Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Qafqazda getdikcə daha təsirli liderə çevrilir”


“Azərbaycan önəmli müttəfiqlərdən biridir və ABŞ-ın daimi dəstəyinə, diqqətinə layiqdir”


APA-nın xəbərinə görə, bu barədə Missisipi ştatından olan senator Rocer Uiker “The Washington Times” qəzetindəki yazısında bildirib.   
 
Senator xatırladıb ki, bu ayın sonunda Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü qismində öz missiyasını tamamlayır: “Ölkənin Şərqi Avropa dövlətlərinin nümayəndəsi olaraq seçilməsi Azərbaycanın son iki onillikdə keçdiyi vacib transformasiyanı göstərir. Bu gün Azərbaycan Qafqaz regionunda getdikcə daha təsirli liderə çevrilir”.  
 
R. Uiker qeyd edib ki, Azərbaycanın dünya siyasətindəki təsirinin tanınması iki ölkənin maraqları nəzərə alındıqda, ABŞ üçün xüsusən sərfəlidir. “Biz İranın nüvə məsələsi və Rusiya ilə bağlı narahatlıqları bölüşürük”, deyə yazan senator Azərbaycanı Xəzər regionunda ABŞ-ın stabil müttəfiqi adlandırıb: “Bir çoxları bu postsovet ölkəsində əlavə demokratik islahatların zəruriliyi fikrində həmrəydir, lakin sevindiricidir ki, Azərbaycan onilliklər boyu hökm sürmüş kommunist idarəçiliyindən iqtisadi inkişaf və azadlıq yoluna keçid edib”.   
 
“The Washington Times” qəzetində konqresmen Cin Qrinin də məqaləsi dərc olunub. C. Qrin də Azərbaycanı ABŞ-ın vacib tərəfdaşı kimi dəyərləndirib: “Müsəlman əhalisi olan dünyəvi Azərbaycan radikal islam və terrorçuluq əleyhinə və azadlıq, demokratiya uğrunda mübarizənin ön xəttindədir. İslam terrorizminin yayılması Yaxın Şərq ölkələri və ABŞ üçün təhlükədir”.
 
C. Qrinin sözlərinə görə, Azərbaycan xüsusən 11 sentyabr hadisəsindən  sonra terrorçuluqla mübarizədə özünü əla tərəfdaş kimi göstərib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar