Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sentyabrdan etibarən dolların dəyəri azalacaq – ekspert rəyi


İqtisadçı ekspert Rəşad Həsənov: “Bu yollarla manatın məzənnəsinin saxlanılmasına nail olmaq mümkün deyil”


Manatın devalvasiyası yenidən gündəmə gəlib. Bir tərəfdən bankların əksəriyyəti dollar satışını tamamilə dayandırıb, bəzi banklar isə xeyli məhdudlaşdırıb. Bunun nəticəsində “qara bazar” fəallaşıb və adekvat olaraq hökumətin ona qarşı inzibati tədbirləri güclənib. Paytaxtda bir müddət öncə fəaliyyətə başlayan tək-tük valyutadəyişmə məntəqələri də bağlanıb. Yəni atılan bütün addımlar yeni devalvasiyaya zəmin hazırlandığından xəbər verir. Manat isə hər gün dollar qarşısında dəyər itirir.  Həmçinin, FED rəhbərlərinin uçot dərəcələrinin artırılması ilə bağlı açıqlamasından sonra dolların daha da möhkəmlənəcəyi istisna edilmir. Bəs, görəsən ölkənin valyuta bazarında yaşanan həyəcan fonunda hökumətin atdığı son addımlar  manatı xilas etmək üçün yetərli olacaqmı? Və ya biz qarşıdakı dövrdə manatın nə qədər ucuzlaşmasının şahidi olacağıq? 

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, “qara bazar” ləğv olunsa, valyutadəyişmə məntəqələri bağlansa da bu yolla manatın ucuzlaşmasını saxlamaq mümkün olmayacaq: “Bu günə qədər aparılan inzibati tədbirlər də onu göstərdi ki, bunlar manatın məzənnəsinin qorunub saxlanılması üçün yetərli deyil. Qanunsuz dollar satışı ilə məşğul olan şəxslərin fəaliyyətinin dayandırılması və cəzalandırılması təbii bir prosesdir və qəbul olunandır. Bildiyiniz kimi, ötən ilin dekabr devalvasiyasından sonra Azərbaycanda fiziki şəxslərin valyuta satışı ilə məşğul olmasına məhdudiyyət qoyulub. Bu istiqamətdə fəaliyyət göstərən şəxslər haqqında cəza tədbirləri görülə bilər. Lakin bu yolla manatın məzənnəsinin saxlanılmasına nail olmaq mümkün deyil.  Qanuni şəkildə valyuta satışını həyata keçirən banklar valyuta satmırsa, satışa məhdudiyyət tətbiq edirsə, o zaman vətəndaşın əl atacağı ikinci yol qara bazardır. Əgər qara bazarda da dollar almaq mümkün olmursa, o zaman  vətəndaş və biznes subyektləri çətin vəziyyətə düşəcək və fəaliyyətlərində dollara tələbatını ödəyə bilməyəcəklər”. 

FED  rəsmilərinin faizlərin artacağı ilə bağlı açıqlamalarının  dollar-manat münasibətlərinə təsirinə gəlincə, ekspert bildirdi ki, bu açıqlama bazara informativ təsirini çox gözlətməyəcək: “Bir müddət öncə FED rəhbərləri uçot dərəcələrinin artırıla biləcəyi ilə bağlı fikirlər səsləndirmişdilər. Son  toplantıda da uçot dərəcəsinin qaldırılması ehtimalı 50 faizin üzərinə qalxdı. Bu da valyuta bazarında dolların möhkəmlənməsinə səbəb oldu. Bu informasiyanın verilməsi   şənbə-bazar gününə düşdüyü üçün növbəti  ilk iş günü bahalaşmanı daha çox hiss olunacaq. Bu proses sentyabr ayında baş tutacaq toplantıya qədər davam edəcək. Bu toplantıda təxminən 80 faiz ehtimalla uçot dərəcələri artırılmayacaq, ilin sonunda baş tutacaq toplantıya saxlanılacaq. Faizlərin artırılması böyük ehtimalla dekabr ayında baş tutacaq. Məhz bu səbəbdən sentyabr ayına qədər bahalaşan dollar növbəti dövrdə zəifləyəcək. Daha sonra isə dekabr ayının əvvəllərindən etibarən dollar bahalaşmağa başlayacaq”.

Manatın taleyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirən iqtisadçı ekspert Qubad İbadoğlu da sosial şəbəkədəki paylaşımında bütün iqtisadi şərtlərin manatın əleyhinə olduğunu vurğulayıb.

İqtisadçı bildirib ki, bazarda dollara tələb artıb və bu manata təzyiq edən əsas amildir: “Hazırda valyuta bazarında gərginlik artıb. Bunu şərtləndirən amillər sırasına bankların sürətlə  bağlanmasından sonra bu sistemə olan etibarın,  hər gün dəyərini itirdiyinə görə manata olan inamın azalmasıdır. Eləcə də son vaxtlar sabit artım nümayiş etdirən  kənd təsərrüfatında məsrəfləri  manatla olan təsərrüfat adamlarının əldə etdikləri  qazanclarını dollara dəyişdirməsi,  yeni tədris ilinin  başlaması ilə əlaqədar olaraq xaricdə təhsil haqlarının ödənilməsi, yay məzuniyyətləri zamanı xaricə gedənlərin sayının atması,  ən başlıcası isə kommersiya banklarının valyuta  ilə əməliyyatları üzrə manipulyasiyaları,  son dövrlər ölkədən kapitalın  çıxarılmasının  sürətlənməsi ilə izah etmək olar. Bu şərtlərlə manatın məzənnəsinin  yaxın zamanlarda  sabitləşəcəyini  gözləməyə dəyməz.

Odur ki,  AMB-nin  3 seçimi var. Ya hazırkı ssenari üzrə manatın məzənnəsini kiçik, lakin artan templərlə azaltmaq, ya fasiləli kəskin devalvasiya, ya da  manatı çevik və üzən məzənnə siyasəti ilə  azad bazarın öhdəsinə buraxmaq. Bu üç yolun hamısı  manatın dəyərini itirməsinə aparır.  Hər 3 yolun sonu manatın gerçək məzənnəsinin formalaşmasında bitir”. 

İqtisadçıların açıqlamalarından məlum oldu ki, onlar kəskin devalvasiya ehtimalını istisna etməməklə yanaşı, manatın dəyərdən düşməsini qaçılmaz hesab edirlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar