Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Ordusu çox sürətlə modernləşdirilir”

Polşanın keçmiş müdafiə naziri (1992-1993, 1997-2000-ci illərdə), Avropa Parlamentinin keçmiş vitse-spikeri Yanuş Onişkeviçlə müsahibəni təqdim edirik


- Pan Onişkeviç, Azərbaycan Ordusunun döyüş hazırlığını necə qiymətləndirirsiniz?

- Mənə məlum olduğu qədər, son illərdə Azərbaycan çox sürətlə öz Silahlı Qüvvələrinin maddi-texniki bazasını modernləşdirir: ən yeni silahlar, pilotsuz uçuş aparatları və digər növ silahlar alır. Sizin ordu əhəmiyyətli dərəcədə güclənib, Qarabağ müharibəsinin getdiyi illərlə müqayisədə daha yüksək döyüş hazırlıqlı və daha güclü olub. Ayrı-ayrı ölkələrin hərbi gücünün müqayisə edildiyi “Global Firepower” indeksinə əsasən, Azərbaycan 50-ci pillədədir (Gürcüstan, Belarus və Ermənistandan daha öndə). Bu indeksdə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya daxildir. Polşa isə 16-cı yerdədir.

Sizin Qarabağ münaqişəsinə dair növbəti sualınızı təxmin edərək deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında böyük müharibənin başlaya biləcəyini zənn etmirəm. Hərbi yol çıxış deyil, o hər iki tərəfdən çoxsaylı itkilərə səbəb olacaq. Bu istiqamətdə dialoqu davam etdirmək lazımdır.

- Polşa hansı silah növləri ilə Azərbaycanı maraqlandıra bilər?

- Polşa bir neçə çox qəliz sistemlərin istehsalı ilə məşğuldur. Dünya səviyyəli sistemlər – bu, əsasən, radarlar, PUA-lar, yaxın mənzilli raket əleyhinə vasitələr, piyada qoşunları üçün döyüş maşınları, atəşin idarə olunması sistemləri, gecə görünüşlü nəzarət kameraları və s.-dir.

Varşava “Warmate” kamikadze-dronları istehsal edir. Ukrayna və digər ölkələr artıq öz silahlanmalarında bu silaha malikdir. Polşa müdafiə sənayesinin potensialının öyrənilməsi üçün ən gözəl meydança hər il Polşanın Kelts şəhərində təşkil edilən beynəlxalq sərgidir. Bu sərgi 30 ölkədən 600-dən çox şirkətin iştirak etdiyi Avropada ən böyük belə layihələrdən biridir.

- Bu yaxınlarda Brüsseldə Avropa İttifaqı ölkələrinin böyük əksəriyyəti “Müdafiə sahəsində daimi strukturlaşdırılmış əməkdaşlıq haqqında” (PESCO) sazişinə dair sənədləri imzalayıb. KİV-lərin əksəriyyəti bunu Almaniya və Fransanın təşəbbüsü ilə Avropa İttifaqı ordusunun yaradılmasına doğru addım kimi qiymətləndirir. Avropa İttifaqının vahid ordusunun yaradılması mümkündürmü?

- Səmimi cavab versəm, Avropa inteqrasiyasının tarixində artıq analoji cəhdlər olub. Bu, 50-ci illərə təsadüf edib. “Pleven Planı”nı nəzərdə tuturam. 1950-ci ildə Fransanın baş naziri Rene Pleven Avropa müdafiə cəmiyyətinin formalaşdırılması ideyasını irəli sürdü. Bu ideyanın mahiyyəti milli komandanlıq altında Avropa vahid ordusunun yaradılmasından ibarət idi. 1952-ci ildə 6 ölkə arasında müqavilə imzalandı, lakin bu sənəd hələ də qüvvəyə minməyib.

PESCO – 2009-cu ildə Lissabon razılaşması tərəfindən analoji məqsədlə irəli sürülən daha bir təşəbbüsdür. Lissabon razılaşmasına müvafiq olaraq, “hərbi imkanları daha yüksək meyarlara cavab verən və bir-biri qarşısında ən qəliz missiyalar nəzərə alınmaqla bu sahəyə daha böyük yatırım qoyan üzv dövlətlər sıx əlaqələr yaratmalıdır”. Buna görə, PESCO “Avropa ordusu”nun yaradılması üçün ilk addım deyil, bu sadəcə olaraq oxşar təhlükəsizlik baxışlarına və birgə missiyaların həyata keçirilməsi imkanlarına malik ölkələr üçün hərbi sahədə daha sıx əməkdaşlıq əsasıdır. Həmçinin Avropa ordusunun yaradılması ideyası getdikcə daha tez-tez xatırlansa da, Avropa İttifaqı hərbi siyasət üçün alət qismində ordusu olan hökumətə malik dövlətə çevrilməyincə, gerçəkləşə bilməz.

- Sizcə, Avropanın NATO-ya tabe olmayan öz ordusuna ehtiyacı var?

- Təbii ki, Avropa İttifaqı bəzi hərbi imkanlara ehtiyac duyur, lakin kollektiv təhlükəsizlik imkanları baxımından yox. Avropa İttifaqı hərbi alyans və kollektiv təhlükəsizlik sistemi deyil, çünki Avropa İttifaqında özünü qəti şəkildə neytral nümayiş etdirən dövlətlər var. Avropa İttifaqının ehtiyac duyduğu məsələ ötən il Avropa İttifaqının Çadda, Timorda, Balkanlarda keçirdiyi kimi sülhməramlı, yaxud humanitar missiyalarda istifadə ediləcək müəyyən sayda hərbi bölmələrdir.

- ABŞ-ın Avropadakı rotasiya qüvələri, eləcə də silah ehtiyatlarının sayı növbəti dəfə artıb. ABŞ artıq silah anbarlarını və hərbi texnikasını Hollandiya və Almaniyada yerləşdirir, bu yaxınlarda daha biri Belçikada yerləşdiriləcək. Cari ilin yayında isə xarici saytlarda ABŞ Quru Qoşunları Mühəndis qüvvələri Avropa dairəsinin Polşa avibazasında və Polşanın mərkəsində yerləşən Povidz kəndində hərbi obyektlər tikəcəyi ilə bağlı tender elan etməsi haqqında sənədlər peyda olub. ABŞ Ordusu Polşada dəqiq olaraq nə tikməyə hazırlaşır?

- Ukrayna böhranı və Mərkəzi Avropadakı müttəfiqlər tərəfindən davamlı tələblər ABŞ-ın Avropadakı hərbi mövcudluğunu genişləndirir. Qeyd etmək vacibdir ki, “soyuq müharibə”nin bitməsindən sonra ABŞ demək olar ki, bütün qüvvələrini Avropadan geri çağırdı. Vurğulamaq kifayət edər ki, ABŞ-ın Avropada iki birqadası var idi və artıq onların sayı cəmi 3 olacaq, bu isə əvvəli kimi yetərincə simvolik qüvvədir. NATO-nun Şərq ölkələrində bölmələrin effektiv təminatı üçün zərurət halında infrastrukturu inkişaf etdirmək və müasirləşdirmək zəruridir. Bu məsələdə yeni heç nə yoxdur, ifrastrukturun yaxşılaşdırılması proqramı Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO-ya daxil olduğu ilk günlərdən davam edir.

- Şəbəkədə Rusiya istehsalı olan “İskəndər-M” raketinin yaxın məsafədən gücünü nümayiş etdirən görüntülər peyda olub. Onun imkanları NATO hərbi-siyasi blokunu narahat edir. Qərb KİV-lərinin yazdığı kimi, raket NATO alyansının Şərq hissəsinə - Polşaya (Kalininqraddan) və Baltikyanı ölkələrə zərbə endirməyə qadirdir. ABŞ Rusiya “İskəndər”inin qarşısını nə ilə ala bilər?

- Tamamilə aydındır ki, “İskəndər-M” raketi NATO-nun şərq hissəsində istənilən hədəfi məhv edə bilər. Məsələ silahın hansı diapazona malik olmasındadır. Onun 500 kilometr limitini keçməsi barədə əsaslar var, bu isə kiçik və orta mənzilli raketlərə dair razılaşmanın pozulması deməkdir. “Soyuq müharibə”nin bitməsindən sonra ABŞ və digər NATO üzvləri bənzər sistemlərdən qurtuldular, odur ki, indi bizim “İskəndər” tipli hər hansı vasitəmiz yoxdur. Bizim kollektiv arsenalımızda sahib olduqlarımız hava raketləridir. Artıq Polşa müvafiq diapazon və dağıdıcı qüvvəyə malik belə sistemləri əldə edib. Həmçinin Polşa “İskəndər” raketlərini zərərsizləşdirə biləcək çox qəliz hava hücumundan müdafiə sistemləri alacaq.

- Balkanlarda vəziyyəti necə qiymətləndirirsiniz? Ara-sıra orada münqaişələr baş verir. Balkanlarda yeni müharibə mümkündürmü?

- Balkanlarda vəziyət daha öncə olduğu kimi, 100 faiz stabildir, lakin Avropa Birliyi bu ərazidə çox aktivdir. Avropa İttifaqına daxil olmaq prespektivi yumşaldıcı faktordur, buna görə də, bu ərazidə situasiya ciddi münaqişəyə çevrilməməlidir və Avropa İttifaqı istənilən yaranan böhranın ödhəsindən gəlmək imkanına malik olmalıdır.(ordu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar