteminin hesabına təmin edildiyini qeyd edib.

A, Səfərov qeyd edib ki, bu müəssisədə məhsulun keyfiyyətinə nəzarət “Qafqaz” konserv zavodu ilə paralel, Mərkəzi Ofisdə yerləşən prosesə və keyfiyyətə nəzarət direktorluğu tərəfindən həyata keçirilir:
“Burada prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun nümayəndələri zavod rəhbərliyinə tabe deyil. Onlar birbaşa mərkəzi direktorluğa tabedir. Bu direktorluq nə qədər qüsur tutarsa, bir o qədər gəlirləri artır. Sırf bu cür idarəetmənin nəticəsində maraqların toqquşması keyfiyyət amilini meydana çıxarır. Məhsulun keyfiyyəti bir nömrəli prioritetdir. Prosesə nəzarət və keyfiyyətə nəzarət direktorluğunun anbara daxil olmasına icazə verdiyi məhsulda sonradan karantin dövründə problem çıxarsa, bu dəfə onlar məsuliyyət daşıyırlar. Bax bu cür, dəfələrlə yoxlama sistemi nəticəsində keyfiyyət amili tam şəkildə əhatə oluna bilir”.

Ölkə daxilində ət istehsalı potensialı aşağı olduğundan yerli tədarükçülərdən ət qəbul olunmur.
Ət konservlərinin hazırlanması barədə ətraflı məlumat verən A. Səfərov, “Qafqaz” konserv zavodunun son 8 ildə yerli istehsalçılardan ət qəbul etmədiyini bildirib. O, ölkədə mal əti ehtiyatının o qədər də böyük olmadığını və  hər ay daxili bazardan əlli ton ətin qəbul olunacağı halda, ölkədə ətin qiymətinin sürətlə qalxacağını söyləyib. Məhz buna görə də, yalnız xarici bazarlardan və yalnız halal sertifikatlı məhsullar qəbul olunur. Jurnalistlərə bildirilib ki, konserv məhsulları yalnız xaricdən gətrilən və “Azərsun”a məxsus fermalarda bəslənən mal-qaranın ətindən hazırlanır. Buna görə, sözügedən məsələ ilə bağlı, "Azərsun Holdinq" hər hansı iradı qəbul etmir. 

Zavod və hazırlanan məhsullar haqda məlumat verildikdən sonra gigiyenik qaydalara riayət edilərək jurnalistlər ətlərin saxlanıldığı soyuducu depolara dəvət olunublar. Burada jurnalistlərin suallarını “Qafqaz” konserv zavodunun proses və keyfiyyətə nəzarət üzrə baş inspektoru Anar Qədirov cavablandırıb və konserv məhsullarının istehsalı zamanı istifadə olunan ətin zavoda dondurulmuş şəkildə xaricdən gəldiyini qeyd edib:

“Həmin ət burada soyuq depolarda saxlanılır və müasir avadanlıqlarla təchiz olunan laboratoriyada yoxlanılır. İstehsal zamanı həmin depolardakı əti mərhələlərdən keçirərək qablaşdırıb mal əti konservinin istehsalını həyata keçiririk. Xammalın qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhlələrdə keyfiyyətə nəzarət bölməsi tərəfindən yoxlamalar aparılır. Hansısa mərhədə problem yaranarsa istehsalı dayandırırıq. 4 otaqlı laboratoriyada həm fiziki, həm kimyəvi mikrobioloji analizlər aparılır. zavoda daxil olan xammaldan nümunə götürülür və laboratoriyada analiz edilir. Yalnız bundan sonra həmin xammal istehsala buraxılır”. 

Zavodda istehsal olunan bütün ətlər halaldır. Jurnalistlər anbarlarda halal ətlərin və bütün keyfiyyət, halallıq sertifikatlarının şahidi oldular.

Laboratoriyanın müasir avadanlıqlarla təchiz edildiyini bildirən Anar Qədirov KİV nümayəndələrinə istehsal müəssisəsinin 2005-ci ildən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistemi, 2008-ci ildən ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi və 2013-cü ildən BRC Beynəlxalq sertifikatlarına malik olduğunu söyləyib.

Media tur çərçivəsində jurnalistlər istehsal prosesini izləməklə yanaşı, ətin saxlanma şəraiti, konservlərin istehsalı və qablaşdırılması prosesini izləyib, müasir texnoloji avadanlıqlar, laborotoriya ilə yaxından tanış oldular. Media turun nəticəsi olaraq keyfiyyətsiz ət qəbulu ilə bağlı Qafqaz Konserv Zavodu barədə yayılan məlumatların şayiə, iftira və müəssisədə çalışan yüzlərlə yerli sakininin əməyinə qarşı hörmətsizlik olduğu isbat olundu.  

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar