Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əliyev Sərkisyanla görüşə razılıq verib”


Səfir Paskal Monye: “Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Parisdə görüşüb danışıqlar aparmağa artıq razılıq veriblər”


Bunu virtualaz.org saytına açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

Diplomatın sözlərinə görə, prezidentlərin görüşü oktyabrın ikinci yarısında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutacaq. Səfir qeyd edib ki, dövlət başçıları Qarabağ probleminin dinc yolla həlli məsələsini müzakirə edəcəklər və bu görüş prezidentlərin Uelsdəki görüşündən sonra çox əhəmiyyətli olacaq.

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu problemin həlli üçün əlindən gələni edir. Fransa belə hesab edir ki, bu münaqişəni həll etməyin vaxtı çoxdan çatıb” - deyə P.Monye bildirib.

Maraqlıdır, F.Ollandın indiki vasitəçilik missiyası Fransanın sabiq prezidenti Jak Şirakın analoji təşəbbüsünün taleyini yaşamayacaq ki?!

Səfir P.Monye bu suala cavabında bildirdi ki, münaqişənin həlli prezidentlərin özündən asılıdır, vasitəçilərin vəzifəsi onlara bu işdə sadəcə kömək etməkdir.

Prezidentlər Əliyevlə Sərkisyanın Parisdə görüşməyə razılıq verməsi faktının özü artıq böyük nailiyyətdir. Əsas məqsəd odur ki, tərəflər danışıqlarda uğur və nəticə əldə etmək yollarını tapmaq üçün görüşsünlər və bu problemin qarşılıqlı məqbul həll yolunu tapsınlar” - deyə səfir əlavə edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar