Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məni toydan qova bilməzlər“


Yetim Eyvaz: "Bölgələrdə icra hakimlərinin, tanınmış vəkillərin, hakimlərin..."


Hazırda Qalaltında özünə ev tikən şair: “Bu adı mənə elə anam qoyub”

Yetim Eyvaz imzası ilə tanıdığımız şair-qəzəlxan nə Yazıçılar Birliyinin, nə də ona alternativ hansısa qurumun üzvüdür. Onu ya toy məclisində, ya da "Yutub"-dakı kliplərdən tanıyanların çox az qismi bilir ki, Yetim Eyvazın artıq bir kitabı da çıxıb. 

Modern.az-a danışan şair özü bu və bir sıra başqa mətləblərdən danışıb:

– Şeir yazmağa 15 yaşımdan başlamışam. İlk şeirimi yazanda 9-cu sinifdə oxuyurdum. Anam haqqında yazmışdım. Anama həsr etmişdim.

– Deyirsiniz ki, ilk şeirinizi ananıza həsr etmisiniz. Amma özünüzə Yetim Eyvaz deyirsiniz. Ananız incimir bu təxəllüsdən?

– Qətiyyən. Bəlkə də, bu adı mənə anam özü verib. Kənddə bir az söz-söhbət olan kimi, anam rəhmətlik çıxıb uşaqlardan soruşardı ki, a bala, mənim yetimimi görən olmayıb? Elə o vaxtanda adım qaldı Yetim Eyvaz.

– O zaman atanızı kiçik yaşlarınızda itirmisiniz?

– Bəli, 12 yaşım olanda atam vəfat etdi. Biz 6 uşaq olmuşuq, hamımızı anamız böyüdüb.

– İlk şeiriniz harada dərc olunub?

– “Azərbaycan” qəzetində. Daha sonra “Yaz yağışı” kitabım çap olundu. Mən daha çox disklərlə tanınıram.

– Kitabınıza görə, sizə qonorar verilmişdi?

– Yox. Çünki həmin qonorara ehtiyacım olmadı. Özüm istəmədim.

– Kitabınızı satışa çıxardınız?

– Kitablarımı ailəmə, dostlarıma payladım. Qalan kitabları da Rusiyaya və digər ölkələrə daşıyıb apardılar.

– Şeir yazmaq istedadı sizdə hardandır?

– Nəsildən gəlmədir. İki bacımın oğlu, dayımın nəvələri var ki, onlar şeir yazır və meyxana deyirlər. O uşaqlardan biri davam etdirir, amma digəri artıq sənətdən əl-ayağını çəkib.

– Siz özünüzü xalq şairi, yoxsa həvəskar şair hesab edirsiniz?

– Mən xalq şairi olmaq üçün utanaram Məmməd Arazdan, utanaram Bəxtiyar Vahabzadədən, utanaram Ramiz Rövşəndən. Bizik də, hələ də yazırıq yavaş-yavaş. Allah axırını xeyir eləsin. Görək hara qədər gedəcək.

- Özünüzə örnək götürdüyünüz Azərbaycan şairi kim olub?

– Mənim üçün örnək Məmməd Araz rəhmətlik olub. Bir də hazırda Ramiz Rövşən.

– Məmməd Arazdan ən çox sevdiyiniz şeir hansıdır?

– Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, 
Dünya mənim,
Dünya heç kimin...

– Bəs Ramiz Rövşənin?

– Bütün şeirlərini sevə-sevə oxuyuram.

– Bəs sizi Azərbaycan xalqı hansı şeirlə tanıdı?

– “Yaz Yağışı” şeiri ilə...

– Bu şeiri kimə həsr etmişdiniz?

– Bu, başıma gələn hadisə olub. Düz 40 il bundan qabaq. 1975-ci ildə. Nakam sevgimin nəticəsidir bu şeir. Qalaaltında oturduğumuz palıd ağacının altında yağış başladı. Onda bu şeiri yazdım. Bu hadisədən 30 il sonra yanıma dostum gəldi. Yenə yağış başladı. Dostum həyat yoldaşına dedi ki, dur keçək içəri islanırıq. Mən də bu şeiri onlar üçün dedim ki, qalsın yadigar.

– Bir çox ölkələrdə toylarda olursunuz. Hansı tanınmış şəxslərin toyunda olmusunuz?

Rusiyada olan azərbaycanlılar var ki, adlarını çəkmək istəmirəm. Bölgələrdə icra hakimlərinin, tanınmış vəkillərin, hakimlərin övladlarının toyunda olmuşam. Azərbaycanda kasıb təbəqədən tutmuş varlı təbəqəyə qədər bir çoxlarının toy məclislərində iştirak etmişəm.

– Sizi heç toydan qovublar?

– Birincisi, məni toydan qova bilməzlər (gülür). İkincisi, yalvarıb aparırlar toya niyə qovsunlar?

– Siz həm də meyxana deyirsiniz? Azərbaycanda dostunuz olan və ya sizi sevməyən meyxanaçılar var?

– Məndən xoşu gəlməyənləri deyə bilmərəm. Amma özümün xoşum gəldiyi meyxanaçılar çoxdur. Dağlı Rəşadımız var, Bülbülə Pərvizimiz var, Ağamirzə. Onlar hamısı mənim qardaşlarımdır.

– Hazırda harada yaşayırsınız?

– Qalaaltında oturmuşam. Torpaq sahəsi almışam, ev tikməklə məşğulam.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar