Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan cəmiyyəti “X“ gününə hazırlaşır“



Sərdar Cəlaloğlu: "Bu gün biz küçə və meydanlarda insanları görməsək də, ölkədə narazı kütlə var və həmin insanlar beyinlərində siyasi mübarizəyə qoşulmaq üçün hazırlıq mərhələsini yaşayırlar"


Ötən ilin sonunda Prezident Administrasiyasının şöbə müdirinin təşkilatçılığı ilə keçirilən iqtidar-müxalifət görüşü bu ilin əvvəlində də baş tutdu. Ќövbəti görüşün keçirilməsi nəzərdə tutulsa da, nədənsə, səbəbi bəlli olmayan şəkildə ertələnməkdədir. Hazırki vəziyyət isə göstərir ki, daha bir iqtidar-müxalifət görüşü yarı yolda qalıb. Ölkədəki ictimai-siyasi vəziyyət, gözlənilən təhlükələr və digər məsələlərlə bağlı "Reytinq"ə müsahibə verən ADP sədri Sərdar Cəlaloğu ilə söhbətə yarımçıq qalan görüşdən başladıq. 

- Biz sonuncu dəfə razılaşdıq ki, bu görüş iki aydan bir dövri şəkildə keçirilsin, öncədən gündəlik müəyyən edilsin, görüş üçün detalların hamısı hazır olandan sonra toplantı olsun. Bu məsələlərin hamısı Prezident Administrasiyası tərəfindən həyata keçirilməlidir. Əslində, növbəti görüşlə bağlı sualların hamısı da Prezident Administrsiyasına yönəlməlidir. Onlar nə zaman məsləhət bilsələr, o zaman da görüş olacaq. Yəni, qərarı onlar verir, biz yox. 

- Bu görüş dialoq mahiyyəti daşıyırsa, deməli, tərəflərdən biri də Sizsiniz. Belə olan təqdirdə Sizin də söz haqqınız olmalıdır? 

- Bəli, biz də tərəfik. Amma burada başqa bir məsələ var. Biz təklif elədik ki, hər iki tərəfin iştirakı ilə komissiya yaradılsın və görüşöncəsi məsələləri, müxtəlif detalları həmin komissiya həyata keçirsin. Lakin görüşdə iştirak edən digər partiyalar nədənsə belə hesab elədilər ki, tədbirin təşkilatçılığı ancaq iqtidarın öhdəsinə buraxılsın. Ona görə də bizim orda söz demək hüququmuz yoxdur. Düzü, hökumət tərəfi bu missiyanı xüsusi olaraq öz üzərinə götürmək istəmirdi. Sadəcə olaraq, görüşdə iştirak edən prtiyaların əksəriyyəti bu təkliflə çıxış etdi deyə, belə bir qərar qəbul olundu. 

- Sizcə, iqtidar "yığışın",- deyəndə bir araya gəlmək nə qədər doğrudur? 

- Məsələyə düzgün yanaşmaq lazımdır. Burda bir tərəf o biri tərəfi özünə tabe elətdirmir. Məsələn, hakimiyyət AXCP-ni də, Müsavatı da dəvət elədi, amma onlar gəlmədilər. İndi buna görə iqtidarı ittiham eləmək olmaz. Yəni, bu məsələ iki tərəfin razılığı ilə müəyyənləşib. Bir də ki, müzakirələr hər iki tərəfin razılığı ilə baş tutanda nəticə verir. Əgər müzakirələr yalnız bir tərəfin diqtəsi ilə baş tutursa, o zaman həmin tərəflərin birinin digərinin iradəsinə tabe olması ilə nəticələnəcək. 

- Hazırki vəziyyət göstərir ki, bu görüş müstəvisində müxalifət iqtidarın iradəsinə tabedir... 

- Yox. Mən elə düşünmürəm ki, burada bir tərəf digərinə tabedir. Dediyim kimi, görüşdə iştirak edən partiyalar çoxluqla bu məsələni hökumətin üzərinə qoydular. 

Bir də ki, hökumətin işi-gücü yalnız iqtidar-müxalifət diloqu ilə məşğul olmaq deyil, hökumətin o qədər işi var. Əvvəlcə özümüz bütün səlahiyyəti iqtidara verdik, indi də deyək ki, niyə görüş keçirmirsiz, niyə filan addım atmırsız? Onda da adama deyərlər ki, əvvəlcə belə deyirdin, indi də elə danışırsan. 

Bizim müxalifət əvvəlcə özünü çıxılmaz vəziyyətə salır, sonra da o vəziyyətdən çıxmaq üçün yollar axtarır. Yəni, öz dilimizlə özümüzü ilişdirmişik. İqtidar da deyir ki, əgər sizin razılığınızla qərarı mən verməliyəmsə, onda gözləyin. 

- Belə görürəm ki, vəziyyət Sizi qane etmir. Ќövbəti görüşdə bu barədə məsələ qaldırmaq fikriniz varmı? 

- Bizim əvvəlki görüşlərimizin məqsədi ölkədə insan haqlarının qorunması, siyasi məhbus və demokrati-ya ilə bağlı məsələlər idi. Amma həmin görüşdən sonra vəziyyətin daha da ağırlaşdığını müşahidə etmək olar. Ona görə də görüşün praktiki əhəmiyyəti itib. İndi görüş keçirmək, məsələləri yenidən gündəmə gətirib nəyəsə nail olmaq mümkün olarsa, təbii ki, siyasi dialoq növbəti dəfə təşkil oluna bilər. Əgər ciddi nəticələr yoxdursa, deməli, əhəmiyyəsizdir. Bəlkə də görüşün bu qədər ertələnməsi həmin o nəticəsizlik sindromu ilə bağlıdır. 

- Belə nəticəyə gəlmək olar ki, bu görüşə gəlməyən AXCP ilə Müsavat müəyyən dərəcədə haqlı olublar? 

- Xeyr. Görüşə gəlməyən haqlı oldu, gələn haqsız duruma düşdü kimi, yanaşma yanlışdır. Biz bu təşəbbüslə çıxış etdik, qarşı tərəf müsbət cavab verdi. Bu prosesdə iştirak edərək gördük ki, hökumət həqiqətən də dialoq istəyir, hansısa dmokratik prosedurlar tapmağa cəhd göstərir. İndi hökumət növbəti addımı atmırsa, dərhal bundan nəticə çıxara bilmərik ki, hökumət yanlışdır, AXCP ilə Müsavat düzgün mövqedəymiş. 

İqtidar-müxalifət dialoqlarının bəhrə verməsi, onun ciddi siyasi prosesə çevrilməsi illərlə davm edən məsələdir. Məsələn, Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında dialoq yolu ilə həll olunur. Artıq neçə ildir ki, bu dialoq gedir, amma Qarabağ cəbhəsində heç bir yenilik yoxdur. Bunu əsas götürsək, onda gərək deyək ki, Qarabağla bağlı aparılan dialoq yanlışdır və bunun əleyhinə çıxan qüvvələr tamamilə doğru düşünürlər. Amma mən elə bilirəm ki, bu gün heç kəs Qarabağ münaqişəsinin həllində alternativ yol görmür. Dünya təcrübəsindəki digər hadisələr də göstərir ki, bu cür dialoqlar nə qədər nəticəsiz də olsa, onların gündəmdə qalması və işlək mexanizmə çevrilməsi problemlərin bütünlükdə dinc həll edilməsinin yeganə yoludur. Ona görə də mən, iqtidar-müxalifət dialoqu ilə bağlı tələsik hökm çıxarılmasının əleyhinəyəm. 

- Sərdar bəy, əgər iqtidar-müxalifət görüşü keçirilən ərəfədə həllinə çalışdığınız problemlər daha da dərinləşirsə, bəlkə daha optimal, daha yeni variantlar tapmaq lazımdır? 

- Hazırda başqa variant yoxdur. Situasiya dəyişəcəyi təqdirdə həmin situasiyaya uyğun yeni format, yeni metod axtarıb tapmalıyıq. Amma müxalifətin və xalqın passiv, hakimiyyətin arxayın olduğu, beynəlxalq konyukturanın da əlverişsiz olduğu şəraitdə hələlik bundan artıq bir şey təklif eləmək düzgün deyil. Açığı, mən, bu dəqiqə Azərbaycanda ciddi dəyişilmələrin olmasının qəti əleyhinəyəm. Çünki bölgədə baş verən hadisələr Azərbaycanda mənfi ya da müsbətə doğru dəyişilmələrin ağır nəticələrə səbəb olacağın siqnalını verir. Ona görə də nə qədər çətin, nə qədər ağır olsa da, xalq nə qədər əzab çəksə də, Ukrayna-Rusiya müharibəsi və Yaxın Şərqdə gedən proseslərin fövqündə Azərbaycanda ciddi dəyişikliklərin olmasını təhlükəli hesab edirəm. 

- Ciddi təhlükə deyəndə nəyi nəzərdə tutursunuz? 

- Son bir neçə ildə gördük ki, kənardan stabil görünən ölkələrdə olduqca təhlükəli, vətəndaş qarşıdurmasına, dövlət çevrilişinə və bütövlükdə dövlətlərin çökməsinə gətirib çıxaran hadisələr baş verdi. İş o yerə çatdı ki, hətta bu hadisələrin qarşısını iri güclər də ala bilmədi. Azərbaycan da bu mənada istisna deyil. Bu gün biz küçə və meydanlarda insanları görməsək də, ölkədə narazı kütlə var və həmin insanlar beyinlərində siyasi mübarizəyə qoşulmaq üçün hazırlıq mərhələsini yaşayırlar. Yəni, Azərbaycan cəmiyyəti "X" gününə hazırlaşır. Bu, çox narahatedici faktordur və real təhlükədir. İnsanlar küçəyə çıxarkən narahat olmaq lazım deyil, çünki insanlar nə düşündüklərini ifadə edirlər. O zaman ki, insanlar küçələrə çıxmır, deməli, nə edəcəklərini beyinlərində götür-qoy edirlər. Düşüncələrin nədən ibarət olduğu heç kəsə məlum olmadığına görə, gözlənilməzlik effekti yaradır. Bir qayda olaraq, bu cür düşüncədə olan xalqlar vətəndaş müharibələrinə, dövlət çevrilişlərinə meyl edirlər. Bu baxımdan, Azərbaycan xalqının indiki passivliyi olduqca təhlükəli proseslərdən xəbər verir. 

- Əgər hər hansı ölkədə çevriliş etmək istəyən varsa, kənardan müdaxilə edənlər ölkə daxilindəki hansısa qüvvələrdən istifadə etməlidir? 

- Ölkədə demokratik qüvvələr varsa, onlar heç vaxt çevrilişlərə getmirlər. Dövlət çevrilişini adətən radikal qüvvələr gerçəkləşdirirlər. Radikal qüvvələrdən istifadə edən kənar qüvvələr də heç vaxt xalqların mənafelərindən çıxış eləmirlər. Məsələn, İŞİD-dən istifadə edənlər Suriya xalqının gələcəyini düşünürdümü? Yox. Yaxud Talibandan istifadə edənlər Əfqanıstanın gələcəyini düşünürdümü? Eləcə də Azərbaycandakı radikal qüvvələrdən istifadə edəcək xarici qüvvələr xalqın maraqlarını güdməyəcək. Ona görə də ölkədəki radikal güclərdən istifadə bizim üçün təhlükəli gələcək vəd edir. 

- Ümumiyyətlə, Azərbaycanda radikal qüvvələr o səviyyədidirmi ki, onlardan çevriliş planlarında istifadə etsinlər? 

- Son dövrlər mətbuatı izləyin, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatlara, həbslərə və onların motivlərinə baxın. O zaman görəcəksiz ki, Azərbaycanda rdikal qüvvələr var, ya yox. 

- Onlar çevriliş edə biləcək səviyyədə, sayda deyillər axı? 

- O sizə elə gəlir. Əgər məscidlərə getsəniz, bu cür düşünməzsiniz. Mən cümə günləri Azərbaycanın müxtəlif məscidlərinə namaz qılmağa gedirəm. Azərbaycanda elə bir məscid yoxdur ki, cümə günü orda namaz qılmağa yer qalsın. Hər məsciddə iki-üç min adam namaz qalır. Yəni, mən görürəm ki, Azrbaycanda islam əvvəlki dövrlə müqayisədə yüz dəfə inkişaf edib və kifayət qədər təşkilatlanmış islam icmaları var. Azərbaycan hakimiyyəti özünü nə qədər tox tutsa da, Qafqaz Müsəlmanları İdarəsi nə qədər çox dini bəyanatlar versə də, bir şeyi bilmək lazımdır ki, ölkədəki dini kəsimin böyük hissəsinə nə dövlət tərəfindən, nə də QMİ tərəfindən nəzarət olunur. Bu nəzarət olunmayan güc radikal güc olduğu təqdir-də, qeyd etdiyim hadisələrdə təhlükəli qüvvəyə çevrilir. 

- Məscidlərdə Sizin kimi demokratik düşərgənin nümayəndələri də namaz qılır. Sizcə, bu çoxluğu əsas götürmək nə qədər doğrudur? 

- Söhbət çoxluqdan getmir. Məsələ azlığın nə qədər yaxşı təşkilatlanmasından gedir. Çoxluq pis təşkilatlansa, o güc deyil, azlıq yaxşı təşkilatlansa, böyük gücdür. Sənin gözünə az görünən qüvvələr təşkilatlananda həddinən artıq təhlükə yarada bilərlər. Məsələn, İŞİD-in on min üzvü var, amma dörd dövləti darmadağın etdi. Bütün dünyanın bu balaca qrupla vuruşmasına baxmayaraq, bu qrupa heç nə edə bilmirlər. 

- Sərdar bəy, belə bir vəziyyətdə təkcə hakimiyyət təhlükə qarşısında qalmır... 

- Mən demədim ki, hakimiyyət təhlükə qarşısındadır. Dediyim odur ki, vəziyyət elədir ki, hər hansı bir ciddi dəyişiklik Azərbaycan xalqı və dövlətini təhlükə altına ata bilər. Bu təhlükə hər bir vtəndaşı gözləyir. 

- Bu arada müxalifət nə etməlidir? 

- Demoratik müxalifət həm hökumət tərəfindən sıxışdırılır, həm də xalq tərəfindən gözardı edilir. Eyni zamanda, radikal qüvvələrlə mübarizədə əli boşdur. Çünki onların arxasında müəyyən güclər dayanır, imkanları, potensiallar var. Bir də ki, bizdən fərqli olaraq, radikal qüvvələr iqtidarın repressiya maşınından tam keçirilməyib. Azərbaycan müxalifəti 20-25 ildir ki, repressiv şəraitdə yaşayır və fəaliyyət göstərir, maliyyə resursları sıfır vəziyətindədir, cəmiyyətlə əlaqələri yox dərəcəsindədir. Əvəzində isə radikal qüvvələr qeyri-leqal yollarla xalqla işləyirlər, kifayət qədər elektoratları, maliyyə resursları var və güclənirlər. Bu baxımdan, biz heç nə edə bilərik. Çox təəssüf ki, bu gün Azərbaycanda ən az dəstək verilən qüvvədən ən çox şeyi istəyirlər. 

- Bu il ölkəmizdə parlament seçkiləri ilidir və müəyyən aktivliyin olacağı qaçılmazdır. Qeyd etdiyiniz təhlükələr variykən siyasi aktivliyin artması hansı nəticələrə gətirib çıxara bilər? 

- Bu cür hadisələrin proqnozlaşdırılması ilə bağlı əvvəlcədən konkret bir öz demək mümkün deyil. Heç kəsin ağlına gəlməzdi ki, Yaxın Şərqdə bu cür hadisələr baş verə bilər, yaxud Rusiya ilə Ukrana müharibə edər. Düzdür, biz ümumi şəkildə deyirdik ki, Yaxın Şərqdəki hadisələr Rusiyaya sıçrayacaq, amma bu cür qanlı müharibənin olacağı, dövlətlərin toqquşacağı, on minlərlə insanın öləcəyi heç kəsin ağlına gəlməzdi. Bu baxımdan, planlı işləri proqnozlaşdırmaq olar. Radikal qüvvələr isə heç vaxt planlı iş görmür. Ona görə də bu barədə konkret nəsə deyə bilmərəm. Ola bilsin ki, heç nə baş verməsin. Amma elə də ola bilər ki, sabah durub görərik, ara qarışıb, məzhəb itib... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar