Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb



Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və “Nar” operatorunun sponsorluğu ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib


12-ci Olimpiadanın yekunlarına əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, ADA Universitetinin “ADA U1” komandası 2-ci, Bakı Dövlət Universitetinin “BSU1” komandası 3-cü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Sharper” komandası isə 4-cü yeri tutub. Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla, eləcə də “Nar” operatorunun təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İnformatika olimpiadasının məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Olimpiadaya dəstək göstərməkdə “Nar”, özünün korporativ sosial məsuliyyət strategiyasına (KSM) uyğun olaraq, İKT sahəsində yerli mütəxəssislərin yetişməsinə və İKT-nin gənclər arasında təbliğinə töhfə verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar