Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsti ölkədə böyümüş qız üçün bu, möhtəşəm anlar idi“


Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmovun qızı, tanınmış modelyer Günel Rüstəmova “My Fashion Life” dərgisinə müsahibə verib


Dərgi Bakıda anadan olan Günel Rüstəmovanın moda layihələrinin “hüquq və imkanların” genişlənməsini özündə təcəssüm etdirdiyini yazır. Çünki bu layihələr romantikdir, qadınsayağıdır və qadınların bütün aspektlərini özündə əks etdirərək unikal imkanlar açır.

Məqalədə bildirilir ki, Günel öz adını daşıyan moda brendi yaradıb. G.Rüstəmova Londonun elitar “South Kensington” rayonunda yaşayır. O, dərgiyə müsahibəsində moda, gözəllik və səyahət haqda fikirlərini bölüşüb.

Həmin müsahibədən fraqmentləri təqdim edirik:

-Tipik iş günü sizin üçün nə deməkdir?

-Bu, olduqca çoxfunksiyalıdır, mən brendin əməliyyat meneceri və kreativ direktoruyam. Ona görə də həm dizayn, həm də inzibati məsələlərlə məşğul olmalıyam. Gün kifayət qədər tez başa çatır. Ona görə də hər dəfə iş gününün sonunda çalışıram ki, saatın əqrəbləri 5-ə mümkün qədər gec çatsın. Yaxud iş günü bir az uzun olsun.

-İlin sevimli vaxtı? Yaz, yay, payız, yoxsa qışı xoşlayırsınız?

-Düzünü desəm, fəsillərin arasından seçim etmək istəməzdim, ancaq xoşuma gələn odur ki, hər 3 aydan bir biz fəsillər arasında keçid yaşayırıq. Mən ilin bütün fəsillərinin soyuq, yaxud isti keçdiyi yerdə yaşamaq istəməzdim.

-Sizin sevimli istirahət yeriniz haradır və niyə həmin yeri seçirsiniz?

-Mən hər mövsümdə Bakıdakı evimizə getməyi, ailəmlə görüşməyi xoşlayıram. Mənim ikinci sevimli yerim Laplandiyadır, hər il ora gedirəm və Santa Klausu Şimal qütbündə qarşılayıram. Orada qarda özüyeriyən maşınla gecə yarısı donmuş çayların üstü ilə hərəkət etmək, 40 dərəcə şaxtada şimal qütbünü seyr etmək çox xoşuma gəlir. Mən ilk dəfə Laplandiyada olanda aeroportdan taksi ilə yola çıxdıq. 5 dəqiqə sonra qarşımıza böyük maral çıxdı, o, yolun ortasında dayanıb tərpənmirdi. İsti ölkədə böyümüş qız üçün bu, möhtəşəm anlar idi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar