Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lotu Quli”nin həbsxanalarda yayılmış məktubu açıqlandı


Rusiya nəşri “Lənkəranski”nin Uralda ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarlarının Bakıda həbsdə olan “qanuni oğru”nun nəzarətinə keçdiyini iddia edir; Ural niyə həmişə “yağlı tikə” olub?


Rusiyanın Yekaterinburq  vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı “qanuni oğru” Nadir Səlifova (“Lotu Quli”) biət ediblər. 

Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Virtualaz.org sözügedən portalın məlumatına əsasən bildirir ki, “Lotu Quli” həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər  Rövşən  Canıyevə (“Rövşən Lənkəranski”)  məxsus yeri tutub. Xatırladaq ki, “Lənkəranski” ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

“Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, - nəşr iddia edir.

Nəşr “Lənkəranski”nin  qətlinə az qalmış RusiyaAzərbaycan islah koloniyalarında “Quli”nin  müraciətinin yayıldığını xəbər verib.  Sitat:  “...Həmçinin Sizi ”Rövşən Lənkəranski"  ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı". 



Rusiya nəşrinin yaydığı  “Lotu Quli”nin “praqon” adlandırılan  bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib.  Məktubda adı  keçən Hacı və Rüfət isə “Lənkəranski”nin yaxın adamlarıdır. Çox güman ki, söhbət  “Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlıdan və  “Rüfət Gəncinski” kimi tanınan  Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8  il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması  barədə dəqiq bilgi yoxdur. “Hacı Beyləqanski”nin isə azadlıqda olduğu  deyilir...

Image result for Aslan Usoyanın

Rusiya  kriminallarının Ural uğrunda  savaşı yeni  xəbər deyil.  Bu təbii sərvətlərlə  də zəngin və böyük bir ərazini əhatə edən  bölgə uzun illər  “Ded Xasan” ləqəbli “qanuni  oğru” Aslan Usoyanın qətlinədək onun  nəzarətində idi.  2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb-Y.M.)    “smotryayuşi”si “Ded  Xasan” kimi tanınmış “qanuni oğru” Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və “Ded” in yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, “Ded” in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib.  Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və “Sverdlovsk” ləqəbi alıb. “Timur Sverdlovski” 2014-cü ilin yanvarında  Moskvada təcridxanada vərəmdən ölüb. “Timur Sverdlovski” milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və “Rövşən Lənkəranski” bu bölgədə möhkəmlənə bildi.  Amma “Lənkəranski” qətlə yetirilməzdən bir müddət əvvəl  OMON Yekaterinburqda bir neçə əməliyyat  keçirdi və “Lənkəranski”nin adamları həbsə alındı.  

Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi  ki, “Ded Xasan” klanı buranı rahatlıqla əldən verəcək.  Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan"Şakro Molodoy" ləqəbli  Zaxari Kalaşov (indi o da həbsdədir-Y.M.)   2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra “Ded Xasan” klanına rəhbərlik etməyə başladı və  Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.

   
“Rövşən Lənkəranski”nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan “Quli”nin  mövqelərinin güclənəcəyi  gözlənilən idi.  Bir müddət əvvəl  “Rosbalt” agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən  yazmışdı ki, “Lotu Quli”  və Gürcüstan doğumlu  “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanov  güclərini birləşdiriblər. Bildirilirdi  ki, yeni klan bir-birinin ardınca MoskvaMoskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır. 

Lənkəranski”nin  ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları  uğrunda  mübarizənin  təkcə Moskvada deyil,  digər  bölgələrdə də  başlayacağı  gözlənilən idi.  İddia var ki, “Lənkəranski”nin  bazarları uğrunda  mübarizəyə  gürcü və çeçen “qanuni  oğru”lar da  qoşulub.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar