Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Kreml İrəvanı başa sala bildi”


Politoloq:Ermənistanın NATO təlimlərindən imtina etməsi birbaşa Rusiyanın istəyi ilə bağlıdır”


Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. 

Politoloqun sözlərinə görə, Kreml bu məsələ ilə bağlı İrəvana çox ciddi qulaqburması verib:

NATO təlimlərinin hamısı Rusiyaya yaxın bölgədə - gah Polşada, gah Ruminiyada, yəni Şərqi Avropa ölkələrində həyata keçirilir. NATO-nun getdikcə Rusiya sərhədlərinə doğru irəliləməsi Moskvanı çox narahat edir. Üstəlik, NATO keçirilən təlimlərə vaxtilə Sovet İttifaqına daxil olmuş ölkələri də cəlb etməyə çalışır. Ukrayna və Gürcüstan ardıcıl olaraq bütün təlimlərdə iştirak edir. Nə qədər təəccüblü olsa da, bundan əvvəlki iki təlimdə Ermənistan da iştirak etdi. Ancaq indi Ermənistan mətbuatından hiss olunur ki, Ermənistan AB ilə yaxın tərəfdaşlıq sazişinin imzalanmasından bir növ peşmançılıq çəkir. Çünki Kreml bunu durmadan Ermənistanın başına vurur. Görünür, Ermənistan artıq Rusiyanın tənqidlərindən nəticə çıxarıb. Bir növ Moskvanın istəkləri istiqamətində hərəkət edən İrəvan Rusiya-NATO qarşıdurmasının getdikcə kəskinləşdiyini nəzərə alaraq Alyansın təlimlərindən imtina edib”.

Politoloq bildirib ki, NATO-nun Baltik dənizindən tutmuş Qara dənizə qədər böyük bir ərazidə yerləşdirdiyi qoşun hissələri və hava hücumundan müdafiə sistemlərinin hamısı Rusiyanın Avropaya hücum ssenarisinə uyğun olaraq aparılır:

Ermənistan belə bir şəraitdə NATO-nun təlimlərinə qatılsaydı, bu, açıq-aşkar Rusiya əleyhinə getmək olardı. Görünür, İrəvan gec də olsa, bunu başa düşüb və Rusiyanın güclü təzyiqləri fonunda geri çəkilməyə məcbur olub. Üstəlik, Sərkisyan hakimiyyət uğrunda ciddi mübarizə aparır. Ancaq müxalifət və Ermənistan əhalisi bundan tamamilə narazıdır. Hətta açıq hiss etdirməsə də, Rusiya da Sərkisyanın əleyhdarı kimi görünür. Moskva Karapetyanı müdafiə edir. Belə bir kövrək keçid dövründə Sərkisyanın NATO hərbi təlimlərinə qoşulması onun siyasi həyatına bir növ yekun vura bilərdi. Onsuz da ona qarşı daxildə ciddi hücumlar var. Burada Kremlin də müəyyən hərəkətlərinin əlavə edilməsi gözləniləndir”.

Qeyd edək ki, İrəvan NATO-nun Ermənistanda “Qılınc qoruması 2018” təlimindən və orada iştirak etməkdən imtina edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar