Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbail rayonunda növbəti iməclik keçirilib


Səbail rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı tədbirlər sərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməclik keçirilib


PİA.AZ xəbər verir ki, Səbail Rayon ictimaiyyəti, təsərrüfat xidmətləri, idarə və təşkilatların nümayəndələrinin, gənclərin  iştirakı ilə Badamdar qəsəbəsinin yeni yaşayış massvində və həmçinin keçən il «Şıx» yamacında yaradılmış «Ekoloji park»ın ərazisində ümumilikdə 1000 nəfərə yaxın insan iştirak edib.

Badamdar qəsəbəsində 4,8 ha sahədə salınmış Zeytun bağında ağaclara qulluq göstərilmiş, ərazi daş və məişət tullantılarından təmizlənmişdir. Ağaclara ilboyu qulluq göstərilməsi üçün burada su çənləri quraşdırılmış və damcı üsulu ilə suvarılma xətləri çəkilmişdir. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunmuşdur. İməclikdə əlavə olaraq 1000 ədəd yeni ağac əkilmişdir ki, onların da əksəriyyətini həmin ərazinin iqliminə uyğun olan Eldar şamı və zeytun ağacları təşkil edib.

Həmçinin iməclik «Şıx» yamacında 29 ha sahədə salınmış «Ekoloji park»ın ərazisində də keçirilmişdir. Burada keçən il RİH tərəfindən 75 mindən çox yeni ağac əkilmiş və onlara daimi qulluq göstərilməsi təşkil olunmuşdur. Buradakı ərazidə də təmizlik işləri görülmüş, ərazi və ağacların dibi quru otlardan təmizlənmiş, damcı üsulu üçün nəzərdə tutulan xətlər təftiş olunub.

Səbail rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gununə həsr olunmuş iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin səbaillilərin Ulu öndərimizin əziz xatirəsinin yad olunmasına bir töhfə olub.

Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar