Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“28 Cinema” Ulduzum istifadəçilərinə hər ikinci bileti pulsuz təqdim edir


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, abunəçilərin nəzərinə çatdırır ki, hər həftənin cümə axşamı günü Ulduzum istifadəçiləri “28 Cinema”dan bilet alarkən onlara hər ikinci bilet pulsuz təqdim olunacaq


Pulsuz bileti almaq çox asandır. Ulduzum proqramının üzvləri “*” yazıb 5555-ə SMS yollamaqla 4 rəqəmli şifrə əldə edə edirlər (SMS-in qiyməti 3 qəpikdir).  Hər həftənin cümə axşamı günü bilet alarkən “28 Cinema” kassirinə bu 4 rəqəmli şifrəni təqdim etdikdə Ulduzum üzvlərinə hər ikinci bilet avtomatik olaraq pulsuz təqdim olunacaq.

“28 CİNEMA” Azərbaycanın premium kinoteatrıdır. Kinoteatrda altı kino zalı vardır ki, bu da kinoteatrın repertuarını daha rəngarəng etməyə imkan verir. “28 CİNEMA” kinoteatrında  ən yeni "Enhanced 4K" texnologiyasının istifadəsi ilə yeni nəsil Barco rəqəmsal proyektorları quraşdırılmışdır. Bu texnologiya ekranlarda ən yüksək səviyyəli dəqiq təsviri və təsvirin yüksək parlaqlığını təmin edir. Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq, bu kinoteatrda yeni  "Xpand 3D"  sistemi təqdim edilmişdir.

Ulduzum proqramına üzv olmaq üçün “1” yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.  

Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində Ulduzum proqramına 500.000- dən çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.

Hazırda 120-dən çox partnyoru olan bu proqramın partnyorları siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.
www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və  daha ətraflı məlumatı əldə etmək olar.


***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib. 
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar