Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ad günümü harada keçirəcəyimi bilmirəm”


Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər namizədi Aydın Mirzəzadənin doğum günüdür - 58 yaşı tamam olur


PİA.AZ xəbər verir ki, Aydın Mirzəzadə ad günü ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. O bildirib ki, ad gününü ailəsi ilə birlikdə keçirəcək.

“Ad günümü ailəmlə qeyd edəcəyəm. Amma harada keçirəcəyim haqqında dəqiq qərar verməmişəm”.

YAP-ın ən fəal deputatlarından olan Aydın Mirzəzadə son vaxtlar Milli Məclisin iclaslarında aktiv olmamasının səbəbini isə belə izah edib: “Deməzdim ki, fəallığım azalıb, xeyr, belə deyil. Günün müəyyən hissəsində parlamentdə oluram, qalan zamanımı partiyanın mərkəzi aparatında keçirirəm. Bütün işlərimə son dərəcə məsuliyyətlə yanaşıram, çalışıram ki, səlahiyyətimin mənə imkan verdiyi çərçivədə bir sıra məsələlərin həllinə nail olum.

Parlament üzvü kimi seçicilərimin maraqlarını qorumağa, bu və ya digər məsələyə diqqət yetirməyə, qaldırılan məsələlər haqqında müvafiq hökumət orqanları ilə əlaqə saxlayıb həllinə çalışıram. Əlbəttə, deputat həmkarlarımın aktivliyi məni çox sevindirir, mənim üçün də maraqlı olan məsələləri müzakirəyə çıxarırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar