Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan şimaldan və cənubdan təhlükələri neytrallaşdırır”


Razi Nurullayev: “Geopolitik anlamda Azərbaycanı hal-hazırda çox ciddi çətinliklər gözləmir”


ABŞ kəşfiyyatının yaxın beş ildə dünya üçün gözlənilənlər barədə proqnoz xarakterli hesabatında deyilir ki, iqtisadi böhran və kataklizmlər artıracaq. Rusiyanın aqressiyası daha da güclənəcək.

Yeni AXCP-nin sədri Razi Nurullayev isə “Yeni Müsavat”a açıqlamasında bu proqnozların dünyanın bir hissəsi olan Azərbaycana da nə dərəcədə aid olub-olmayacağı barədə fikirlər bildirib. R.Nurullayevin sözlərinə görə, geopolitik anlamda Azərbaycanı hal-hazırda çox ciddi çətinliklər gözləmir. 

Əksinə, Azərbaycan regional əhəmiyyətini və gücünü daha da artırmağı hədəfləyib və buna da addım-addım yaxınlaşır. Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı işlər yekunlaşmağa doğru gedir və İran ərazisində işlər yekunlaşandan sonra yükdaşımaları artacaq ki, bu da maraqlı dövlətlərin, şirkətlərin və biznesin ölkəyə marağını artıracaq.

Dolayısı ilə, bu həm də həmin biznes şirkətləri timsalında Azərbaycana olan dəstəyi artırmaq gücündədir: “Bakı-Tbilisi-Qars dəmiryolu bu il işə düşəcək və bu da müsbət haldır və ölkənin geopolitik mövqeyini möhkəmləndirir. Cənub Qaz Dəhlizinin tikintisi davam edir. TANAP və TAP layihələri üçün gərəkən kreditlərin də kifayət qədər hissəsi artıq alınıb və alınmaqdadır. Bu dünya miqyaslı layihələr Azərbaycanın mövqeyini gücləndirir. Şimal-Cənub koridoru layihəsi həm də Rusiyadan və Rusiya vasitəsilə tranzit yüklərin daşınması anlamına gəlir. Buna görə də Rusiyadan gələn təhlükəni də önləmiş olur. Bu həm də Rusiya-Azərbaycan-İran dəmiryollarının birləşdirilməsi deməkdir. Buna hər üç ölkə maraqlıdır və pul qazanacaq. Demək ki, Azərbaycan cənubdan gələn təhlükəni də neytrallaşdırmaq yolu tutub”.

R.Nurullayev ABŞ və AVvropa Birliyinin də Azərbaycana siyasi təzyiqinin azaldığını və əməkdaşlıq yolunun seçildiyini vurğuladı: “ Onun üçün də Azərbaycana Qərbdən də xarici siyasi təsir gücü aşağı düşüb”.

Bəs təhlükələr haradan gələ və yaxud hansı məqamlar təhlükə törənməsinə səbəb ola bilər? 

R.Nurullayev qeyd etdi ki, birincisi, terror təhlükəsidir, dünyada terrordan heç bir ölkə, hətta ən nəhəng dövlətlər belə sığortalanmayıb: “Qərbə qulluq edən layihələri dondurmaq və gözdən salmaq üçün terrorçular Azərbaycanı hədəf seçə bilərlər. Xüsusən, neft boru və qaz kəmərlərinin partladılması təhlükəsi həmişə olub və bu gün də qalmaqdadır. 
İkincisi, Dağlıq-Qarabağ münaqişəsinin fəal fazaya keçməsi hər zaman ola bilər. Bu bir fitili açılmış qumbaradır hər an partlaya bilər. Münaqişənin qızğın fazaya keçməsi Azərbaycanın regional layihələrdəki gücünü aşağı endirmək gücündədir. Maraqlı qüvvələr Azərbaycanı cəzalandırmaq üçün bu kartdan istifadəni düşünə bilərlər.

Üçüncüsü və ən ümdəsi xalqın sosial narazılığının qığılcıma çevrilmək təhlükəsidir. Tək bizim ölkədə deyil, bütün ölkələrdə işsizlik, ədalətsizlik və qeyri sosial bərabərlik mühiti siyasi sabitliyi pozmaq iqtidarındadır. Bu baxımdan ciddi islahatlar olmasa, iqtisadi durum yaxşılaşmasa ən böyük təhlükə elə ölkənin içində yatır. 

Bütün bu təhlükələrdən yan keçmək əlbəttə mümkündür. Yetər ki, həm ayıq-sayıqlıq olsun, həm də çox ciddi islahatlar getsin". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar