Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Bolqarıstan üçün etibarlı dost və tərəfdaşdır”



Bolqarıstan Prezidenti: “Bunu dostluq rəmzi hesab edirəm”


Bu barədə Bolqarıstan Prezidenti Rosen Plevneliyev bu gün Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib:

“Cənab Prezident. Azərbaycan hökumətinin üzvləri. Sizi Bolqarıstanın milli bayramından bir gün sonra, dostluq rəmzlərimizi paylaşdığımız bir vaxtda qarşılamaq mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında əsrlər boyu mövcud olan dostluğun davamı kimi bu gün biz Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacağıq.

Bolqar xalqı Sizin səfərinizdən məmnunluq duyur, çünki Azərbaycan bizim üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır. Strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açılır. Mən bu uğurdan çox qürur duyuram və bundan sonra bu nailiyyətin təfərrüatları üzərində çalışacaq hər kəsə uğurlar arzulamaq istəyirəm. Bir daha Bolqarıstana xoş gəlmisiniz”.

İlham Əliyev də öz növbəsində həmkarına təşəkkürünü bildirib:

“Sizin gözəl ölkənizə yenidən səfər etməyimə çox şadam. Fürsətdən istifadə edərək Sizi və bütün bolqar xalqını dünən qeyd etdiyiniz milli bayramınız münasibətilə təbrik etmək istərdim. Mənə hədiyyə etdiyiniz bu gözəl yaz rəmzinə görə təşəkkür edirəm. Mən bunu həm də dostluq rəmzi hesab edirəm. Sizin dediyiniz kimi, Bolqarıstanda bu rəmzləri ailə üzvlərinə və dostlara hədiyyə edirlər. Biz yaxşı dostlarıq və strateji tərəfdaşlığımızı gücləndirəcəyik”.

Görüşdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar