Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli İnsanov ev dustaqlığına buraxıla bilər”


Əli İnsanovun Novruzda azadlığa çıxmasını əngəlləyən səbəb


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun adının əfv siyahısına salınması ilə bağlı yayılan xəbərlər ötən həftənin ən çox müzakirə edilən məsələlərindən biri oldu. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun onunla bağlı açıqlamasından sonra artıq hər kəs sabiq nazirin azadlığa çıxacağından danışır.

Amma hüquqi prosedurlara diqqət yetirəndə sabiq nazirin Novruz əfvi ilə azadlığa çıxması mümkünsüz görünür. Belə ki, İnsanovun həbs qətimkan qərarının müddəti martın 11-də bitir. Qalan bir həftə ərzində isə onun məhkəməsinin başlayıb-bitməsi qeyri-mümkündür. Sadəcə, onun adı İnsan Haqları üzrə Birgə İşçi Qrupunun 27 nəfərlik əfv siyahısına salınıb və Əfv Komissiyasına təqdim olunub. Amma bu, o anlama gəlmir ki, sabiq nazir azadlığa çıxır.
a
Bu əngəllərə baxmayaraq, Novruza qədər İnsanovun üzərində “yaşıl işıq” yanacağı, yəni onun “ev dustaqlığı”na buraxılacağı bildirilir. Bu qərar olmazsa belə, məhkəmə tərəfindən cəzasının şərti cəza ilə əvəzlənəcəyi deyilir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında əfv ərizəsi yazmayan şəxslər, o cümlədən, İnsanov barədə ölkə başçısına müraciət etdiklərini bildirdi: “Biz qərara aldıq ki, bu şəxslər barədə prezidentə müraciət edək. Çünki Əli İnsanovun cəza müddəti oktyabrda bitib. O evinə buraxılmalı idi. Çox təəssüf edirəm ki, yaşlı bir insan barəsində qondarma cinayət işi açıb, onu həbsdə saxladılar. Barəsində isə həbs qətimkan tədbiri seçdilər. Ən azından onu evdə dustaq etmək olardı. Ona görə ki, o ağır cinayət törətməyib, bütün cəmiyyət də bilir ki, bu iş qondarmadır. Düşünürəm ki, əfv olacaq. Çünki Əfv Komissiyası işləyirsə, demək, əfv də olacaq. Çoxsaylı insanlar azadlığa buraxılacaq. Hesab edirəm ki, prezidentə siyahı haqqında məruzə edənlərin insafı, ədaləti olsa, qərəzli olmasalar, Əli İnsanov da azadlığa çıxa bilər. Eyni zamanda bir çox tanınmış siyasi məhbuslar azad olunar. Başqa yollarla da İnsanovun Novruz qədər azad olunması mümkündür. Bu ölkədə hər şey mümkündür. Hüquq elədir ki, məhkəməli, məhkəməsiz istənilən şəxsi azad edə bilərlər. Gecə saat 12-də də, şənbə-bazar günləri də məhkəmə edə bilirlər. Hər şey qolu çəkəndən asılı olduğu kimi, qolu çəkənə məruzə edəndən də çox şey asılıdır”.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 3 - 234.1 (narkotik) və 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşya saxlama) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar