Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsavat bir partiya olaraq dağılmağa məhkumdur”


"Bunu hər zaman demişəm, Müsavat bir partiya olaraq qəzet və kağız üzərində fəaliyyət göstərir."


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. 

S.Novruzov bildirib ki, bu partiya parçalanır və xeyli insan buranı tərk edib:

“Əvvəllər bu partiyada nüfuzlu, ağıllı şəxslər var idi. İndi onlardan bir nəfər də olsa Müsavatda qalmayıb. Bu gün Müsavat da Azərbaycan Xalq Cəbhəsi Partiyasının taleyini yaşayır. Necə ki, Əli Kərimli cangüdənini Məclis üzvü edir, Müsavatda da yolda tapılan Divana üzvü qəbul edilir. Bütün bu amillərə görə, Müsavat bir partiya olaraq dağılmağa məhkumdur və hazırda da bu proses gedir”. 

S.Novruzov Müsavat Divanının üzvü, partiya başqanlığına namizəd Tural Abbaslının YAP haqda dediklərinə cavabında isə bunları deyib:

“Tural Abbaslının Yeni Azərbaycan Partiyası haqqında fikir bildirməyə yaşı və stajı çatmır. Müsavat öz problemlərinin həlli ilə məşğul olsa yaxşıdır. Tural Abbaslı kimdir ki, YAP haqqında nəsə fikir bildirir. Böyük siyasətə girməmiş onun YAP haqqında nəsə danışmağı yersizdir”. 

S.Novruzov əlavə edib ki, partiyada başqanlığa namizəd Tural Abbaslının olması da sözügedən qurumun vəziyyətindən xəbər verir:

“Partiya görün hansı vəziyyətdədir ki, Tural Abbaslı başqanlığa namizəd seçilib. Bununla Müsavatın vəziyyətin aydınlaşdırmaq olur”.

Xatırladaq ki, Müsavat Divanın üzvü, başqanlığa namizəd Tural Abbaslı Qafqazinfo-ya müsahibəsində bildirib ki, parçalamaq istədikləri bir partiya var, o da YAP-dır:

“Özünü müxalifət hesab edən heç bir partiya ilə düşmənçilik etmək fikrimiz yoxdur”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar