Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elmlər Akademiyası” stansiyasında həyəcan


Çıxış eskalatorundakı problem sərnişinlərə qorxulu anlar yaşadıb


Təxminən yarım saat bundan öncə metronun “Elmlər Akademiyası” stansiyasında çıxış eskalatorunda yaranan problem sərnişinlərin ciddi təşvişinə səbəb olub. Hadisə yerində olan Moderator.az əməkdaşının verdiyi məlumata görə, məlum stansiyada mövcud olan ümumilikdə üç eskalatordan biri çıxış, biri giriş, digəri isə ehtiyat xətt kimi nəzərdə tutulsa da, çıxış eskalatoru qəfil dayandığı dəqiqələrdə ehtiyat xətt istifadəyə verilməyib. 

Çıxış eskalatorunun  qəzanı xatırladan səs-küy və gurultulu bir şəkildə dayanması və bu zaman ehtiyat eskalatorunun istifadəyə verilməməsi sərnişinlər arasında qorxu və panika ilə nəticələnib. Dəqiqələr ötməsinə baxmayaraq eskalatorların hərəkətə keçməməsi sərnişinləri eskalatorun hərəkətə keçməsini gözləmədən metronu tərk etməyə vadar edib.

Baş verən məlum olay vətəndaşlar arasında ciddi narazılığa səbəb olub. Sərnişinlər hesab edir ki, sabiq metropol rəisi Tağı Əhmədovun gedişindən sonra vəziyyətin daha da yaxşılaşacağına ümid edilsə də, bu gözlənti hələ də özünü doğrultmuş deyil. Əksinə, metroda texniki nasazlıqların çox tez-tez təkrarlanması T.Əhmədov dönəmində metronun sərnişinlərə indikindən daha yaxşı xidmət göstərdiyini təsdiq edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar