Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Milli Şura AXCP-nin təsirinə düşdü”


Xəzər Teyyublu: “Klassik Xalq Cəbhəsi Partiyasının Milli Şuradan çıxması müzakirə mövzusu ola bilər”


Bu sözləri Teleqraf.com-a açıqlamasında KXCP-nin sədr müavini Xəzər Teyyublu deyib. 

Sədr müavini qeyd edib ki, partiyanın Milli Şurada bu vaxtadək aktiv fəaliyyəti olub və bu gün də fəallığını qoruyub saxlamaqdadır: 

“Lakin biz istəmirik ki, Milli Şura bir partiyanın təsirində olsun. Bununla bağlı narahatlığımızı ifadə etmişik. Hesab edirik ki, Milli Şura hər hansı təşkilatın üst qurumuna çevrilməməlidir. Milli Şuranın daxilindəki vəziyyətlə bağlı mayın 2-də etirazımızı bildirdik. Qurumun genişlənməsinə, inkişaf etməsinə stimul lazımdır. Milli Şura bundan sonrakı dönəm üçün hamının bir araya toparlaya biləcəyi quruma çevrilməli və geniş kütlələri əhatəsinə toplamalıdır. Bu istiqamətdə təkliflər paketi hazırlayıb qurumun rəhbəri  Cəmil Həsənliyə təqdim etmişdik. Milli Şuranın quruma daxil olan partiyalardan birinin hesabına genişlənməsinin əleyhinə olduq. 

Bildirdik ki, əgər Milli Şura bir partiyanın hesabına genişlənəcəksə, bunun nə mənası var? KXCP 50 nəfər gətirib onun üzvlüyünü təqdim edə bilər. Onsuzda AXCP və KXCP Milli Şurada təmsil olunur və belə şeylərə ehtiyac yoxdur. Proseslər göstərdi ki, Milli Şura bir partiyanın yönətiminə çevrildi. Prezident seçkilərində KXCP sədri Mirmahmud Mirəlioğlu partiya sədri olaraq Milli Şuranın ümumi mənafeyi naminə güzəştə getdi və namizədliyindən imtina etdi. Biz Milli Şuranın bərabərlik, genişlik, ictimaiyyət adamlarının toparlandığı yer olmasını istərdik”.

Onun sözlərinə görə, hazırda 16 siyasi təşkilat bir araya gəlib və insan haqları və demokratiya məsələsində ortaq mövqe sərgiləyir: “Hazırda KXCP-nin qərargahında partiya rəhbərlərinin geniş şəkildə məşvərət iclası keçirilir. Sabahkı tədbirin hazırlığı ciddi şəkildə müzakirə olunur. ADP-nin qərargahında keçiriləcək sessiyada hər kəsə söz veriləcək, ölkədəki demokratiyanın vəziyyəti müzakirə olunaraq ciddi mesajlar ötürüləcək. KXCP bütün hallarda geniş şəkildə toparlanmağın tərəfindədir. Daha çox bitərəf insanların, ziyalıların, ölkənin gələcəyini düşünən bütün demokratik düşüncəli insanların bir arada olmasında maraqlı olmalıyıq”. 

O hazırda siyasilərdən Mirmahmud Mirəlioğlu, İsa Qəmbər. Sərdar Cəlaloğlu, Sülhəddin Əkbər, İqbal Ağazadə, Əhməd Oruc, Əli Əliyev, Hacıbaba Əzimov, Əvəz Temirxan hazırlıq iclasında iştirak etdiklərini bildirdi. 

Qeyd edək ki, sabah saat 12:00-da ADP-nin qərargahında demokratik qüvvələrin təsis etdiyi Demokratiya və İnsan Hüquqları Mərkəzinin ölkədəki demokratiyanın durumu ilə bağlı ümumrespublika müşavirəsi keçiriləcək. Tədbirdə hakim Yeni Azərbaycan Partiyasının da iştirak edəcəyi gözlənilir. 

X.Teyyublu qeyd etdi ki, artıq YAP-a da dəvət göndərilib: “Bu tədbir təkcə müxalifətin yox, Azərbaycan və gələcəyin məsələsidir”. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar