Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran mütləq mesajını verəcək” - Analitik


"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu yazır


İranda gerçəkləşdirilən terror hücumunu İŞİD üstlənsə də, şübhəsiz ki, rəsmi Tehrana verilən mesajlar konkretdir.

 İlk növbədə diqqəti zamanlama çəkir. Ərəb ölkələrinin öz içində Qətərlə bağlı krizisin yaşandığı və bu böhranda İranın və dəstəklədiyi təşkilatkların vacib səbəb kimi göstərildiyi bir zamanda baş verir. IŞİD-in Tahran hücumu, həmçinin ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda baş verir. Bu hücumun başlamasından iki gün əvvəl isə, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənədə görə, Suriya hökumətinin İrandan RusiyaSuriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılmışdı. Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilməkdədir.

Heç şübhəsiz ki, ortaya atılan kart- məzhəbsəl münaqişənin daha da alovlandırılmasına xidmət etmək üçün nəzərdə tutulub. Bölgədə, son dərəcə qanlı və nəticələri vahim ola biləcək bir “sünni-şiə” qarşıdurması üçün münbit zəmin hazırlanmaqdadır. İŞİD-in üstləndiyi bu hücum, sadəcə yoxlama xarakter daşıyırdı.

Hədəf alınan nöqtələr də diqqət çəkir. Hədəf alınan yerlərdən biri İran Parlamentidir. 1979-cu il inqilabından sonra o binada silah səsi eşidilməmişdi. İran Parlamentinin binası, İranın mövcud siyasi sistemində başlıca sütunlardan biridir. İkinci hədəfə alınan nöqtə isə, ümumiyyətlə İranın siyasi-iseoloji simasını müəyyənləşdirən və sistem üçün sözün həqiqi mənasında dəyr ifadə edən bir məkan – İmam Xomeyni Türbəsidir. Seçilən məntəqələr "dövlətin ürəyi" mənasında bir yerlərdir. Əslində bu hücum, İranın siyasi nüfuzuna son dərəcə ciddi zərbə oldu. 

İŞİD-in 2014-cü ildən indiyədək bölgənin demək olar ki, hər nöqtəsində terror havası əsdirməsinə rəğmən, Tehranın bu hücumlardan kənarda olması ilə övünməsinə bir son qoyuldu. “Sən düşündüyün qədər də güclü deyilsən! İstəsək edərik!” – bu gün İrana verilən mesaj bu idi. 

Bu hücum həm də İranın daxili təhlükəsizlik strategiyasının da çökdüyünü ifadə edir. Zatən son illərdə İranın daxilində etnik sünni ərəb əşirətləri ilə yaşanan qarşıdurmalar, getdikcə daha kəskin hal almaqda idi. İranda elə bir həftə yoxdur ki, ərəb fəallardan bir neçəsi dar ağacından asılmasın. İŞİD-in bu hücumu, etnik və məzhəbsəl zəmində bütünləşmiş çıxışları stimullaşdıra bilər. 

Və indi əsas düşündürən sual budur: IŞİD-in İran hücumuna Iraq, Suriya, Yəmən, Bəhreyn, Livan və xüsusilə də Səudiyyə Ərəbistanındakı silahlı şiə qruplaşmaları hansı addımlar atacaqlar? İranda seçkiləri yeni qazanmış Həsən Ruhani iqtidarı, mühafizəkar qanadı radikal qərarlar qəbul etməkdən çəkindirə biləcəkmi? Amma bir xüsus da odur ki, İran mütləq mesajını verəcək. Bu mesaj həm Səudiyyə Ərəbistanına, həm də ABŞ-a ünvanlanacaq.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar