Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın əlində gerçəkdən Trampın intim kaseti varmı?


Şantaj videosu haqda ilginc detallar…


Bilmirəm sizin də diqqətinizi çəkib ya yox, amma Amerika idarəçiliyinin tam üst qatında (episentrində)  əməllicə kuryoz yaşanır. 

Son seçkidən xəbərsiz olan anlamaz ki, yeni Prezident kimdir. Daha doğrusu gedəsi adam kimdir, gələsi kim. Obamanın son funksional reaksiyaları, aqressiv həmlələri gerçəkdən yol üstündə olan biri üçün xarakterik deyil. Hətta bunu Trampa qarşı qabaqdangəlmişlik, görk üslubu kimi qələmə verməyin özü də sadəlöhvlükdür. Zatən adam ortalıqda. Çılğın halı ilə. Əlindəki sükanı “uf” demədən 180 dərəcə sağa da fırlayar, sola da. Heç bir mənəvi “həlqə”, məhkumiyyət baryeri tanımadan! Yaxşı  bəs o zaman səbəb nədir? İnaqurasiyaya 1 ay, 15 gün, 5 gün qalalı ortalığa çökmüş təlaş, eyforiya + süni yaradılmış fors-majorlar nəyə hesablanıb?


Bu haqda düşünməyə dəyər...

Diqqət edin: Seçkidən öncəki sorğularda ciddi səs çoxluğu ilə irəlidə olan namizəd kim idi? – Klinton. Həm də bütöv il boyunca. Niyə? Çünki, “dərin dövlət” Trampın boynuna minnət, borc qoymalı idi. Ki, gör səni nə vəziyyətdə qutudan çıxara bildik.

Ya da olsun - inaqurasiya ərəfəsində (3 gün öncə) Rusiyaya qarşı sanksiyaların yenilənməsi. Bunu Tramp edə bilməzdimi? Axı həmin sanksiyaların marta qədər keçərliliyi vardı. Nə baş verdi? Nə qaçhaqaç idi? Niyə və hara tələsildi? –  Çünki, Trampa güvənmirlər və bundan belə həmin sanksiyalar geri çevirilsə artıq bunu aparılan sabit siyasətə deyil, məhz dövlətə qarşı təxribat kimi dəyərləndirəcəklər, Trampı əbədi düşmənin əlində alət olmaqda ittiham edəcəklər, onu ictimai rəyin məngənəsində sıxacaqlar.  

Deyim ki, Rusiyanın əlində Trampın intim videosunun olması ilə bağlı dezoların mediaya ötürülməsi də məlum planın tərkib hissəsidir. Demokratlar Trampı hər nə qədər həzm etməsə də, Obama 8 illik qoltuğunu Donalda qıymasa da, yeni Prezidentin Respublikaçılardan olması labüd idi. “Dərin dövlət” də bu zərurətin fərqinə vardığı üçün məqbul hesab etdiyi və demokratlar tərəfindən yürüdülən siyasəti 200 illik idarəçilik ənənəsinə qurban vermədi. Yəni, rotasiya pozulmadı. Amma yanvarın 20-dən sonrakı prosesləri də hesablaya bilmirlər. Ona görə “A”variantı (Klintonun seçilməsi) məcburən fiaskoya uğrasa da  “B” və “C” variantları üzərində baş sındırmaqda qərarlıdırlar. Elə “kaset şantajı” da məlum qəbildən olan fikir istehsalıdır. Ki, sabah Tramp Rusiyaya qarşı loyallaşsa dərhal əks-hucum başlansın və..təbliğatın əsas “balta ucu” da bu deviz olsun: “Putin bir kasetlə Trampı özünə işlətdi”

Yaxşı, bəs elə bir kaset varmı? – Yoxdur, təbii. 

Əvvəla: Rusiyanın əlində belə bir kaset olsaydı, onu Trampın deyil, bütövlükdə Amerika dövlətinin əleyhinə yönəldər + indi yox, məhz seçki dövründə “sanballı” bir xaos yaradaraq, nəticədən bəhrələnərdi.

Trampı bu günə qədər güdmək Putinin deyil, yeni Prezidentin rəqiblərinin marağında olub. Güman ki, illər boyunca da bənzər kompromatların ələ keçirilməsinə çalışılıb və nəticə sıfır olduğu üçün “dərin dövlət” abstrakt dezolar ötürmək məcburiyyətində qalıb. Hətta proses o yerə qədər irəliləyib ki, CNN kimi ciddi reputasiyalı kanalı belə bu cür oyunlara alət ediblər. (Trampın son mətbuat konfransındakı aqressiyası səbəbsiz deyildi) 

Və nəhayət: Tramp elə bir çılğın, sərbəst, ipə-sapa yatmayan imicə malikdir ki, inanın, hətta məlum kaset varsa belə, yayılsa belə - yenə ciddi anlamda nəyisə dəyişməz. Yəni, Bill Klinton kimi aristokrat, kübar “qəlibdə” birinə qarşı yürüdülən “Monika” - fason həmlələr Trampın üzərində olsa-olsa 1 faizlik effekt verər. 

Digər bir nüans:  2 gün öncə Trampı snayper atəşi ilə vurmaq istəyən killer son anda zərərsizləşdirildi. Həm də Kennedinin öldürüldüyü parkın düz ətrafında. O park ki, 20 yanvar günü Kapitolidə and içmə mərasimindən sonra Ağ evdən Konqresə istiqamətlənəcək parad marşrutunun tam üzərindədir. Mərkəzi meydanın sağ səmtində.

Tramp xarakter etibarilə ABŞ-in mərhum Prezidentinə çox bənzəyir və demək ki, ortalıqda Kennedi xatırlatmasından doğan açıq şantaj var. (Kennedi Merilin Monro ilə yataq söhbətlərinin güdazına getmişdi. Gənc aktrisa və müğənninin Fidel Kastroya ötürdüyü məxfi məlumatları nə Monroya nə də Kennediyə bağışlamadılar) Və düşünün, hazırda Tramp da eyni anda həm abstrakt video ilə şantaj olunur, həm də təsadüf (?) nəticəsində sui-qəsddən qurtulur. 

Şifrəli mesajı oxumaq çətin deyil: “Keçmişi və sələfini unutma”

***

Dünən isə Putin maraqlı açıqlama verdi: “Trampı devirmək istəyirlər”. Ardınca da təfərrüatları sadaladı. Səsvermənin legitimliyinə olan şübhələrdən tutmuş inaqurasiyanın baykotuna qədər bir çox məsələlərə münasibət bildirdi.  Və bu açıqlamadan düz 2 saat sonra Trampın protokol xidmətinin 1 cümləlik press-relizi yayıldı: “İnaqurasiyaya gəlmək istəməyənlər biletləri qaytarsın”

Putin əslində hər cümləsi ilə kordinal informasiyalar ötürür:

 “Trampı devirmək istəyirlər” nə deməkdir? Onu ümumiyyətlə hazırda fiziki məhvdən başqa necə devirə bilərlər? Təbii, heç cür. Çünki seçki, təbliğat, səslərin sayılması, təsdiqi etapı artıq geridə qalıb. Bir tək bron vasitə -  impiçmentdir, onu da prosesə dövr etməyin hələ zamanı deyil. Vəssalam. Deməli, hücumu şəxsiyyət üzərinə yönəltmək lazım. Adam ya bezib getməlidi ya utanıb ya da ölüb!

Üstəlik, paralel iş gedir. Ətraf mühiti izolə etmək istiqamətində.  Və ya diqqət edin: Klintona Prezidentllik yolunda ən böyük əngəli kim yaratdı?– FTB direktoru Ceyms Komi.(Bəzi məxfi yazışmaları deşifrə etməklə) Bax həmin Komi haqda dünəndən etibarən təhqiqat başlanıb. Öz də rəsmən. ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən. Açması? – Açması budur: “Trampın yolunu açan əsas kritik fiqur müdafiəsiz bir şəkildə sorğu sual edilirsə + cinayət təqibi perspektivi ilə üzbəüzdürsə, onun ətrafında olan hər kəs bundan nəticə çıxarsın. Əsas da yeni Prezidentin təhlükəsizliyinə məsul olanlar.” 

Putin də onu deyir ki, “ay müəllim, Komini neytrallaşdırmaq sıradan bir məsələ deyil. Bunlar həlqəni daraldır və bu gedişlə sənin şəxsi mühafizənə qədər sızacaqlar. Ehtiyatlı ol. ”Ayrıca, belə anlaşılır, baykot məsələsi ilə də bağlı Rusiya kəşfiyyatı daha tez məlumat alıb, nəinki Trampın özü. Və mövzu dərhal Putinə məruzə olunub, Prezident isə media üzərindən açıqlama formasında bu kritik  informasiyanı dostuna ötürüb. Ki, qardaşım, bir o yatmış protokol xidmətinə de, tədbirə gələnlərlə bağlı səhih məlumatlar toplasın. (Deyilənə görə “dərin dövlət” tərəfindən ən çox Hollivud ulduzları və digər sənətçilərə tövsiyyə olunb ki, tədbirdən yayınsınlar. Səfirlər və diplomatik korpusun digər nümayəndələri isə protokola uyğun olaraq məclisə həyat yoldaşları ilə deyil, tək gəlməli və beləcə inaqurasiya zalı şahmat taxtasına bənzəməli imiş. Plan isə çox məxfi olduğundan gec xəbər tutulub və...Trampı vəziyyətdən yenə Putin çıxarıb. 

***

Bəli, Tramp siyasətdə naşı ola bilər.  Fəqət, o istisadiyyatı mükəmməl bilir. Hədəflərinə doğru da bu xətt üzərindən irəliləməyə çalışacaq. Bütün “beyin”ləri öz ətrafına yığması + həmin “beyin”lərin içində neft maqnatlarının çoxluq təşkil etməsi isə dünyaya verilən yeni bir mesajdır: “Qara qızıl bundan sonra axıdılan qanlara alət olmayacaq!”

Amerika ötən 8 il etibarilə ikinci dünya müharibəsindən sonra ilk raund idi ki, Rusiyaya belə kəskin şəkildə məğlub oldu, Şərqi tamamən əldən verdi, Türkiyəni hırpalayaraq düşmən qisminə gətirdi, sağlam rəqabət mühitini lokal maraqların girovuna çevirdi, ən böyük müttəfiqlərini özündən narazı saldı...

Tramp isə 24 saaat sonra tarixi şans qazanacaq. Bütün bu itkiləri kompensasiya etmək üçün.

P.S. Bəlkə də mövzuya birbaşa dəxli yoxdur, amma deyim. Günün parafrazı Şimali Koreya lideri Kim Çen İn-ə məxsusdur. Adam Obamaya ünvanladığı məktubunda beləcə də yazıb: “Sən niyə çamadan yığmaq əvəzinə başqa işlərlə məşğulsan ki?” 

Elşən Musayev, Milli Məclisin deputatı


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar