Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dünya Rusiyanın dağılmasına hazır deyil”


Elçin Mirzəbəyli: “Avrasiya qitəsi cəhənnəmə çevrilər”


Son üç ildə Rusiyaya qarşı Avropa Birliyinin tətbiq etdiyi sanksiyaların sonda şimal qonşumuzu bitirə biləcəyi ilə bağlı fikirlərə artıq tez-tez rast gəlirik. 

Hətta bir federasiya kimi Rusiyanın tamamilə dağılmaq təhlükəsi ilə üzləşdiyi də deyilir. 

Doğrudur, Kreml hələ ki tab gətirə bilir. Lakin bunun ömrünün qısa olacağı söylənilir. Ərazisinə görə dünyada ilk sırada qərarlaşan Rusiya dağılarsa, bunun fəsadlarının daha çox olacağı vurğulanır. Vaxtilə Rusiyanın varisi olduğu SSRİ-nin tərkibində olan respublikalarda ABŞ başda olmaqla, Qərb dövlətləri yaratdıqları xalq cəbhələrinin əli ilə böyük bir imperiyanı süquta uğratmışdılar. İndi də Avropa ölkələrinin sanksiyalar vasitəsilə federasiya olsa da, əslində imperiya sayılan Rusiyanı çökdürmək planlarını həyata keçirdikləri deyilir. Çünki Rusiya daxilindən xalqları ayağa qaldırmaq indiki halda çox çətin görünür. 

Politoloq Elçin Mirzəbəyli öncəliklə SSRİ-nin dağılmasına səbəb olan xalq cəbhələrinin yaradılmasında fərqli yanaşmaların olduğunu söylədi: “Sovetlər Birliyini Azərbaycanda yaradılan Xalq Cəbhəsinin süquta uğratdığını söyləmək doğru olmazdı. Müxtəlif ölkələrdə yaradılan bu adla olan qurumların da burada böyük rolu var. Bu yanaşmaları birmənalı şəkildə qəbul etmək düzgün deyil. Amerikanın yaratdığı təşkilatların, eləcə də milli-azadlıq hərəkatlarının SSRİ-ni dağıtdığını demək də düzgün deyil. Burada bir çox amillər var. Silahlanma yarışı, sovet iqtisadiyyatının çökməsi, milli məsələlərin dərinləşməsi və ziddiyyətli hala gəlməsi kimi amillər SSRİ-nin süquta uğramasına səbəb oldu. İndiki Rusiya özünü SSRİ-nin hüququ varisi elan edib. 

SSRİ-nin götürdüyü bütün öhdəliklərə cavabdeh olduğunu da bəyan edib. Rusiyanın dağılması prosesinə gəlincə, bunun qısa zamanda reallaşacağını düşünmürəm. Təbii ki, qonşularına qarşı Rusiya öz imkanlarından daha artıq potensialını qoyacaqsa, proseslər indiki müstəvidə davam edəcəksə, Rusiyanın dağılması qaçılmaz olacaq. Yürüdülən hər bir siyasət dünyada bumeranq rolunu oynayır. Rusiya ayır-ayrı ölkələrdə, xüsusilə keçmiş postsovet ölkələrindəki separatçı rejimləri dəstəkləyir. Açıq şəkildə digər ölkələrin ərazilərini işğal, ilhaq edir. Beynəlxalq hüququn prinsiplərinə əməl etmir. Yazılmış və yazılmamış bütün oyun qaydalarını pozur. Təbii ki, bunun da bir bumeranq effekti olacaq. Bu dövlətdə muxtariyyət şəklində yaşayan kifayət qədər çoxsaylı xalqlar var. Bu xalqlardan elələri var ki, müstəqil yaşamaları üçün bütün potensialları var. Şübhəsiz ki, Rusiyanın yürütdüyü hazırkı siyasət sonda əks-effekt verə bilər. 

Dünyanın bu proseslərə hazır olub-olmamasına gəldikdə isə düşünürəm ki, dünya Rusiya kimi bir imperiyanın dağılmasına hazır deyil. Düşünmürəm ki, Rusiyanın dağılmasında Qərb dövlətləri və Avropa İttifaqı maraqlıdır. Çünki burada müxtəlif faktorlar var. Rusiyanın dağılması bir çox problemlərə gətirib çıxara bilər. Bu həmçinin terrorizmin həmin ərazilərdə geniş vüsət almasına, radikal dini cərəyanların Rusiya ərazisində daha aktiv fəaliyyət göstərmələrinə səbəb ola bilər ki, bu da faktiki, Avrasiya, qitəsini cəhənnəmə çevirər. İndiki şəraitdə bu perspektivlər yoxdur. Amma bu siyasət davam etsə, bunun adekvat cavabı da olacaq”.

Politoloq Rusiyanın dağılmasının yarada biləcəyi konkret fəsadlardan söz açdı: “Təsəvvür edin ki, SSRİ-nin dağılmasının üzərindən nə qədər vaxt keçib. Bu müddət ərzində SSRİ-nin mirasından hələ bəşəriyyət xilas ola bilməyib. Şərqi Avropa ölkələrinin bir çoxu Avropa İttifaqına üzv olsalar da, hələ də iqtisadiyyatlarını inkişaf etdirə bilməyiblər. Nəticədə Avropa Birliyi öz büdcəsindən həmin ölkələrə vəsait ayırmaq məcburiyyətindədir. Eyni zamanda postsovet məkanında da vəziyyət ürəkaçan deyil. İdarəçilik sisteminin mükəmməl hala çatdırılması prosesi başa çatdırılmayıb. Avropanın hüququ dəyərlər sisteminə inteqrasiya prosesi çox ləng gedir. Bu baxımdan, kifayət qədər ciddi problemlər var. SSRİ-dən qalan münaqişələr də bu günə qədər tənzimlənməyib. Bu münaqişələr də həmin ölkələr üçün deyil, Avropa, Avrasiya qitəsi üçün ciddi problemlər yaradıb. Bu proseslərdən sonra hadisələrin Rusiyanın öz daxilinə keçdiyini nəzərə alaq. Radikal İslam faktorunu nəzərə alsaq, görün hansı fəsadlar ortaya çıxır. Düşünürəm ki, bunu dünyanın aparıcı dövlətləri, xüsusilə Amerika hesablaya bilir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar