Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dünyada demokratiya tənəzzülə uğrayır”


Sərdar Cəlaloğlu: “Qərbdə demokratiya zəiflədiyinə görə milli ideologiya inkişaf edir”


“Dünyada baş verən bu hadisələr əsas etibarilə demokratiyanın geriləməsi ilə bağlıdır. Çox təəssüf ki, son illər bütünlükdə dünyada, istər Amerikada, istər Avropada çox ciddi demokratik geriləmələr müşahidələr olunur. O yerdə ki, demokratiya geriləyir, onun yerini millətçilik və yaxud sinfi təmayüllər, digər ideologiyalar tutur”.

Bu fikirlər ADP sədri Sərdar Cəlaloğluna məxsusdur. Partiya sədri  dünyanın bir sıra ölkələrində liberal dəyərlərə malik şəxslərin hakimiyyətləri sağ millətçilərə uduzmasını “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Avropa və Amerika iqtisadi, həmçinin geopolitik maraqları aktiv şəkildə üstün tutduğuna görə demokratik geriləmə davam edir: “Dünyada, ümumiyyətlə, demokratiya tənəzzülə uğrayır. Bizim kimi ölkələrdə demokratiya boğulur, amma demokratik ölkələrdə demokratiyanın tənəzzülü prosesi gedir. Əslinə baxsan, Avropada bu, gözlənilən bir haldır. Çünki Avropa nə qədər özündən kənarda demokratiyanı dəstəkləmirsə, bir o qədər də özündə demokratiya zəifləyir. Çünki dünyada demokratiyaya dəstək vermək həmin xalqın özünün də demokratik vərdişlərini gücləndirir. Bu iki proses bir-biri ilə bağlıdır. Ona görə də mən hesab edirəm ki, dünyada baş verən bu hadisələr demokratiyanın dəstəklənməməsi, maddi maraqların mənəvi dəyərlərdən üstün tutulması ilə bağlıdır. Təbii ki, bu da ən müxtəlif antidemokratik ideologiyaların meydana çıxmasına gətirib çıxarır”.  

Azərbaycana gəldikdə, S.Cəlaloğlu məsələyə fərqli yanaşmanın tərəfdarıdır: “Bizim kimi, milli azadlıq hərəkatından keçən  ölkələrdə milli ideologiyanın meydana çıxması, əksinə, demokratiyaya cəhdin əlamətidir. Maraqlıdır ki, Qərbdə demokratiya zəiflədiyinə görə milli ideologiya inkişaf edir, bizim kimi antidemokratik ölkələrdə isə milli ideologiya demokratiyaya keçid üçün inkişaf edir. Çünki Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, xalqlar azadlığı dadmaq istəyirlər. Ona görə də bizim millətçiliyimizlə Avropanın millətçiliyi tamamilə fərqlənir. Avropanın millətçiliyi daha çox irqçiliyə meyl edir. Tutaq ki, bizdə siyasi millətçilikdir, onlarda etnik millətçilik. Fərqi budur. İki cür millətçilik var: bir var sən dövlət, cəmiyyət yaratmaq istəyirsən. Amma irqi millətçilikdə başqa millətin nümayəndələrinə qarşı fərqli yanaşma olur, ona başqa millətin nümayəndəsi kimi yuxarıdan aşağı baxılır. Azərbaycanda təbii ki, millətçilik inkişaf edəcək, xalqımız tam azad olana qədər bu, bizim haqqımızdır. Amma Avropada baş qaldıran irqi millətçilik Azərbaycanda olmayacaq”. 

ADP sədri deyir ki, burada tarixi ənənələr də öz sözünü deyir: “Birincisi, burada tarixi təcrübə faktoru var. İkincisi də tarixin qoyduğu vəzifələrdən asılı olaraq bu məsələlər ortaya çıxır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar