Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin Qarabağa görə Sərkisyana qəzəblidir”



“Mənim Moskvadakı mənbələrim deyir ki, prezident Vladimir Putin Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə Ermənistan prezidenti Serj Sərkisyana çox qəzəblidir”


Bu sensasion məlumatı “Arminfo” agentliyinə müsahibəsində nüfuzlu amerikalı ekspert, Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen açıqlayıb.

Ariel Koenin sözlərinə görə, Putinə Ukraynadakı münaqişəni Qarabağ münaqişəsini nizamlamaqla kompensasiya etmək gərəkdir. Onun sözlərinə görə, başlanğıc üçün vacibdir ki, Azərbaycan qərbyönümlü mövqeyindən tamamilə imtina etsin.

“Ancaq bunun üçün Ermənistan Qarabağda bir neçə rayonu qaytarsın, sonra məsələnin yekun həllinə real yanaşsın. Strateji hədəf Azərbaycanın Avrasiya İttifaqına üzvlüyüdür. Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalıdır, əks halda o, üzünü Moskvaya çevirməyəcək. Sərkisyan və Qarabağ  klanı isə bu ssenariyə əsas maneə kimi görünür” - deyə A.Koen bildirib.

Ariel Koen

Amerikalı ekspertin dediyinə görə, Putin məsələni Sərkisyanla müzakirə edib, ancaq Ermənistan prezidenti güzəştə getmək istəmir. A.Koen deyir ki, onun Moskvadakı mənbələrinin bildirdiyinə görə, Putin Sərkisyanın kompromisə getmək istəməməsinə görə əsəbiləşir.

Xatırladaq ki, Ermənistan Avrasiya İttifaqına üzvlüyü nəhayət ötən Minskdə rəsmiləşib. İttifaqda üzvlük üçün Ermənistan Dağlıq Qarabağ sərhədində gömrük postu yerləşdirmək öhdəliyini qəbul edib. Bu, Ermənistan üçün diplomatik və siyasi planda ciddi zərbədir.

Digər tərəfdən, Rusiya Azərbaycanı da Avrasiya İttifaqına cəlb edə bilmək üçün ciddi iş aparır. Ancaq Qarabağ məsələsi həll olunmadan Azərbaycan bu ittifaqda yer ala bilməzdi. Bu səbəbdən Moskva “yeni SSRİ” planlarının qarşısında dayanan ən ciddi maneəni aradan qaldırmaq üzərində düşünməlidir.

Ariel Koen kifayət qədər məlumatlı ekspertdir və onun Putinin Sərkisyana qarşı Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə qəzəbli olduğu barədə dedikləri boş yerə deyil.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar