Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onda AZAL-ın adını ÇOXAL etsinlər!”


Deputat Cahangir Əsgərovun xalqı aldatmağına hiddətləndi


“Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir”

Modern.az saytının məlumatına görə, bunu millət vəkili Fazil Mustafa son günlər aviabiletlərlə bağlı “qiymət blefi” ilə məşğul olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) haqda deyib.

F.Mustafa daha sonra deyib: “Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb. 16 yaşdan aşağı sərnişinlər valideyinsiz gedərsə, bilet puluna 300 AZN də əlave ödəməlidir. Guya, onu müşayiət edən şəxsə verilmək üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, aviaşirkəti buna problem yaratmamalıdır. Demek 520 manat üstəgəl 300 manat. Vətəndaş British Airline hava şirketinə müraciət edir və bildirirlər ki, onlar bu qaydanı yalnız 5-12 yaşarası uşaqlar üçün tətbiq edirlər. Demək, vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəyinə baxmayaraq, xeyrini ingilis şirkətinə verməye məcbur qalır. Üzülürsən, ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar ise yenə də öz ürəklərindən keçəni edirlər. Bu nüansları nəzərə alarsaq, AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?”.

Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin iyulun 13-dəki iclasında AZAL-ın fəaliyyətini ciddi tənqid edib, aviabiletlərin baha olmağına etirazını bildirib.

“Biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual edib.
İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.

Bu tənqiddən sonra AZAL avqustun 1-dən aviabiletlərə endirimlər tətbiq olunacağını bəyan etdi. Bildirildi ki, bütün istiqamətlərə 20 faizlik endirim tətbiq ediləcək. Bakı-Antalya-Bakı, Bakı-İstanbul-Bakı, Bakı-Moskva-BakıBakı-Dubay-Bakı istiqamətləri üzrə aşağı büdcəli sərnişindaşıma xətti də açılacağı elan edildi.

Ancaq sonradan məlum oldu ki, AZAL-ın ucuz uçuşlar üçün qiymətləri avro ilə hesablanacaq. Sərnişinlərin əl yükü və baqajı üçün əlavə ödəniş tələb olunacaq. Bundan başqa, "ucuz reyslərdə" içki və yemək də ödənişli olacaq.

Nəticədə "qiymət endirimi" adı ilə "ucuz uçuşlar"ın həyata keçiriləcəyi barədə deyilənlərin bir oyun olduğu anlaşıldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar