Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi RİH tərəfindən əsgərlərlə bayram tədbiri keçirilib


Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə bayram tədbiri keçirilib


Xalqımızın əziz bayramlarından  olan Novruz Bayramı paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı Rayon İcra hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun  mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.
Novruz bayramı tədbirləri çərçivəsində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə görüş keçirilib.

Nəsimi rayon İcra  Hakimiyyəti  Başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov tədbir iştirakçılarını salamlayaraq, əsgərləri  Novruz Bayramı münasibəti ilə təbrik etmiş, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrinin  cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olduqlarını və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat  apararaq böyük konsert proqramı təşkil etdiklərinə bildirib.

Tədbirdə  əməkdar artist İlkin Hüseynovun, tanınmış incəsənət ustaları Nadir Bayramlı və Zahid Qubadlının  çıxışları əsgərlərdə xoş təəssurat bağışlanıb.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar