Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə parçalayıcı işğal təhlükəsi qarşısındadır...

Böyük güclər Türkiyə üzərində siyasi-psixoloji, maliyyə-iqtisadi və hərbi-strateji əməliyyatlar aparır


Türkiyə bir dövlət olaraq, öz tarixinin ən çətin mərhələsindən keçir.

Bir-birinin ardınca vaxtaşırı baş verən terror olayları, dövlət çevrilişinə cəhdlər, birja dalğalanmaları, beynəlxalq təzyiqlər və s. supergüclərin Türkiyə üzərində siyasi-psixoloji, maliyyə-iqtisadi və hərbi-strateji əməliyyatlar apardığını göstərir.

Ən ciddi məqam da ondan ibarətdir ki, hər dəfə rəsmi Ankara Türkiyənin taleyi ilə bağlı müstəqil strateji qərarlar qəbul etdikdən qısa bir müddət sonra bu qardaş dövlətə qarşı dağıdıcı ssenarilər işə salınır. Və Türkiyəyə sarsıdıcı zərbələr vurulur. Son bir neçə il ərzində baş verənlər də bunu birmənalı şəkildə təsdiqləyir.

Məsələ ondadır ki, Türkiyə 2012-ci ilin sonlarında İran ilə daha sərfəli qiymətlərlə təbii qaz idxalı barədə anlaşma əldə etmişdi. Həmin dövrdə İran ABŞ və Qərbin sanksiyalarına məruz qalmaqdaydı. Türkiyənin belə bir mərhələdə İranla iriməbləğli təbii qaz anlaşması əldə etməsi ABŞ və Qərbin maraqlarına cavab vermirdi. 

Çünki bu, rəsmi Ankaranın İrana qarşı beynəlxalq sanksiyalara əhəmiyyət verməməsi anlamına gəlirdi. Heç şübhəsiz ki, üzdə laqeyd məzmunlu diplomatik açıqlamalar verən Qərb siyasi dairələri Türkiyənin İranla əməkdaşlığından həm narahat, həm də qəzəbli idi.

Картинки по запросу türk milli tankı
Digər tərəfdən, həmin dövrdə Türkiyənin Hərbi-Sənaye Kompleksi ciddi irəliləyişlərə nail olmuşdu. Türkiyə uzun müddət araşdırma və mübarizə apardıqdan sonra nəhayət ki, özünün ilk milli tankını istehsal etməyə hazırlaşırdı. Hətta milli tankın ilk poliqon sınaqları da uğurla sona çatmışdı.

Ancaq Türkiyənin öz tankını istehsal etmək mərhələsinə yaxınlaşması o qədər də asan başa gəlməmişdi. Belə ki, milli tankın hazırlanması prosesində bu layihəyə cavabdeh olan bir neçə hərbi mühəndis sui-qəsdlərin qurbanı olmuşdu. Və bu səbəbdən də layihənin icrası təxirə salınmaqla yarımçıq qalmışdı. 

Belə anlaşılırdı ki, hansısa xarici qüvvələr nəhəng silah idxalçısı olan Türkiyənin öz milli tankını istehsal etməsində maraqlı deyil. Buna baxmayaraq, Türkiyə 2012-ci ildə özünün ilk milli tankını bütün dünyaya nümayiş etdirə bildi. Və məlum oldu ki, Türkiyə artıq xaricdən tank alan dövlətdən özü tank satan dövlətə çevrilmək üzrədir.

Картинки по запросу Türkiyədə rüşvət skandalı

Təbii ki, bütün bunlar reaksiyasız qala bilməzdi. Və həmin reaksiya 17-25 dekabr hadisələriylə müşayiət olundu. Yəni xarici xüsusi xidmət servisləri Türkiyədəki şəbəkələri vasitəsiylə Ərdoğan hakimiyyətinin yüksək ranqlı təmsilçilərinə “rüşvət torbası” tikməyə çalışdılar. Bununla da Ərdoğan hakimiyyətinin əvvəlcə iflic vəziyyətinə salınmasını, ardıncasa, devrilməsini hədəflədilər.

Ancaq alınmadı. Ərdoğan hakimiyyəti həm bu ölkə xaricindən verilən təlimatla işə salınan çevriliş ssenarisinə tab gətirdı, həm də özünə qurulan tələni dövlətin içinə sızmış şəbəkənin üzvlərinə qarşı çevirməyi bacardı. Və Ərdoğan hakimiyyəti çevriliş təhlükəsindən xilas ola bildi.

Amma Türkiyə üçün təhlükəli ssenarilərin işə salınma prosesi bununla məhdudlaşmadı. Belə ki, rəsmi Ankara Türkiyənin dövlət maraqları üçün önəmli olan qərarların qəbulunda ardıcıllığı qorumaqdaydı. Hər halda, rəsmi Ankaranın Rusiya ilə yaxınlaşması Türkiyə üçün böyük önəm daşıyırdı.

Məsələ ondadır ki, Ərdoğan hakimiyyəti “rüşvət torbası”ndan salamat çıxdıqdan sonrakı mərhələdə Rusiya ilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirdi. Halbuki həmin ərəfədə həm Ukrayna, həm də Suriya böhranlarında ABŞ və Qərblə qarşıdurma vəziyyətində olan Rusiya beynəlxalq embarqolara məruz qalmaqdaydı. 

Türkiyə isə Rusiya ilə əldə olunan təbii qaz, kənd təsərrüfatı məhsullarının ixracı, turizm sektoru və Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı anlaşmalarla həmin embarqoların təsirini heçə endirirdi. Və bu məsələdə Türkiyə tamamilə haqlıydı. Çünki bu anlaşmalar hər iki tərəfə onmilyardlarla dollar gəlir gətirəcəkdi. Üstəlik, bu əməkdaşlıq Avropa Birliyindən üz çevirən Türkiyə ilə Qərbin sanksiyalarına məruz qalan Rusiya arasında artıq siyasi-strateji müttəfiqlik keyfiyyəti qazanmağa başlaməşdı. 

Təbii ki, ABŞ və Qərb buna seyrçi qala bilməzdi. Çünki NATO üzvü olan Türkiyə ilə ABŞ və Qərbin əsas rəqibi Rusiya arasındakı bu yaxınlaşma beynəlxalq siyasi arenada dəngələri alt-üst edə bilərdi. Deməli, bu yaxınlaşmanı pozacaq hansısa ssenari mütləq işə salınmalıydı.

Və bu ssenari özünü çox gözlətmədi. Belə ki, əvvəlcə qurulmuş fitnə-fəsadla Türkiyənin hava sərhədlərini pozan Rusiya təyyarəsinin vurulmasına nail olundu. Nəticədə Türkiyə-Rusiya münasibətləri dostluqdan düşmənçilik keyfiyyətinə keçdi. Ardıncasa, CİA (bizim MKİ kimi tanıdığımız kəşfiyyat qurumu) tərəfindən idarə olunan bir şəbəkə vasitəsilə hərbi çevrilişə çəhd göstərildi. 

15 iyulda işə salınan bu çevriliş ssenarisi Türkiyəyə sarsıdıcı zərbə vursa da, bu qardaş dövləti çökdürə bilmədi. Prezident Rəcəb Tayyib Ərdoğanın, eləcə də ona sadiq olan bir neçə dövlət xadiminin çevik və cəsarətli qərarları sayəsində hərbi çevriliş uğursuzluğa uğradı. Hərbi çevrilişin xarici sifarişçiləri və ölkədaxili icraçıları ifşa olundu, əməliyyat onların özlərinə qarşı çevrildi. Və Türkiyə daha bir bəladan xilas oldu.

Ancaq təhlükə tam suvuşmuş da deyil. Belə ki, rəsmi Ankara ABŞ və Qərbin qəzəbinə səbə ola biləcək müstəqil xarici siyasət kursunu davam etdirir.  Türkiyə üçün tikilən “torba”nın əsl mahiyyətini anlayan rəsmi Ankara buraxdığı bəzi səhvləri düzəltməyə üstünlük verir. Belə ki, Rusiya təyyarəsinin vurulmasına görə rəsmən üzr istənməsi Türkiyə-Rusiya münasibətlərini yenidən düşmənçilikdən dostluq məcrasına yönəldib. Bu addımın nəticəsi olaraq, Türkiyə ilə Rusiya arasındakı qırılan əməkdaşlıq telləri yenidən bərpa edilib.

Ən əsası isə uzun müddətdən bəri müzakirə edilən, ancaq ABŞ və Qərbin basqıları nəticəsində imzalanması ertələnən “Türk axını” layihəsi artıq rəsmən imzalanıb. Bundan sonra Türkiyə və Rusiyanı bir-birinə həm də nəhəng təbii qaz layihəsi bağlayacaq. Və bu Qərbdəki bəzi supergüclərin maraqlarının təhlükə altına düşməsi anlamına gəlir.

Digər tərəfdən, Türkiyə AES-in tikintisinin Rusiya vasitəsilə reallaşdırılmasında da qərarlı olduğunu gizlətmir. Bu azmış kimi rəsmi Ankara Rusiya ilə hərbi sahədə də əməkdaşlığını gücləndirməkdə davam edir. Hər halda Rusiyanın Türkiyəyə döyüş texnikası satması NATO-nu məmnun edə biləcək yenilik deyil. 

Buna əlavə olaraq, Rusiyanın Türkiyədə S-300 raketlərinin istehsalına başlayacağını bəyanlamasını da nəzərə aldıqda, vəziyyət daha da aydınlaşar. Halbuki rəsmi Ankaranın 15 iyul dövlət çevrilişinə cəhddən dərhal sonra Suriyaİraqda cərəyan edən proseslərə birbaşa müdaxilə etmək cəsarətini göstərməsi də önəmli faktordur.

Bütün bunlar onu göstərir ki, rəsmi Ankara son bir neçə ay ərzində Türkiyəni ABŞ və Qərbin qəzəbinin hədəfinə çıxara biləcək qədər müstəqil addımlar atıb. Ona görə də, yaxın vaxtlarda Türkiyənin ictimaiyyəti və hökuməti Qərbdən gələ biləcək daha bir sarsıdıcı zərbəyə mütləq hazır olmalıdır. 

Bəzi ehtimallara görə, bu təhlükə yalnız dövlət çevrilişini deyil, hətta parçalanmaya yol aça biləcək işğal ssenarilərini belə, əhatə edə bilər. Suriyaİraqda hərbi əməliyyatlara məruz qalan terror qruplaşmalarının Türkiyəyə doğru istiqamət alması həmin işğal ssenarisinin başlanğıcı ola bilər. 

Üstəlik, ABŞ və Qərbin maraqlarına əhəmiyyət verməyən, əksər hallarda həmin maraqları puça çıxaran addımlar atan prezident R.T.Ərdoğanın özünün də ciddi təhlükə qarşısında olduğu istisna deyil. 

Bu baxımdan, yaxın günlərdə və ya aylarda Türkiyəyə qarşı hansısa ssenarilər işə salınarsa, bu, qətiyyən təəccüb doğurmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar