Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Donbasda münaqişənin həlli üçün tərəflərdən biri geri addım atmalıdır”



Politoloq Şahin Cəfərli: “Bu məsələdə xeyli qeyri-müəyyənlik və qarışıqlıq var”


Ukraynada münaqişə bölgəsinə ATƏT sülhməramlı missiyası yerləşdirilə bilər. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Vladimir Putin ATƏT-in sülhməramlı missiyasının Donbasda yerləşdirilməsi ideyasını dəstəkləyib. Bu barədə razılaşma “Normand dördlüyü”nün Berlində keçirilən toplantısında əldə olunub. Eyni zamanda Putin Almaniyanın da missiyada iştirakını müsbət qarşılayıb. 

Qeyd edək ki, Ukraynada münaqişə bölgəsinə sülhyaratma missiyasının yerləşdirilməsi münaqişənin həlli ilə bağlı hansısa razılaşmanın olduğunu deməyə əsas verir. Çünki adətən sülhyaratma missiyaları prinsipial razılaşma əldə olunduqdan sonra münaqişə bölgəsinə yerləşdirilir. Yaxud da ən azından davamlı atəşkəsin təmin olunması üçün. Ancaq hələlik bu razılaşma haqqında hər hansı bir məlumat yoxdur.

Həmçinin Donbasda sülhməramlıların yerləşdirilməsi analoji məsələnin Dağlıq Qarabağda da tətbiq oluna biləcəyinə dair iddiaları yenidən gündəmə gətirir... 

Politoloq Şahin Cəfərli deyir ki, “Normand dördlüyü”nün toplantısından hər hansı ciddi nəticə ortaya çıxmayıb. Ekspertə görə, xüsusən də sülhyaratma missiyası mövzusunda tərəflər arasında dərin fikir ayrılığı hələ də qalır: ““Normandiya dördlüyü”nün Berlin görüşündə Donbas probleminin həlli ilə bağlı ciddi nəticə əldə olunmayıb. Görüşdən sonra Ukrayna prezidenti Poroşenko bölgəyə ATƏT-in silahlı missiyasının yeridilməsi barədə razılıq əldə olunduğunu açıqlasa da, bu məsələdə xeyli qeyri-müəyyənlik və qarışıqlıq var. Tərəflərin məsələyə yanaşması fərqlidir. Ukrayna hesab edir ki, beynəlxalq silahlı missiya Rusiya ilə sərhəd zolağının Kiyevin nəzarətində olmayan hissəsində nəzarət tədbirləri həyata keçirməli, Minsk razılaşmalarının şərtlərindən biri kimi Donbasda yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərə hazırlıq prosesində, səsvermə zamanı və səsvermə sonrası təhlükəsizliyi təmin etməli, bu məsələlərdə tam səlahiyyətli olmalıdır. Rusiya isə hesab edir ki, missiya Donbasda münaqişə tərəflərinin öz qüvvələrini geri çəkdiyi və “təhlükəsizlik zonaları” kimi razılaşdırılan ərazidə, eləcə də təmas xəttindən çıxarılmış ağır hərbi texnikanın saxlanıldığı yerlərdə nəzarəti təmin etməlidir".

Ş.Cəfərli deyir ki, Moskva bu məqsədlə missiyanın tərkibinin genişləndirilməsi və yüngül silahlarla silahlandırılmasına qarşı olmasa da, bölgəyə yeridiləcək əlavə beynəlxalq kontingentin yalnız seçki müddətində, məhdud zaman kəsiyində orada qalmasını istəyir.

Ekspertə görə, Minsk razılaşmalarının həyata keçirilməsində yaranmış təməl problem KiyevMoskvanın həmin sənədi fərqli şəkildə interpretasiya etməsindən ibarətdir: “Ukrayna ”öncə təhlükəsizlik", Rusiya isə “öncə siyasi məsələlər” deyir. Poroşenko tələb edir ki, əvvəlcə Minsk razılaşmalarında əksini tapmış əsas məqam - sərhəd xəttinin nəzarətsiz, daha doğrusu, Rusiyanın birtərəfli nəzarətində qalmış hissəsində Ukraynanın suverenliyi təmin olunsun. Münaqişə nəticəsində Donetsk və Luqansk vilayətlərində təxminən 400 kilometrlik sərhəd zolağı Kiyevin nəzarətindən çıxıb və Rusiya istədiyi zaman separatçılara silah-sursat, ərzaq, yanacaq və digər zəruri təchizat göndərir. Ukrayna istəyir ki, əvvəlcə sərhəd zolağında özünün nəzarətini bərpa edərək Rusiya ilə separatçıların əlaqəsini kəssin, Donbasdakı bütün Rusiya əsgərləri, muzdluları, könüllüləri öz silah və hərbi texnikaları ilə birlikdə geri dönsünlər, bütün girovlar azadlığa buraxılsın və yalnız bundan sonra Minsk razılaşmalarının siyasi hissəsinin həyata keçirilməsinə başlasın".

Ekspert deyir ki, Ukraynadan fərqli olaraq Rusiya Ukraynanın əvvəlcə separatçıların nəzarətindəki bölgəyə xüsusi status verməsini, separatçıların amnistiyası haqqında qanun qəbul etməsini və Donbasda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsini tələb edir.

“Yalnız bundan sonra Moskva sərhəd zolağını Ukraynaya qaytarmağa hazır olduğunu bildirir. Minsk sazişinin beynəlxalq tərəfləri olan Almaniya və Fransa bu diametral əks mövqeləri yaxınlaşdırmaqda ciddi çətinliklə üzləşib. Bunun üçün tərəflərdən biri geri çəkilməlidir” - deyə Şahin Cəfərli bildirdi. 

Ekspert deyir ki, indiki situasiyada Ukraynanın geri çəkilməyə yeri yoxdur, hətta Poroşenko Rusiyanın yanaşmasını qəbul etsə belə, Ali Radanın həmin qanunları qəbul etməsi ehtimalı sıfıra bərabərdir. Bu isə ölkədə yeni böhranın yaranmasına səbəb ola bilər: “Böhran növbədənkənar seçkilərə və Poroşenkonun siyasi iflasına gətirib çıxara bilər. Putin üçün də geri addım atmaq problematik məsələdir, çünki əvvəla, Minsk sazişinin Ukraynanın istədiyi ardıcıllıqla yerinə yetirilməsi Rusiyanın Donbas üzərində nəzarətinin itməsi deməkdir ki, bu halda Moskva öz yaratdığı və ciddi xərc çəkdiyi problemin həllinə heç nə əldə etmədən razılıq vermiş olur. Bu, həm də ölkə daxilində Putinin imicinə sarsıdıcı zərbə vura bilər”.

Ş.Cəfərliyə görə Kreml problemin elə şəkildə həll olunmasını istəyir ki, Donbas məsələsi vasitəsilə Kiyev üzərində daimi təzyiq aləti əldə etsin. Eyni zamanda bu həllin mümkün qədər tez gerçəkləşməsini arzulayır ki, sanksiyalar ləğv olunsun və Qərblə münasibətlərdə yaranmış gərginlik azalsın: “Berlin görüşündə əldə olunmuş razılığa görə, 4 ölkənin xarici işlər nazirləri noyabr ayına qədər Minsk razılaşmalarının həyata keçirilməsi üçün ”yol xəritəsi" hazırlasın və imzalanmaq üçün prezidentlərə təqdim etsin. Bu “yol xəritəsi”ndə məhz razılaşmaların hansı ardıcıllıqla həyata keçiriləcəyi əksini tapmalıdır. XİN rəhbərlərinin görüşündə tərəflərin 180 dərəcə fərqli mövqelərinin necə uzlaşdırılacağı maraqlıdır, qeyd etdiyim kimi, buna nail olmaq üçün tərəflərdən biri geri addım atmalıdır. Bu isə çox çətin məsələdir. Hətta “yol xəritəsi” razılaşdırılsa belə, onun həyata keçiriləcəyinə təminat yoxdur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar