Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə Rusiya, nə də Ukrayna müharibə olmasını istəyir”


“Rusiya Ukrayna ilə bağlı tutduğu xətti digər MDB ölkələrinə şamil etməyəcək”


Moskvada yaşayan siyasi icmalçı, “Kommersant” qəzetinin şef-redaktoru Azər Mürsəliyev “Media forum” saytının suallarını cavablandırıb.

PİA.AZ müsahibəni oxucularına təqdim edir:

- Krım böhranından sonra yaranmış vəziyyət və Rusiya-Ukrayna qarşıdurması Rusiyanın gələcəyi üçün nə vəd edir? 

- Çox mənfi proseslər baş verir. Hesab edirəm ki, prosesin iştirakçıları mümkün qədər hadisələri məhdudlaşdırmalı, dayandırmalıdır. Çünki vəziyyət getdikcə gərginləşir, iştirakçıların sayı çoxalır. Proseslər gərgin xarakter alır. Hər şey nəzarətdən çıxa bilər. Prosesin qarşısı alınmasa, çox xoşagəlməz hadisələrin baş verməsi mümkündür. 

- Nə baş verə bilər? Mümkün variantlar kimi nələri qeyd edərdiniz? 

- Rusiya və Ukrayna arasında, o cümlədən iki xalq arasında münasibətlər getdikcə pozulur. Hazırda iqtisadi müharibəyə bənzər proseslər gedir. Bunların hamısı həm Ukrayna, həm Rusiya, həm də iki dövlətin qonşuları üçün xoşagəlməz haldır. 

- Rusiya ilə Ukrayna arasında geniş müharibə ehtimalı varmı? 

- Mən buna inanmıram və inanmaq istəmirəm. Əvvəla, nə Rusiya, nə də Ukrayna müharibə olmasını istəyir. Ən əsası isə Rusiya və Ukrayna xalqları bunu arzulamırlar. Amma istəyib-istəməməkdən asılı olmayaraq belə bir vəziyyət yarana bilər və həm münasibətlər xeyli geriyə atılar, həm də lokal döyüşlər ola bilər. Hazırda Ukraynanın şərqində onsuz da lokal münaqişələr var. 

- Azər müəllim, Qərb ekspertləri hesab edirlər ki, Rusiya yalnız Ukrayna ilə kifayətlənməyəcək, bu siyasətini digər MDB ölkələrində, xüsusən də etnik münaqişələr olan dövlətlərdə davam etdirəcək. Siz bu ehtimalları bölüşürsünüzmü? 

- Hesab edirəm ki, Rusiya Ukrayna ilə bağlı tutduğu xətti digər MDB ölkələrinə şamil etməyəcək. Belə bir ehtimal yoxdur. Rusiyanın rəsmi qurumları və şəxsləri də açıq şəkildə bəyan edib ki, digər MDB ölkələri ərazisində olan münaqişələrlə Krımı eyniləşdirmək olmaz, Krımla Dağlıq Qarabağ münaqişəsini bərabərləşdirmək olmaz, bunlar tamamilə ayrı-ayrı münaqişələrdir, bir-biri ilə əlaqəsi olmayan proseslərdir. Hesab edirəm ki, Rusiya dörd tərəfində olan bütün ölkələrlə münaqişəyə getmək fikrində deyil. Rusiya yüz illərlə formalaşmış münasibətləri bir gündə pozmaq istəməz. Rusiyanın indiyə qədərki siyasəti daha çox balanslaşdırılmış siyasət olub. Hətta Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiya mümkün qədər neytral mövqe tutmağa çalışırdı. Rusiyanın mövqeyinin əsaslı şəkildə dəyişəcəyinə inanmıram. 

Moskvanın digər ölkələrlə də münaqişəyə gedəcəyi fikrini marginal siyasətçilər səsləndirir. Marginal siyasətçilərin dediyi sözlərə inanmaq və onlara ciddi yanaşmaq lazım deyil. Çünki onların real siyasətdə və real hadisələrdə heç bir təsirləri, çəkiləri yoxdur. 

MDB ölkələrinin də siyasətlərini dəyişəcəyinə inanmıram. Çünki Avropaya birləşmək istəyən ölkələr olduğu kimi, Avropaya çox da yaxınlaşmamaq, yaxşı münasibət saxlamaq, amma Avropa İttifaqına qoşulmamaq mövqeyini tutan ölkələr də var. Hesab edirəm ki, onlar bu mövqelərində qalacaqlar. 

- Ukrayna hadisələrindən sonra Avrasiya İttifaqının və Gömrük İttifaqının perspektivi qalırmı? 

- Avrasiya İttifaqı artıq yaranıb. Söhbət bu ittifaqın genişlənə bilib-bilməyəcəyindən gedir. Hesab edirəm ki, bu ittifaqa daxil olan ölkələr orada qalacaqlar və çalışacaqlar ki, ittifaqı mümkün dərəcədə inkişaf etdirsinlər. İttifaqa meyl göstərməyən ölkələr əvvəlcədən mövqelərini bəyan ediblər və bundan sonra da bu mövqedə qalaçalar. Ona görə Ukrayna hadisələrindən sonra Avrasiya İttifaqı məsələsində elə bir dəyişikliyin baş verə biləcəyinə inanmıram. Çünki Ermənistan, Qırğızıstan və onlara oxşar gücdə olan dövlətlərin iqtisadiyyatı o qədər kiçikdir ki, onların Avrasiya İttifaqına daxil olub-olmamağı siyasi və iqtisadi mahiyyəti dəyişmir. Ukraynaya gəlincə, bu ölkənin necə hərəkət edəcəyini indi demək çətindir. Ukraynanın daxili və xarici siyasəti müəyyənləşəndən sonra suallara cavab vermək mümkün olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar