Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda pnevmoniya xəstəliyi çox geniş yayılıb”

“Azərbaycanda pnevmoniya xəstəliyi çox geniş yayılıb. Bunun səbəbi kəskin respirator virus infeksiyalarının vaxtında və düzgün müalicə edilməməsidir”


APA-nın məlumatına görə, bunu Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Natəvan Fərəcova Respublika Klinik Xəstəxanasında Ümumdünya Sətəlcəm Günü ilə bağlı keçirilən tədbirdə deyib. 
 
O qeyd edib ki, kəskin pnevmoniya (sətəlcəm) ilə xəstələnmə dünya üzrə əhalinin hər min nəfərinin 10-13-də, 50 yaşdan yuxarı hər 1000 nəfərinin 17-də müşahidə olunur: “Kəskin pnevmoniya uşaqlarda, ahıl insanlarda daha ağır formada keçir. Xəstələnmə və ölüm göstəricisi qadınlara nisbətən kişilərdə daha çox müşahidə olunur. Bu da kişilərdə zərərli vərdişlərin üstünlük təşkil etməsi ilə əlaqədardır. Ölüm səbəbləri siyahısında kəskin pnevmoniya ürək-damar, onkoloji xəstəliklər və zədələrdən sonra 4-cü yerdə dayanır”.
 
N. Fərəcova əlavə edib ki, Azərbaycanda qadınlar arasında pnevmoniyanın yayılması narahatedici səviyyədə deyil: “Azərbaycanda hər 100 min uşaqdan 6-da bronxit və ocaqlı pnevmoniyaya rast gəlinir. Regionlarda bu xəstəliyin yayılmasına daha çox rast gəlinir. Pnevmoniyanın 4 ağırlıq - yüngül, orta-ağır, ağır, çox ağır dərəcələri mövcuddur. Ahıl xəstələrdə ağciyərdən kənar əlamətlər üstünlük təşkil edir. Bu səbəbdən də belə xəstələrdə pnevmoniya diaqnozunun qoyulması yubanır və nəticədə müalicə aparılması gecikir. Pnevmoniya dedikdə  kəskin xəstəlik forması nəzərdə tutulur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar