Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstanla Azərbaycanla bir-birini dəstəkləyir”


Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Novruz şənlikləri geniş şəkildə qeyd olunub


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün Novruz bayramına həsr olunan şənliklərə qatılmaq üçün Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili Marneuliyə səfər ediblər.
 
Tədbir çərçivəsində prezident G. Marqvelaşvili Marneulidə müasir standartlara uyğun tikilən yeni kitabxananın açılış lentini kəsib. Novruz bayramına həsr olunan bütün şənlik proqramlarına baxdıqdan sonra Gürcüstan prezident Marneuli Mədəniyyət Evinin qarşısında Novruz tonqalını alovlandırıb. Sonra Marneuli sakinləri qarşısında çıxış edən prezident G. Marqvelaşvili Marneulinin hər il inkişaf etdiyini bildirib: “Mən hər dəfə Marneuliyə gələndə burada inkişaf və irəliləyiş görürəm.  Bu, sizin əməyinizdir. Siz bizim vahid dövlətimizin eyni hüquqlu vətəndaşlarısınız. Mən Bakıdan yenicə qayıtmışam. Orada ən mötəbər bir tədbirdə iştirak etdim. Mən Azərbaycandakı dostlarımın da Novruz bayramını təbrik edir, onlara səadət və xoşbəxtlik arzulayıram”.
 
G. Kvirikaşvili deyib ki,  dost və qardaş ölkələr olan Gürcüstanla Azərbaycanla bir-birini dəstəkləyir.
 
Prezident və baş nazir və şənliyə qatılan digər rəsmi dövlət və hökumət adamları, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları  Novruz şənliklərinə həsr olunan xüsusi bayram konsertinə baxıblar. Konsert proqramında Azərbaycan və gürcü müğənniləri, aşıqlar, müxtəlif ansambllar xalq mahnıları ifa edib və müxtəlif rəqslər nümayiş etdiriblər. Tədbirdə Azərbaycandan, Rusiyadan, Litvadan və Türkiyədən qonaqlar iştirak edib.
 
Qeyd edək ki, Marneulidə keçirilən Novruz şənliklərində Azərbaycan xalqının milli mətbəx nümunələri, şirniyyat və çay dəstgahı, rəsm, əl işləri və foto sərgilər nümayiş olunub, kənd təsərrüfatı məhsulları sərgisi və müxtəlif şirkətlərin istehsal etdiyi yerli məhsulların sərgisi təşkil olunub. Tədbir çərçivəsində həmçinin idman yarışları, milli güləş, maqnit adamın şousu, Novruzun gəlişinə aid kiçik teatr səhnəcikləri və Bahar qızının gəlişi və rəqs səhnələri təşkil olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar